Архив тегов | Tural Abbaslı

QURBAN MƏMMƏDLİNİN YENƏ EVİ YIXILIB… EVİNİ YIXAN BU DƏFƏ ƏLİYEV YOX, EMİN HÜSEYNOVDUR…

Qurban Məmmədlinin Bakıda mülkünün vəhşicəsinə dağıdılmasını çoxumuz İnternetdə canlı izləmişik və Qurbanın reaksiyasını da görmüşük. Əlbəttə, demək olmaz ki, Qurbanın tükü də tərpənmədi. Yəqin ki, tükü tərpənib. Ancaq ədalət naminə deməliyik ki, mülkünün dağıdılmağını və yaxınlarının küçəyə atıldığını mərdliklə qarşıladı. Mənim kiçicik bir mənzilim yanıb, içində də heç kim olmayıb, aylarla özümə gələ bilmirdim…

İndi isə həmin bu Qurban Məmmədli gecə-gündüz niyə “vay, evim yıxıldı!” deyib fəryad edir? Yox, təzəliklə Azərbaycanda Qurban Məmmədliyə ya ailəsinə məxsus ayrı bir mülk dağıdılmayıb. Qurban Məmmədli “Vay, evim yıxıldı!”nı məcazi mənada deyir. Qurban Məmmədlinin başına elə iş gəlib ki, evinin dağıdılmağı bunun yanında Əliyevin onunla elədiyi dilxoşluq kimi görünür.

Nə olub? Nə baş verib? Qurban Məmmədlinin başına müsibəti kim gətirib? Müqəssirlər məlumdurmu?

Məlumdur. Qurban Məmmədlinin evini yıxan Emin Hüseynovdur.

Emin Hüseynov İlham Əliyevin on illərlə davam edən hakimiyyəti dövründə bütün Azərbaycan müxalifətinə və o cümlədən ölkənin müstəqil və ya müxalif jurnalistlərinin görə bilmədiyi bir iş görüb. Əslində buna iş demək olmaz, bu, şücaətdir. Emin əjdaha ilə ya da Təpəgözlə əlbəyaxa olub və mübarizəni uduzmayıb. Bu əlbəyaxa həm də indiyəcən İlham Əliyevin qaçdığı debatların əvəzi oldu. Emin Hüseynovun sualına verdiyi bir cümləlik cavabla İlham Əliyev bütün daxili siyasət proqramını və strategiyasını açdı və heç kimdə ölkəni hansı gələcək gözlədiyi barədə şübhə qoymadı. Bu azmış kimi, Emin Hüseynov İlham Əliyevin arvadına da sual verib ondan da bir kitablıq proqramı əvəz edə biləcək cavab aldı.

Bu, müsibət deyilmi? Qurban Məmmədli haqlı olaraq bu fikirdə olub ki, əjdahanın qabağına əjdaha çıxa bilər, yəni İlham Əliyevin qabağına çıxmağa çəkisi, sanbalı çatan bir adam varsa, o da Qurbandır. Bəlkə də Qurban Məmmədli oxşar fürsəti illərlə gözləyib, haçansa onun gerçəyə çevriləcəyinə ümid edib. İndi oğlu yerində olan Emin Hüseynov, yəni əslində sütül bir uşaq onun ümidini qırdı, onun perspektivdən mərhum elədi…

Necə qan ağlamasın daş bu gün…

Qurban Məmmədli əgər, Allah eləməmiş, birdən…ağır xəstələnərsə, bu, paxıllıqdan olacaq. Bu kişinin ən böyük bəlası paxıllıqdır. Patoloji paxıllıq. Və bu paxıllıq onun bütün ləyaqətlərini heçə çevirir. Qurban  Məmmədovda rəqib kimi gördüyü adamla ədəb qaydaları çərçivəsində çəkişmək, mübarizə aparmaq arzusu yox, paxıllıq hissi yaranır və paxıllıq hissi onun başını elə dumanlandırır ki, açıq böhtandan, yalandan, qarayaxmadan, ən rəzil manipulyasiyalardan çəkinmir.

Onun paxıllığına niyə “patoloji” deyirəm? Baxın, Əli Kərimlinin tutulmağı da Qurbanda paxıllıq hissini daha da alovlandırıb. Bir tərəfdən, əlbəttə, sevinir. Digər tərəfdən, Əli Kərimlinin beynəlxalq miqyasda tanınmasa onu yandırıb-tökür.

Bir rus lətifəsi var. Sual: ikili duyğu, yəni sevinclə kədərin eyni zamanda yaşanması nə deməkdir? Cavab: təsəvvür edin ki, sizin Mersedesiniz uçuruma yuvarlanır… içində də qayınananız…

İndi Qurban Məmmədli neyləsin?

Gündən günə, metodik və sistematik şəkildə Qurban Məmmədli Emin Hüseynovu və qardaşı Mrehmanı xalq gözündən sala biləcək nə isə axtarır, müxtəlif vələdəzzinaları bu işə cəlb edir, ən iyrənc, ən rəzil şəxsiyyətlərin Emin və Mehman haqqında, həmçinin Əli Kərimli haqqında çirkin ifadələrini sitat gətirməkdən çəkinmir. (Tural Abbaslı adlı biri var, ağzını açan kimi bilinir ki, cüvəllağıdır Təzə banlamağa başlayan beçə səsi ilə dönə-dönə həbs olunduğundan danışır… Cəhənnəmə həbs olunmusan, göra həbs olunmusan. Beş-altı ay türmədə dincəlmisən, otuz ildir əlini ağdan-qaraya vurmadan partiya rəhbəri adı ilə lotuluq eləyirsən. Hanı sənin partiyan, qırışmal?.. İndi bu lotu Qurban Məmmədli üçün hal şahidi olub…)

Mənə nədənsə elə gəlir ki, You Tube efirində özünü nə qədər saxlasa da, Qurban Məmmədli evə gedəndən sonra oturub hönkür-hönkür ağlayır. Çünki bilir ki, heç nəyə nail olmayıb. Azerfreedom da başına yığılanlar azsavadlı kütlə və bir çoxu isə açıq-aşkar törtöküntüdür. Və bunun günahkarı özüdür. Çünki qoşulduğu hər bir işdə özünü o işdən vacib sayır. Hətta Tərtər işində də Qurbanın kiməsə ürəyi yandığına ciddi şübhəm var. Elə bil ki, bu Tərtər işi, bütün bu araşdırmalar ədalətin bərpası üçün yox, Qurban Məmmədlinin şəninədir. Hansı işə əl qatırsa, Qurban Məmmədli onu intriqa mənbəyinə çevirir və qapazvurdu ilə qurtarır…

 

(ardı var)

22. 02. 2026, Samara

HƏYƏTDƏ BANLADI BEÇƏ, ABBASLI SƏSLƏDİ LİNÇƏ…

Hər dəfə Tural Abbaslını YouTube kanallarında görəndə vətən yadıma düşür və Məşədi İbad demişkən, halım pərişan olur. Vətən deyəndə ki, ölkənin hamısı yox, kiçik bir kənd və o kənddəki evimiz, bağımız, həyətimiz, həyətdə gəzən toyuq-cücə…

Mən yay aylarında oxuduğum kitabı kənara qoyub toyuq-cücəyə baxmağı çox sevərdim. Mən  baxdıqca cücələr böyüyüb fərə olurdular, beçə olurdular. Fərələr beçələrin qabağında nazlanıb  özlərini dartdıqca beçələrin təzə çıxan pipiklərində qızartı artırdı, yəqin ki, bu, eşqdən olurdu. Beçələrdə eşq həvəsi artdıqca onlarda oxumaq, yəni banlamaq, sevgilərini bütün kəndə yaymaq həvəsi oyanırdı, Gücənirdilər, cürbəcür qırıq-qırıq səslər çıxırdı…

Beçələr pərt olurdular, cücələr qaçıb gedirdilər…

Mən Tural Abbaslını görəndə, xüsusən səsini eşidəndə, o beçələr yadıma düşür…

Ah, vətən! Ah, vətənimin toyuqları, cücələri, fərələri…

Axşamlar isə çaqqallar ulaşırdlar. Ancaq bu ayrı məsələdir…

Hə, bu Tural Abbaslı Əvəz Zeynallının YouTube kanalında  səsinin cır yerinə salaraq və təzə banlayan beçələri xatırladaraq çığırırdı ki, türk bayrağının ipini kəsən Fuad İsmayılov linç olunmalıdır. Yəni bu “linç” sözünü mən düz başa düşürəmsə, Tural Abbaslı tələb edir ki, Fuad İsmayılov məhkəməsiz-zadsız asılmalıdır. Bir vaxt Amerikada ağların qaraları asdığı kimi.

Bu beçəyə oxşayan cənab partiya sədridir. Yəqin bu partiyada bir özüdür, bir də…Yox, təsəvvür edə bilmirəm ki, belə adamın başçılıq etdiyi partiyada ikinci bir adam da ola. Yəqin elə tək özüdür.Və yaxşı ki, tək özüdür. “Linç”çilər partiyası, kuklsklançılar bizə lazımdır?

İnternetdə bu “partiya”nın ideologiyası haqqında oxuyuruq: “Ağ Partiyasının doktorinası (İnternetdə belə yazıklıb: “doktorina” – M.Ə.)“Milli nizam»… “yeni osmançılıq» siyasətinin türk-islam coğrafiyasında təbliği…”

Milli nizam nədir? Bir şey başa düşdünüz? Nizam – universal kateqoriyadır, nizamın nə millisi? “Yeni osmançılıq” nədir? Əvəz Zeynallı kimi “kötü” deməliyik? Hüseyn Cavid kimi “ana” əvəzinə “anne”?

Bu adamın problemi və cəmiyyət üçün təhlükəliliyi bilirsiniz nədəndir? Cahiillikdən! Çünki bu adam təhsil almayıb. Guya “Müstəqil Azərbaycan universitet”ində oxuyub. Bu universitet hardadır? Orda hüquq əvəzinə “linçləmə” dərsi keçirdilər?

Mən əminəm ki, Tural Abbaslı qırxa yaxınlaşan yaşı ərzində dəfələrlə  bayraq ipi kəsməkdən min dəfə pis hərəkətlər edib. Və Tural Abbaslı həmin linçləmə şüuru ilə özünə yanaşsa, görər ki, tikə-tikə doğranmağa layiqdir.

Ağ partiya, ağ yalan partiya –belə hərəkətlərdən deyilmi?

Qəribədir ki, İnternetdə yaşı qırxa çatmış bu adamın haçansa bir gün də olsun ictimai-faydalı işlə məşöğul oldğöu barədə məlumar yoxdur…

“Linç”ə publik çağırışda cinayət tərkibi var və bunun üçün təkcə beçəyə oxşayan ağ yalan partiyasının rəhbəri yox, həm də Əvəz Zeynallı cinayət msuliyyəti daşıyırlar. Sabah bir osmanlı başlıxarab Fuad İsmayılovı öldürsə ya ona xəsarət yetirsə, Tural Abbaslı günühkar sayılmalıdır…

Eh, vətən! Bəzi insanlar xoruzları, bəziləri beçələri, fərələri xatırlatsalar da, onlar heç bir xoş təəssür yaratmırlar. Heyf deyildi əsl toyuq-cücə, kənd həyəti, kənd həyatı, evimiz!..

Axşamlar çaqqallar uLaşardı…Səhərə yaxın bir dəfə də…

Ancaq bu ayrı söhbətdir…

Sözümü bir yapon hokkusu ilə bitirmək istəyirəm:

Darvazamızı fələk vurubdur

Həyətdə banladı beçə

Tural Abbaslı səslədi linçə..

Mirzə Əlil

01. 02. 2022