Архив тегов | Tyütçev

FYODOR TYÜTÇEV. “BİZİ ÖYRƏTSƏ DƏ HƏYAT NƏ QƏDƏR…”

TYÜTÇEV

Bizi öyrətsə də həyat nə qədər,

Ürək möcüzəyə inanır yenə.

Qüvvə var  — əbədi tükənməyəndir,

Bir də gözəllik var – solub getməyən.

 

 

 

Elə çiçəklər var, yerdə bitməyən,
Onlar solan deyil yerdəkilər tək,

Günorta yanğısı od da çilyə,

Şeh quruyan deyil ləçəklərində.

 

 

Bu inam heç zaman aldadan deyil,

Yalnız onu yeyib dolanan kəsi.

Çiçəklənənlərin solmaz hər biri,
Hamısı ötüşməz, nə baş veribsə!

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

Əziz nemətini bu inamınsa,
Yalnız o insanlar dada bilərlər,

Ciddi fitnələrə kim dayanıbsa,
Sevgi ağrısına dözübsə əgər.

 

 

 

Kim özü həyatda min əzab çəkib,
Sağaldıb özgənin yaralarını.

Can əsirgəməyib dost yolunda kim,

Axıra qədər də mətin dayanıb.

 

Ruscadan tərcümə

09-13.09. 2019, Samara

 

 

 

Чему бы жизнь нас ни учила,
Но сердце верит в чудеса:
Есть нескудеющая сила,
Есть и нетленная краса. Читать далее

F.İ. TYÜTÇEV. Mikelancelodan

                                         

 

Yalvarıram, sus, məni oyatma, nəyə gərək,

Zaman ki belə iyrənc, belə cinayət dolu –

Yaşamamaq, duymamaq – bu qismət ən uğurlu,

Və daha fərəhlidir yatmaq, ya daşa dönmək.

1855

 

F. Tyütçev. BİZİM ƏSR

F.İ. TYÜTÇEV

 

Pozulan bədən deyil, ruh pozulub bizim zamanda,

Çəkib əl ümidlərindən, boğulur kədərlə insan.

Can atar o, nura doğru gecənin qaranlığından,

Və yetən zamanda nura qoparır şikayət, üsyan.

İnamın da yoxluğundan qurumuş və həm üzülmş,

Dayanıb durar bu dəm o və heç iştəməz aman da.

Və həm anlayar ki, məhvi elə də uzaq deyilmiş,

Və yanar inamdan ötrü… diləməz fəqət inam da.

Əbədən deməz də əlbət dualarla, göz yaşıyla,

Necə dursa da kədərli qapalı qapı önündə.

“İçəri məni burax da!  Mən iman gətirdim, allah,

Sən özün yetiş xilasa, çəkilib inam gedəndə…”