Архив тегов | uistan odenin .eirl’ri

UİSTAN ODEN. QOY TARİX MƏNİM HAKİMİM OLSUN

Hazırlaşıb bitirdik görülməli nə iş var,

Nə qədər firma varsa, tutduq siyahısını.

Yoxlandı dönə-dönə bütün hesablalamar

Fermaların yerbəyer elədik hamısını.

 +

Məqsədyönlü nə əmr lazımdısa – verildi

Demək olar beləydi nəticədə vəziyyət:

Gözlənilən tək, azlıq çox da razı deyildi,
Çoxluq adəti üzrə göstərirdi itaət.

 +

Küsənlər deyirdilər: qədimdəki tək yenə,

Sui-istivadəyə yol verib, əl atmışıq.

Cəhd eləyənlər oldu iğtişaşa, üsyana,
Əl-qol atırdı ancaq əsasən uçaq-muşaq.

Təlaş və narayatlıq  yaşatmazdı da ciddi,

Bu işlər əslindəsə.
Əgər qalib gəlməsək, bu, məlum məsələydi,

Şansı olmayacaqdı yaşamağa bir kəsin.

 +

Bu işə baxılarsa ənənıəvi nəzərlə

Deyilər ki, bu işin bəraəti yox əsla.

Nəzərə alınarsa yeni nəzəriyyələr,

Düşünürəm çoxları sayar onu əsaslı.

 +

Terrorun qeyri-adi formasıdır bu çünki.

Başqaları, gözləri hələ açıq olanlar,

İş elə başlanandan deyərdilər, yəqin ki,

Xəta ehtimalı var.

 +

Əlimizdən gələni elədik sonacan biz.
Özümüzəsə şəxsən qalan ən azı budur:

Namus və şərəfimiz.

Axıracan dayanmaq şansı da hələ durur.

1928

ingiliscədən tərcümə

18. 03. 2025, Samara

+++++++++++++++++++++++

WYNSTAN AUDEN

Let History Be My Judge

 

We made all possible preparations,
Drew up a list of firms,
Constantly revised our calculations
And allotted the farms,

Читать далее