Архив тегов | Ümumrusiya Azərbaqycan Kongresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru!

DEYİRLƏR Kİ, TOY OLACAQ…7NEWS.AZ HAMINI BAKIYA KEFƏ ÇAĞIRIR

Kim Azərbaycan yeniliklərini izləyirsə,  7NEWS.AZ adlı sayt ona tanış olmalıdır. Və dördgünlük müharibə və ondan sonrakı günlərdə ddöyüşlərin gedişi barədə ağ yalan və hətta öz ordumuz, əsgərlərimiz, şəhidlərimiz üçün təhqirli məlumat yayan saytlardan bəlkə birincisidir.Yəni bu saytda çalışanlar özlərini qoymuşdular lotuluğa, bizim əsgərləri aparıb çıxarırdılar Stepanakertə, ordan da yönəldirdilər Yerevana…

Belə insanlar haqqında dilimizdə yaxşı sözlər var, ancaq, təəssüf ki, kağıza yazmalı deyil.

İndi müharibə qurtarıb (?), keçiblər toya. Arşın hərflərlə yığılan başlıq: “Tanınmış diaspor rəhbəri Şamil Tağıyevin toyudur”.

Tanınmış? Yalançının lap belə…

Samarada əlli minə yaxın azərbaycanlı var və əgər bu təzəbəyin adını iki nəfərdən çox eşidibsə, mən başıma güllə çaxmağa hazıram.

Bizim burda xəbərimiz yox, Şamil Tağıyev möhtəşəm adlı bir fond yaradıbmış: “Azərbaycan mədəniyyətinin intibah bə inkişaf fondu”. Əgər belə bir fonddan Samarada əllli min azərbaycanlıdan heç bor nfəfərin xəbəri varsa, gəlin başıma bir güllə çaxın.

İndi bu Şamil Tağıyev bizim xəbərimiz olmadan, xəlvətdə, gecələr hamı yatandan sonra Azərbaycan mədəniyyətini elə intibah və inkişaf etdirib ki, böyüdüb eləyiblər də Ümumrusiya Azərbaqycan Kongresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru!

ШАМИЛЬ ТАГИЕВ.jpgƏgər bir adam şəhidlərin qəbri üstündə şəkil çəkdirib yayırsa, bilin ki, zatında iş var…

Mən də neçə vaxtdı məttəl qalmışdım ki, niyə bu Kongress gəlib Samarada lotu-potu yığır, hətta, deyilənlərə görə, Azərbaycanda əsgərlərimiz ağır döyüşlərə qatıldığı, ciddi itkilər verdiyi bir vaxtda yaxşı bir konsert də təşkil ediblər.

İndi görün   7NEWS.AZ  məlumatını necə qurtarır: “Bakıda həyata keçiriləcək toyda millət vəkilləri, QHT və media rəhbərləri, diaspor təşkilatlarının rəhbərlərinin iştirakı gözlənilir».

Əlbəttə, Bakıda belə bir insanın toyu “diasopor rəhbərləri” olmadan keçə bilməz!

İndi Kefli İsgəndər demişkən, olasan Rüstəm-Zal, durasan Bakı aeroportunda. Gələn-gələn “diaspor rəhbəri”ndən yaxşı sorğu-sual eləyəsən ki, 1992-cü ildə harda olublar. Və içlərində fərari çıxanı yıxasan yerə, ağzına-ağzına vurasan, sonra da qatara mindirib qaytarasan geri…