Архив тегов | vurğun

A.A. FET. UNUT MƏNİ, DƏLİ-DİVANƏ…

FET.jpg                                                      

 

«Забудь меня, безумец исступленный…»

Unut məni, dəli-divanə, gəl unut bircə,

Əbəs oyatma təlatüm və bəla.

Məni vurğun ürəyindir ki, yaratmış beləcə,

Xəyalam mən, vurulma sən xəyala.

 

İnan və anla ki, biryollug,  ey xəyalpərvər,

Əzablar içrə inləyib yanaraq,

Yaratdığın xəyala sən ki yaxınsan nə qədər,

O qədər məndən uzaqsan, sən, uzaq.

 

Beləcə körpə də məftunlanıb əksindən ayın

Suda, dərhal çığırar heyrətdən.

Atılar gördüyünə döğru… və sudan yayınıb,

İtib gedər o gümüşçöhrə sənəm.

 

Sil o göz yaşlarını pəncərədən, ey körpə,

Qapılma gəl nahaq xəyallara da.

Yuvarlanıb gedir, işıqlanır ay yüksəkdə,

O burda yoxdur, ordadır, orda…

18555

tərc.: 1984, Moskva