(Ezopdan)
Bir kişi qiymətli nəyi var idi,
Satıb qızıl külçə aldı puluna.
Basdırdı külçəni divar dibində,
Hər gün çıxararaq baxırdı ona.
+
Bir dəfə qızılı çıxaran zaman,
Gördü təsadüfən onu bir nəfər.
Güddü xəsis evdən gedəcək haçan,
Çıxarsın qızılı gələnə qədər.
+
Külçəni apardı oğru beləcə,
Qayıdıb tapmadı xəsis sərvəti.
Boş deşiyə baxıb ağladı qoca,
Yoxdu həyatının daha ləzzəti.
+
Onun bu halınıı görüb bir insan,
Dedi: bir daş basdır deşiyə yaxşı,
Fərqi yox, külçəyə ya daşa baxsan,
Sən ki, xərcləmirdin qızılı axı…
27. 01. 2026, Samara
