Архив тегов | Xeyrulla Xəyal tərcümələr

VLADİMİR NABOKOV. HANSI AYIB İŞİ GÖRMÜŞƏM Kİ, MƏN…

Hansı ayıb işi görmüşəm ki, mən,
Mənmi bədəmələm ya əxlaq pozan.

Mən, bütün dünyanı məcbur eləyən,

Vurulsun zavallı qızcığazıma.

 +

Bilirəm, qorxurlar məndən adamlar,

Yandıra bilərlər cadugər deyib.

Mənim sənətimdən ölənlər də var,
Sanki zümrüddəki zəhəri yeyib.

 +

Amma məzəlidir – abzas sonunda,

Korrektora rəğmən və əsrə rəğmən,
Bir vaxt kölgə əsər rus budağından,

Mərməri üstündə əlimin hökmən.


27
dekabr 1959, San-Remo

ruscadan tərcümə

16. 08. 2024, Samara

QEYDLƏR:

1. Şeirdə Nabokovun “Lolita” romanına qarşı ziddiyyətli münasibətlər bağlı düşüncələri əks olunub.

2. Son bəndə şairin ona haçansa vətəni Rusiyada abidə qoyulacağına ümidinin ifadəsi kimi baxmaq olar.

++++++++++++

ВЛАДИМИР НАБОКОВ

Какое сделал я дурное дело

Какое сделал я дурное дело,
и я ли развратитель и злодей.
я, заставляющий мечтать мир целый
о бедной девочке моей.
Читать далее

VLADİMİR NABOKOV. GÜLLƏLƏNMƏ

vladimir nabokov

Olur ki, yuxuya gedən tək durur
Və üzür çarpayım Rusiya deyə.

Məni aparırlar yarğana, budur,

Aparırlar orda güllələməyə.

 +

Qaranlıq otaqda ayılıram mən,

Yaxın stul üstdə kibrit və saat.

Lülə tək zillənib, bir an əsmədən,

Baxır gözlərimə yanan siferblat.

 +

Sinəmi, boynumu örtüb əlimlə

Dururam – vuracaq məni indicə.

Sönük, dairəvi işıqdan hələ,
Bilmirəm ki, çəkim gözümü necə.

 +

Saat çıqqıltısı sanki qəfildən,

Donuq şüuruma çatar, ayıldar.

Bəxtəvər qovqunluq həyatının mən,

Himayəsindəyəm, müdafiəm var.

 +

Sən isə istərdin, ürəyim, yəqin,
Belə də olaydı bu, həqiqətən:

Rusiya, ulduzlar, güllələnməyim,

Мeşəgilasıyla dolu yarğan həm.

1927

ruscadan tərcümə

13-14. 2024, Samara

+++++++++++++++

ВЛАДИМИР НАБОКОВ

РАССТРЕЛ

Бывают ночи: только лягу,
в Россию поплывет кровать,
и вот ведут меня к оврагу,
ведут к оврагу убивать.

 

Проснусь, и в темноте, со стула,
где спички и часы лежат,
в глаза, как пристальное дуло,
глядит горящий циферблат.

 

Закрыв руками грудь и шею, —
вот-вот сейчас пальнет в меня —
я взгляда отвести не смею
от круга тусклого огня.

 

Оцепенелого сознанья
коснется тиканье часов,
благополучного изгнанья
я снова чувствую покров.

 

Но сердце, как бы ты хотело,
чтоб это вправду было так:
Россия, звезды, ночь расстрела
и весь в черемухе овраг.

1927 г.

ROBERT BERNS. AH, MƏNİM NENNİM

Robert Burns

Təpələr dalında Stinçar axır,

Keçib mamırlıqdan, süpürgəlikdən.

Artıq qış günəşi qüruba yaxın,

Nənniylə görüşə tələsirəm mən.

2.

Qərb yeli işləyir iliyə qədər,

Gecə çox qaranlıq, yağışlıdır həm.

Yaxşı pledim var; təpəni keçər,
Nenniylə görüşə mən tələsərəm.

3.

Nennim məlahətli, gənc və mehriban,

Adam tovlamağa hiyləgər deyil.

Görüm ki, dilindən olsun o insan,
Nennidən uydurma və böhtan deyir.

4.

Ürəyi təmizdir, üzü gözəldir,

Qənirsizdir həm də tərbiyəsində.

Sevimli Nennimdən gözəl deyildir,
Çiçək ki, açılır şehin içində.

5.

Bir kənd uşağıyam mənsə sadəcə,
Məni tanıyanlar çox deyil elə.
Doğrusu, mən bunu almıram vecə,

Bəsimdir tək Nennim üzümə gülə.

6.

Mənim bütün varım məvacibimdir,

Onu ehtiyatla xərcləyəm gərək.

Dünyanın sərvəti vecimə deyil,

Mənim sərvətim var çünki Nenni tək.

7.

Yalnız inəklərdir, qoyunlar ya da

Qəlbini oxşayan qoca fermerin.

Kefim kök mənimsə kotan dalında,

Bircə qayğım vardır, o da ki, Nenni.

8.

Vecimə almıram gün necə keçə,

Göylərdən nə gələ, ona qaneyəm.
Qayğım var mənim bu həyatda bircə:

Yaşayım və sevim mənim Nennimi.

 

ingiliscədən tərcümə

  1. 07. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

My Nanie, O

 

1.
Behind yon hills where Stinchar flows
‘Mang moors an’ mosses many, O,
The wintry sun the day has clos’d,
And I’ll awa to Nanie, O.
Читать далее

ROBERT BURNS. TƏKƏBBÜRLÜ TİBBİ

Robert Burns

Xor

Tibbi, yadımdadır mənə baxırdın,

Necə təkəbbürlə sən utanmadan!

Bilirdim səbəbi kasıblığımdı,

Vecimə deyildi ancaq heç zaman.

1.

Dünən səni gördüm süpürgəlikdə,

Şütüdün, demədən bircə kəlmə də.

Kasıba başını yellədin, hərçənd,
Bu mənim vecimə deyil tük qədər.

2.

Son bazar günündə evə gedərkən,
Çıxdın yol üstündə qarşıma birdən,

Boylandın, başınla salamladın sən,

Vecimə deyildi amma tük qədər.

3.

Düşünə bilərsən,  yox buna şübhəm,
Zəngin adamlara çünki  bələdəm,

Mən sarı tərpətsən başını, o dəm,
Gərək mən özümü sayam bəxtəvər.

4.

O kəs dərdə düşsün, belə rəzilsə!

Hərçənd pul kisəsi onun təmizsə,

Tamaha düşərək dalınca gəzsə,

Təkəbbürlü., kübar qadının əgər.

5.

Nə qədər ağıllı olsa da oğlan,

Zəifdirsə sarı zibil sarıdan,

Yolu dəyişərsən, onu saymadan,

Quru cavabınsa onu incidər.

6.

Varsa ancaq onun əgər sərvəti,

Bağlanarsan ona əbədi, qəti,

Ancaq öyrənməyə gələndə, çətin

Sənin mal-qarana çox üstün gələr.

7.

Tibbi, açım sənə bu həqiqəti:

Səni gözəl edir ata sərvəti.

Sən kasıb olsaydın, necə mən indi,

Sənə təkcə şeytan verərdi dəyər.

8.

Bir qız tanıyıram parkdan o yanda,

Mənə o, əzizdir sadə donunda,

Səndən – öz gözündə səni ucaldan,

Qızılın və pulun ola nə qədər.

ingiliscədən tərcümə

11-12.07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O Tibbie, I Hae Seen The Day

 

Chorus
O Tibbie, I hae seen the day,
Ye wadna been sae shy!
For laik o’ gear ye lightly me,
But, trowth, I care na by.
Читать далее

ROBERT BERNS. ƏSGƏRİN QAYITMAĞI

Robert Burns

1.

Bitdi müharibə, dəyişdi həyat,

Çoxdan arzulanan Sülh yenə gəldi.

Fəqət yas tuturdu nə qədər arvad,

Gör nə qədər uşaq atasız idi.
Getdim düşərgədən — sıradan çıxıb,

Zaman keçirmişəm orda nə qədər!

Həqir dal çantama nəyim var yığıb,

Gedirdim – kasıb və şərəfli əsgər.

2.

Sadiq, təmiz ürək sinəmdə vurur,

Oğurluq şeyə əl vurmamışam mən.

Doğma Şotlandiya önümdə durur,

Gedirəm yolumu sevincək və şən.

Koyl sahilləri düşürdü yada,

Mən yenə Nensimi də xatırlayırdım.

Gənclikdə arzu və həvəs oyadan,

Necə də ovsunlu gülüşü vardı.

3.

Sevimli düzənə gəlib yetişdim,

Burda gəncliyimi şən keçirmişəm.

Dəyirman, göyəmlik necə tanışdır! –

Burda Nensi ilə çox görüşmüşəm.

Əziz sevgilimdir yolumu güdən,
Durub anasının evi yanında.

Çevirdim üzümü görəndə birdən,
Gözümün selimi gizlədim ondan.

4.

Dəyişmiş səsimlə söylədim: “Gözəl!

Gözəlsən gəlişan çiçəyi tək sən,

Gör necə, gör necə olar bəxtəvər,

O insan ki, onu seçib sevərsən!

Pul kisəm yüngüldür, yolum uzaqdır ,

Sakinin olardım böyük həvəslə.

Xidmət eləmişəm krala, yurda,

Sən özün əsgərə mərhəmət elə.

5.

Dərin fikirliydi onun nəzəri,

Özü daha gözəl həmişəkindən.
Söylədi: “Bir zaman sevdim əsgəri,

Unuda bilmərəm bir də onu mən.

Bu sadə evimiz, nə varsa bizdə,
Sən özününkü bil bu gündən belə;

Nişanın, kokardan mənə əzizdir,

Özün buna görə əzizsən elə!”

6.

Baxdı, qızılgül tək o qızararaq,
Sonra zanbaq kimi ağardı birdən,

Və ağladı, məni qucaqlayaraq:

“Mənim əziz Villim deyilsənmi sən?”

“And olsun göyləri yaradan kəsə,
O kəs ki, göndərib sevgini nemət,

Villiyəm! Və sevgi həqiqidirsə,

Sevənlər vüsala yetər, nəhayət!

7.

Yurda qayıdıram, hərb bitib artıq,

Görürəm vəfalı, həminkisən sən.
Sevgidə zənginik, çox da kasıbıq,

Bir də ayrılmarıq bir-birimizdən.”

Dedi: “Qızıl qalıb mənə babamdan,

Səliqə-səhmanlı ferma həmçinin!

Yerin var göz üstdə, qəhrəman oğlan,

Xoş gəldin, vəfalı əsgərim mənim!”

Qızıl həvəsiylə tacir əlləşir,

Fermersə çalışır təsərrüfatda;

Döyüş şöhrətidir muzdu əsgərin,

Bütün sərvəti də şərəfdə, adda.

Soyuq baxma igid, kasıb əsgərə,

Yad və özgə sayma onu heç zaman.

O qalxıb özünü qabağa verər,

Ölkəyə thlükə yaranan andan.

1793

ingiliscədən tərcümə

07-08.07. 2024, Samara

++++++++++++

 ROBERT BURNS

The Soldier’s Return.

1.
When wild War’s deadly blast was blawn,
And gentle Peace returning,
Wi’ monie a sweet babe fatherless
And monie a widow mourning,
I left the lines and tented field,
Where lang I’d been a lodger,
My humble knapsack a’ my wealth,
A poor and honest sodger.
Читать далее