
Sovet vaxtı peşə təsifatında belə bir peşə də vardı: “geniş profilli dəzgahçı”.
Ömrü boyu dəzgah dalında dayanmayan, çörəyini, bəzi qadınlar kimi diliylə qazanan Sərdar Cəlaloğlu da geniş, çox geniş profillidir.
Siyasətçi, siyasətşünas, ilahiyyatçı, həkim, qadın hüqüqu, hicab və aybaşı üzrə mütəxəssis, hərbi strateq…
Özü kimi demaqoq, söz yox, dil ustası olan, əsgərlikdən yayınıb ağız dolusu hərbi zəfərlərdən danışan Zaur Qəriboğlu ilə verilişdə Cəlaloğlu əvvəlcə ədəbiyyatşünas və ədəiyyat tənqidçisi rolunu ifa etdi. Dedi ki, Nizaminin vaxtında Gəncədə Nizamidən də böyük şair olub, ancaq sovet hökuməti onun adını batırıb…
Sonra musiqi tənqidçisi və musiqişünas kimi çıxış edərək dedi ki, Flora Kərimova dünyada yeganə müğənnicir ki, səsi 8-ci oktavanı götürür.
Maraqlıdır, bu oktava söhbətini Sərdar Cəlaloğlu harda, kimdən eşidib?
İndi bilmirəm, sovet vaxtı Azərbaycanda musqişünaslar və musiqi rənqidçiləri vardı. Əsasən boşboğazlıq eləsələr də, hər halda musiqi təhsilləri vardı. Bilirdilər ki, oktava nədir.
Atlar ölüb, itlərin bayramıdır?
“Ən yüksək nota görə həm qadınlar arasında həm də mütləq rekord:
İtalyan mənşəli Braziliya müğənnisi Corciya Braun 2004-cü ildə 5-ci oktavada fa götürmüşdü. Həmçinin C. Braun 2004-cü ildən qadınlar arasında ən geniş diapazona görə dünya rekpordçusudur: böyük oktavadakı ci-dən5-ci oktavadakı fa”. (Vikipediya, ruscadan tərcümə)
Görürsünüz, 5 oktava. Cəlaloğlu hansı biliklə, hansı hünərlə Floranı 8-ci oktavaya qaldırır?
Nə bilik var, nə də hünər. Həyasızlıq, abırsızlıq!
Haçan Flora klassik repertuar oxuyub? “Qaynana” filmində? “Yenə başladı it kimi ulamağa…”
Fikirləşdim ki, Sərdarla Flora arasında ümumi nəsə var? Bəlkə bığ? Cavanlıqda Floranın bığı Koroğlunun bığından seyrək deyildi. Sonra qırxdı…
Yox, bu adamlar arasına ümumi abırsızlıq və həyasızlıqdır. Flora saxta seçkilərdə səs verir və deyir “əcəb eləyirəm”.
Sərdar Cəlaloğlu elə eləyir və elə deyir…
Doğrudanmı itlərin bayramıdır? Yox, Azərbaycanda itlərin başı qapazlı olur.
Bəlkə çaqqalların?
19. 02. 2024, Samara

