Архив тегов | yayınmaq

YOX, O, ESKAPİST DEYİL

ROBERT FROST

        YOX, O, ESKAPİST DEYİL[1]                                                                             

           ESKAPİST – NEVER

 

Yox, yox, o, qaçqın deyil, yayınmadı, yayınmır,

Yox büdrəyib arxaya baxdığını görən də.

Təhlükə arxada yox, onun yanınca gedir,

Beləcə iki yandan dolambac edilsə də,

Yolu yenə düppədüz, yenə irəliyədir.

Axtarışçıdır, gedir durmadan axtararaq,

Uzaqlarda özü də axtarışçı axtaran,

Başqa axtarışçını. Onu kim axtarırsa,

Axtarır özü kimi axtarışa vurğunu.

Əbədi tədqiqatdır ömrü tədqiqatçının.

İndiki həyatını gələcəkdir yaradan,

Həyatsa istəklərin sonsuz silsiləsidir.

 

 


 “İN THE CLEARİNG”  kitabından. Tərc.: 24 aprel 2008, Samara.

 

[1]Onu eskapizmdə günahlandıranlara cavab verən Frost 1933-cü ildə çıxışlarından birində deyib: ”Well? A man may climb a tree and still not be an eskapist. He may go up there to pick something”.  Yəni ki, bir adam ağaca çıxırsa, bu o demək deyil ki, o qaçıb canını qurtarır, o bəlkə dırmaşıb ki, orda bir şey dərsin…

Robert FROST. FÖHŞ İNCƏLİKLƏRİ

İNGENUİTES OF DEBT

Onların daşlarda həkk elədiyi

Sözlərin ünvanı əbədilikdi,

Mənası – baxana əsl göz dağı:

“Atın gəbərməmiş tələs satmağa,

Hünər – zərbələrdən yayınmaqdadı”.

Ktesofondu bu şəhərin adı.

Yarı müharibə, yarı ticarət,

Yığıb toplamışdı əlində sərvət,

Sınıq, köhnə, çürük nə var saytaraq.

Bir şey o dövlətdən qalmayıb ancaq.

Bu şəhəri föhşün incəliyi də,

Qoruya bilmədi saysız itkidən.

Toz-torpaq qapıdan sızıb inadla,

Döşəmə bəzəyi qalıb qum altda.

Buxaq üstə düşən ilan sayağı,

Qum durub elə bil ətrafa baxır.

İndi nəfəs dərib burda bir qədər,

Qalxıb divardakı yazını örtər.