Архив тегов | Zəlimxan Yaqub

AŞIQ PƏNAH KAZUSU. AŞIQQAYIRMA TEXNOLOGİYASI VƏ ZƏLİMXANIN O DÜNYADAN ÇIXIŞI

aşıq pənah

Nadir Əlibayramlıya hardan gəlmişdi, bilmirəm, bəlkə hacıqabullu, bəlkə Sabirabadın Əlibayramlıya yaxın kəndlərindən idi. Sabirabadlılardan oxuyan görməmişdim. Bir sabirabadlı balabançı tanıyırdım, balabanın birini eə pencəyinin cibində gəzdirirdi, bir də görürüdün çıxarıb qoydu damağına. Balaban gərək cüt çalına, solistin yanında dəm tutan ola, tək çalınanda, özü də naşı çalanda elə bilirsən məcməyi boyda bir pətəyin arısı xorla vızıldayaraq yeriyir üstünə…

Qayıdq bu Nadirə… Nadirin gözlərinin qaynamığı qız istəməyindən idi, deyirdilər bizim pedaqoji məktəbin gözəllərindən birinə vurulub, qız isə deiyb get tayını  tap… Hə, bu Nadirə tez bir serjant şalvarı, stroybatçı köynəyi, nimdaş polkovnik çəkmələri tapıb geyindirdilər, başına molla papağı qoyub elədilər aşıq. Bu paltar, ayaqqabı tapılana qədər yerli qafiyəbazlardan birinə Nadirin adından iki-üç qoşma da yazdırdılar. Bəli, Nadirin, daha doğrusu aşıq Nadirin əlinə bir butafir saz verib çıxardılar səhnəyə. Eşqinin oxu daşa dəymiş Nadir elə bunu axtarmırdımı? Aşıq Nadir stroybatçı köynəyinin, üstündə sovet oraq-çəkici olan bürünc düymələrini sürtüb parıldatdı, nimdaş polkovnik çəkmələrinə təzə rəng vurdurdu və onun adına yazımş şeirləri gecə-gündüz əzbərləyərək aşıqlıq debütünə hazırlaşdı…

Qayıdıram aşıq Pəmahım 90 illik yubiley tədbirinə. Bakıda təbdir 2016-cı ilin oktyabrında keçirilib. Yanvarda vəfat etmiş qrafoman şair və demaqoq deputat Zəlimxan Yaqubun,  Pınahın 80 illik yubileyndıki çıxışının videoyazısını səhnə ekranına çıxarırlar. Zəlimxan Yaqub Salyanı müqəddəs  yer adlandırır, yubilyar aşıq  haqqında isə belə deyir: “Aşıq Pınah döndü Azərbaycanın Kürünə, Azərbaycann coşqun çaylarına, dənizlərinə…”

Bu sözləri Zəlimxana dedirən nədir? Bəlkə salyanlılar çıxışdan qabaq ona qara ya ağ veriblər? Yox, Zəlimxan sayanlılardan bəlkə də balıq alıb, kürü alıb, ancaq bu ölçü-biçiyə sığmaz təriflər keflilikdən, xumarlqdan deyil, bu, başıpozuqluqdandır,  bu adam tərbiyənin və vicdanın nə olduğunu bilməyib. Zəlimxan sənin gözünün qabağında mürəbbə fincanına girib şirni içində şirin canını tapşırmaqda olan milçəyi fil adlandırar və bu “filə” elə təriflər deyərdi ki, istəyərdin hiddətindən başını vurasan divarın tininə, çünki Zəlimxanı — deputatı və xalq şairini  — vurmaq ağır cinayət sayılardı…

A kişi, Azərbaycanda o  coşqun çaylar, o dənizlər hardadır? Çap hərfləri ilə yaza bilən, oxuduqlarını özgələr, bəlkə elə qismən Zəlimxan Yaqub yazmış  aşığın dənizlərə nə bənzəri?

(Yeri gəlmişkən, tədbirdə bir aktrisanın  oxuduğu “Çörək” şeirini Pənah üçün Zəlimxanın yazdığını güman etmək olar – onun “beliyara” qafiyələri və bənzətmələri tanınır.)

Görün sonra Zəlimxan nə deyir: “Aşıq Pənah oturuşu-duruşu, danışığı, şuxluğu, şahlığı, geyimi ilə Allahın hazır çəkilmiş rəsm əsəri idi”.

Allah sənin bəlanı versin, necə ki, verdi! Belə əqidəsiz qafiyəbazlar döşlərinə deputat nişanı da taxaraq millətin əxlaqını, mənəviyyatın pozurlar.

Mən niyə yubiley tədbirinə və Zəlimxanın o dünyadan səslənən çıxışına qayıtdım? Geyim məsələsi! “… geyimi ilə Allahın hazır çəkilmş rəsm əsəri idi” – bunu Zəlimxan deyir və bununla, əlbəttə, cəhənəmdəki vəziyyətini ağırlaşıdırır… İndi Pənahın şəkillərinə baxın: şəkillərinin əksəriyyətində Stalin, çekist kostyumundadır. Allah müsəlman aşığının bu şəkildə yaradardımı?

1969-cu il iyunun 15-də bizi Bakıya apardılar, 16-da səhər saatlarında  filarmoniya səhnəsində Əlibayramlı günlərinin təntənəli açılışının məşqi oldu. Zalda beş-on adam məşqin gedişini izləyirdi. Onlardan ikisini tanıdım: Niyazi və İslam Rzayev. Deməliyəm ki, xorumuzu Niyazi bəyənmişdi və məktəbin direktoruna tövsiyə eləmişdi ki, kollektivi qorusun. Repertuarımızın əsas npmrəsi Serafim Tulikovun “Lenin” haqqında mahnısı idi. Əsas yerini solist oxuyurdu, xor isə nəqəratı.

Lenin vseqda jivoy,
Lenin vseqda s toboy!

Yəni Lenin həmişə diridir, Lenin həmiə səninlədir. Mən səhnədə çox həyəcanlıdır, səsimin çıxığına indiyəcən arxayın deyiləm…

 (ardı var)

05. 09. 2023, Samara

ZƏLİMXAN YAQUB BİZİ RÜSTƏM BEHRUDİYƏ TAPŞIRIB GEDİB…

rüstəm_behrudi.jpeg

İ

Rusiyada cənazə qapıdan çıxanda mərhumun ən yaxınları şivən qoparırlar: “Na koqo, na koqo tı nas ostavil (a)….” Yəni bizi kimə tapşırıb gedirsən…

Zəlimxan Yaqub öləndə yəqin Azərbaycanda şivən qoparmasalar da, ciddi narahatlıq keçiriblər: “Bizi kimə tapşırıb gedirsən…”

Rüstəm Behrudinin şeirlərini oxudum və gördüm ki, heç narahat olmağa dəyməz: Zəlimxan Yaqub azərbaycanlıları Rüstəm Behrudiyə tapşırıb gedib. Ancaq deməliyəm ki, Zəlimxan Yaqub Rüstəm Behrudidən istedadlı olub, daha dəqiq desək, Zəlimxan Yaqubda poetik vergi olub, Ancaq Rüstəm Behrudi özünü şairliyə qoyanlardandır. Bu onun mərhum Zəlimxan Yaquba oxşamağına mane olmur – həmin uzun, cəfəng şeirlər, “lər, lər, pəncərələr” səviyyəsində qafiyələr, arxaik dil, dolaşıq fikirlər və onların çətin anlaşılan ifadəsi. Читать далее

ZƏLİMXAN YAQUB XAHİŞ EDİB Kİ, ONUN TƏQAÜDÜNÜ SEYMUR BAYCANA VERSİNLƏR

Nüfuzlu İnternet-portal Yüzval.az dünyasını təzəcə dəyişmiş xalq şairi Zəlimxan Yaqubun yazılı vəsiyyətindən fraqmentlər dərc edib. Vəsiyyətnamənin çox hissəsi şeirlə yazılıb.

Gedirəm, od vurun kitablarıma,

Alışıb-yananda basdırın məni.

Dahi sənətkaram, adım-sanım var,
Fəxri xiyabanda basdırın məni.

Ulu öndərimdi mənim ilhamım,

Öndərin yanında basdırın məni.

Bundan əlavə, mərhum xalq şairi prezidentdən xahiş edir ki, onun indiyəcən aldığı təqaüdü bundan sonra Seymur Baycana versinlər.

 

DƏDƏ QORQUDLAR ÖLÜB. GƏDƏ VƏ QODUQLARIN DÖVRÜDÜR…

Xaçmazın Xraqoba kəndinin yerli əhalisini dağıdıb orada tikdirilən bahalı evlərə naxçıvanlılar köçürüləndən sonra prezident müşavirə keçirir ki, kəndə təzə nə ad qoyaq. İlham Əliyev deyir:

— Mən təklif edirəm ki, kəndin adını Dsanabaş qoyaq. Naxçıvanlılar bu adla özlərini işğalçı kimi yox, yerli əhali kimi hiss edəcəklər.

Xraqobada öz qohumlarını yerləşdirmiş sərhəd komandanı Elçin Quliyev deyir:

— Zat-aliləri, Danabaş çox gözəl addır, naxçıvanlılara yaraşan addır, ancaq biz Qəbələdə neçə kənddən yerli əhalini çıxarıb adlarını qoymuşuq Danabaş. Bəlkə Xraqobaya başqa ad qoyaq?

Çox məsləhətləşirlər, çox düşünüb-danışırlar, axaırda aşıq Zəlimxan Yaqubu çağırırlar. Zəlimxan sazı basır sinəsinə, çalıb-çağırır, axırda deyir ki, Xraqobanın adını qoydum Palıdlı…

 

Mirzə Əlil

06.01.14

AD NİYƏ BATSIN Kİ…

Prezident Əliyev Əylislidən alınmış “ xalq yazıçısı” adını Zəlimxan Yaquba verib. İndi Zəlimxan Yaqub həm xalq şairi, həm xalq yazıçısı, həm də xalq aşığıdır.

BİR SIXMA TORPAQ

              
Kim deyir ki, Mirzə Əlil vətəni sevmir, başından böyük qələt eləyir. Vətəni məndən çox bircə prezidentin ailəsi sevər, bir də Kəmaləddin Heydərov. Qalan heç kim vətən sevgisində mənə yaxın gələ bilməz. Elə sevgimin artıqlığındandır ki, hər yay vətəndən qayıdanda təkcə ürəyim yox, bütün başqa yerlərim də xarab olur. Bu dəfə görünür eşq başıma elə vurub ki, sentyabr ayının yeddisində kənddən çıxmaq istəyəndə əməlli-başlı qırc olub yıxıldım. Məni ötürməyə gələnlər şivən qopardılar ki, bəs Mirzə indi ölər, bu saat ölər.  Hələ eşitdim pıçıldaşırlar ki, molla dalınca adam göndərmək lazımdır. Molla sözünü eşidən kimi huşum elə bil qayıtdı, dedim a zalım uşağı, mənə hələ molla lazım deyil, Salyan xəstəxanasına zəng vurun, həkim gəlsin. Dedilər, Mirzə, bayaqdan səni istəyənlərin hamısı zəng vurur, ancaq zəng gedib çatmır, çünki, möhtərəm prezidentimiz Salyan xəstəxanasına baxmağa gəlib. Prezident olan yerdə də rabitəni kəsirlər. Dedim ay bala, mən öləndən sonra o xəstəxana mənim nəyimə lazımdır, zəng vurun prezidentin özünə, deyin Mirzə Əlil ölür. Dediər Mirzə, prezident tapşırıb onu bircə Zəlimxan Yaqub öləndə narahat eləsinlər. Dedim a zalım uşağı, onda qoyun məni bir maşına, Bankə yolu aparıb çatdırın Neftçala xəstəxanasına. Dedilər bu yol iyirmi ildir təmir görmür, səni bu yolla aparsaq, sən də ölərsən, özümüz də ölərik…

Hə, camaat yağlıqaradan-zaddan qayırıb məni ölməyə qoymadı, sonra sağollaşıb yola düşdüm. Həmin o Salyan xəstəxanasının yanından keçəndə gördüm ki, düz xəstəxana qapısına qədər asfalt basılıb, ordan o yana yox. Mənə dedilər ki, Azərbaycan alimləri açılıb-yığılan asfalt yaradırlar, rulon şəklində olacaq. Prezident hara getsə, döşəyəcəklər ora, sonra yığıb yumurlayacaqlar. Məni öz dilini Rusiyada guya unudan qurumsaqlara oxşadanların biri belə dedi: “Ekonomiya budet do fiqa, Mirza!”

Bərəkallah! Azərbaycanlıda olan ağıl heç bir millətdə yoxdur. Qeyrətdə də bizə çatan olmaz. Bizim adam hər cür qeyrəti çəkir. Ən çox da ailə qeyrətini. Hara baxırsan, mərhum öndərimizin heykəli, muzeyi, adına salınan bağlar… Hansı millətdə belə ata qeyrəti çəkmək var? Odur ey, özbək prezidenti İslam Kərimov, gəlib Bakıda Əlişir Nəvaiyə heykəl açıb. Mənə çoxdan deyirdlər ki, özbəklər dədələrinə qiymət qoymurlar, inanmırdım, indi daha inandım. A kişi, şair kimdir ki, sən boyda prezident onun heykəlindən ötrü durub Bakıya gəlirsən. Şair lotu-potu tayfasıdır, sən dədən qala-qala Nəvaini niyə ucaldırsan? Başınız haqqı, əgər bizim prezidentimiz Nəvainin əvəzində gedib Daşkənddə dədəsinə heykəl qoymasa, adımı dəyişib Mirzə Təbil qoyaram. Onsuz da sərhəddi keçəndə başıma gələnlərdən sonra adımdan zəhləm gedir. Sərhədçilər məndən rüşvət istəyəndə dedim a bala, nə rüşvət, mən Mirzə Əliləm. Dedilər cəhənnəmə Mirzəsən, gora Əlilsən, pulu ver, yoxsa ənginə elə qoyarıq ki, bu şoğərib adın da yadından çıxar.

Pulu verməyinə verdim, ancaq başa düşmədim ki, niyə mənim adım şoğəribdir.

Vətəndən bir sıxma torpaq götürmüşdüm, ki, birdən məni Samarada basdırsalar, qəbrimə töksünlər. Gömrükçülər buraxmadılar, dedilər hərə bir sıxma aparsa, vətəndə torpaq qalmaz ki. İstədim deyəm a bala, elə gözünüz məni gördü, ermənilər o qədər torpaq götürüblər, niyə onlara dinmirsiniz. Demədim. Düzünə qalsa, üz həmişə özgədən utanır, özünkündən utanmır. İndi erməni olub özgə, bizim prezidentimiz, nazirlərimiz, generallarımız onlara nə desinlər?

Vallah, utanırlar…

Mirzə Əlil