Архив тегов | Zaur Qəriboğlu

YENƏ SORUŞURAM: ZAUR QƏRİBOĞLU NİYƏ ƏSGƏR GETMƏYİB?

zaur_qəriboğlu

Cənab Zaur Qəriboğlu!

“Zaur Qəriboğlu niyə əsgər getməyib” adlı yazı mənimdir. “Məndən yazırlar” deyib şivən qoparmaqla özünüzü kütləvi kampaniya qurbanı kimi göstərməyə çalışırsınız ki, bu da sizin davranış tərziniz üçün xarakterikdir.

Əsgər paltarında (“gözümdə də oçki var”)  şəkilləriniz mənim fikrimi dəyişmədi. Mən yenə hesab edirəm ki, siz əsgərlik çəkməmisiniz. Siz tək ya qonaqlarınızla tez-tez hərbi mövzuları müzakirə və militarist çıxışlar edirsiniz. Yəni xalqı yeni hərbi kampaniyalara səsləyir ya da hazırlayırsınız. Mənim fikrimcə, belə avantürist çıxışlar məhz xalq üçqn, xüsusən onun fəhlə-kəndli hissəsi üçün təhlükəlidir. Çünki hər yeni hərbi kampaniyada həyatlarını ya da sağlamlıqlarını itirənlər fəhlə-kəndli balalarıdır. Hərbi mövzuda danışmağa yalnız hərbin, yəni müharibəniin bütün ağırlıqlarını çəkmiş insanların haqqı var. Hardasa, özünüzün deiyiniz kimi, “oçki gözündə”gününü yubatmaq sizə bu haqqı varmir. 2020-ci ildə sizin 30 yaşınız olub. Niyə səfərbər olunub cəbhəyə getməmisiniz? Canınızı qorumusunuz? Elə isə ağzınızı yumun, xalqın balalarını ölümə, qana səsləməyin.

Məni – yazının müəllifi mənəm – “tərbiyəsiz” adlandırırsınız. Məni tanıyırsınız? Durun güzgünün qabağında, özünüzə yaxşı baxın. Kostyumunuzu, qalstukunuzu, alt paltarınızı, ailənizin dolanışığını hansı pulla təmin etdiyinizi düşünün. «Seçkilər»də yəqin bir ətək pul qazanmısınız. Bu pulu jurnalistliklə qazanmırsınız, Azərbaycanda müstəqil jurnalistlər pul qazananda da burnundan gətirirlər. Ondan çox müstəqil jurnalistin harda olduğu sizə yaxşı məlumdur. Sizin də yeriniz məlumdur.

Deyirsiniz ki, “yazanlar” xaricdən idarə olunurlar. Bilə-bilə yalan deyirsinuiz. Bilirsiniz ki, yazan təkdir və kimdir. Mənim xaricim Samara şəhəridir. Və məni haçansa, kimsə idarə edibsə, adını, ünvanını deyin. Mən idarə olunsaydım, aspiranturadan sonra zavodda fəhləlik eləməzdim, sizin kimi AYB adlanan oğraşxananın üzvü olardım.

Mənim yaşadığım xaricdə sizin kimi adamlara “делец” deyirlər. Bu sözü “işbaz” kimi də, “lotu” kimi də tərcümə etmək olar. Qundaqdan çıxandan siz nəşrlərə, fondlara, televiziyalara rəhbərlik edirsiniz. Sayları o qədər çoxdur ki, fiziki cəhətdən o rəhbərlikləri icra etmək qeyri-mümkündür. Savadınız da… Yəqin “Allaha təvəkkül” universitetini qurtarmısınız.

Bilirsinz sizdən niyə yazıram? Çünki cəhalət yayırsınız. Tək, qonaqlarınızla. Sərdar Cəlaloğlu iddia edir ki qan analizi ilə milli mənsubluq müəyyən edilir. Deyir ki, Mahatma Qandi Hindistanın prezidenti olub. Deyir ki, Flora Kərimova 8-ci oktavanı götürür və s. Düzəliş yazanda da silirsiniz. Mən keçmiş məktəb müəllimiyəm, cahil adamların millət müəllimi roluna girməyi, onsuz da çaşqın insanları daha da azdırmağı mənə toxunur.  Özünü polkovnik adlandıran, ancaq gizir qədər ağlı və məsuliyyəti olmayan heyvərə Üzeyir Cəfərovu, yeri psixiatriya xəstəxanası olan Cahangir Bayoğlu ilə haçanacan xalqın zehninə ziyan vurub özünüz kimi debilə çevirəcəksiniz?

Ən vacibi: orduda mənim ailəmin üzvü həlak olub. Ölümlərin bəlkə də ən ağırı və faciəlisi ilə. Ailənizdən (ailənizdən!) cəbhədə ölənlər varsa, yazın, mən də sizin barənizdə fikrimi dəyişərəm. Yoxdursa, Zəngəzur, Qərbi Azərbaycan kimi təhlükəli (fəhlə-kəndli balaları üçün təhlükəli) söhbətlər eləməyin.

Güzgü qabağında durmağı unutmayın. Pasternak deyirdi ki, başqalarının onun barəsində nə fikirdə olmağı vacib deyil, onun üçün vacib  “Mən namuslu adamammı?” sualına müsbət cavab verə bilməkdir.

Xeyrulla Xəyal

25. 02. 2024, Samara

P.S. Mənim yazımdan danışdığı Zaur Qəriboğlu videonu hansı verilişindənsə fraqment kimi kəsib qoyub. Studiyadakı qonağına ağlar halda deyir: «Mən təsadüfən bilmişəm… Sayt açıblar… Məndən yazırlar…Xaricdən idarə olunurlar…» Bunları deyə-deyə Qəriboğlu telefonunun ekranını bir neçə saniyəliyə qonağına göstərir və dərhal çevirir. Tamaşaçı heç nə görmür. Görsə, bilər ki, Zaur Qəriboğlu «Allaha təvəkkül » universitetini bitirsə də, intellektual səviyyəsi peşə məktəbinin məzunu səviyyəsində olsa da, fırıldaqlığa zirəkdir, gözübağlıca ustasıdır,  kartbasan və üsükoynadandır, çünki mənim heç bir saytım yoxdur, işlətdiyim — havayı bloqdur. Bloq indi açılmayıb, on iki ildir mövcuddur. Və bu bloqdakı yazılar da təkcə mənə məxsusdur. Özünü şişirtmək üçün xarici işə qatır. Şikayətlənir. Birbaşa xüsusi xidmət orqanlarına. Bu, Zaurun şakəridir — çuğulçuluq, xəbərçilik, çağırış edib adam tutdurmaq, insanlara «sorosçu damğası vurmaq»…Prezidentə hətta müraciət edir. Yəqin onunla oturub-durur…

İnstaqramdakı videonun şərh bölməsinə baxıram: beş-altı şərh var, ancaq əlavə ertmək mümkün deyil, çünki akkaunt sahibi «şərh opsiyasını məhdudlaşdırıb»….

XUMAR QƏDİMOVAYA BİR HƏFTƏDƏ 7-8 MİLYON BAXILIB? BU, MÜMKÜNDÜRMÜ?

Xumar Qədimova

Azərbaycan musiqisinə hərdənbir qulaq asıram – Bülbül, Xan Şuşinski, Alim Qasımovun gənclik yazıları, Ağabala Abdullayev, Yavər Kələntərl… Xumar Qədimova haqqında Sərdar Cəlaloğludan eşitdim. Sərdar Cəlaloğlu Şeyx Nəsrullah kimi bir şəxsiyyətdir, bütün elmlərdən xəbərdardır, özü də alimdir. Sərdar Cəlaloğlu Ramiz Rövşəni Nizami Gəncəvi ilə, Xumar Qədimovanı isə Flora Kərimova ilə bir zirvəyə qoydu. Yeri gəlmişkən, Sərdar Cəlaloğlu ilə Flora Kərimovanı yaxın edən vacib bir şey var – hər ikisi saxta seçkilərdə İlham Əliyevə səs verib, hər kisi də deyib ki, “əcəb eləyirik”.

Sərdar Cəlaloğlu dedi ki, Xumar Qədimovanın mahnsına təkcə YouTube-da 6 miyon adam baxıb. Bu mötəbər şəxsin və şəxsiyyətin sözü mənim üçün müqəddəsdir. Təcili YouTube-da mahnını tapıq qulaq asdım.

Əvvəl sözlər barədə. Bilirəm ki, Ramiz Rözşənin şeirini tənqid edən adam özü də şeir yazırsa, deyəcəklər ki, paxıllıq edir. Ancaq həqiqət naminə kütlə qınağına dözmək lazımdır.

Mahnını sözləri, yəni Ramiz Rövşənin şeiri, qısa desək, cəfəngiyatdır. Elə cəfəngiyyatdır  ki, yarım saatın içində mən bu şeirə parodiya da yazdım…

RAMİZ RÖVŞƏN PREZİDENTƏ

Əvvəl sevgim yavaş idi,

Sürətlə sonra sevdim.
Güzəranım yaxşılaşdı,
Gəldi pul-para, sevdim

Elçibəyə verdim ürək

Sevdim bir ildən də az.

Atan onu devirən tək,

Keçdim bu sevgidən vaz.

Şükr Allaha, ağıllandım,
Sevdim uldu öndəri.

Havayı ondan ev aldım,
Verdi şəxsən orderti.

Öndər öldü, səni sevdim,

Yazda, yayda, qışda mən.

Gəldi hər ay təqaüdüm,

Bir ev də bağışladın.

Ən çox sevdim səni bu qış,
Seçki keçiriləndə
Məntəqələr açılmamış,

Verdim səsimi mən də.

İki dəfə səs verərək,
Dörd-beş bülleten atdım.

Çünki səni sevir ürək,
Sənsən eşqim, həyatım.

Mahnı sözləri əksər hallarda poeziya deyil. Mahnı sözləri bir növ xüsusi janrdır. Məsələn, Beatlse-ın bütün dünyada məşhur mahnılarının da sözlərinin böyük poeziyaya aidiyyəti yoxdur. Sözlər musiqini müşayiət edir, vəssalam. La-la kimi. Əsl şeirlərə yazılmış mahnılar da var, ancaq bu, ayrı mövzudur.

“Sevdim səni” şeiri gücənə-gücənə yazılan mətnlərdəndir. Yəni Ramiz Rövşən peşəkar şairdir, çörəyi şerdən çıxır, gərək vaxtaşırı yaza, kitab çıxara, satıb pul qazana, prezident təqaüdü ala, mənzil ala. Şeir şoğərib isə yazılmır. İyirmi beş yaşında bulaq quruyub. Ancaq sözü sözə calaya, misra qura, qafiyələndirə bilir. Təzə metafora tapmayanda oğurlamaq da olar, Ramiz Rövşən poeziyanı bilie, bilir hardan nə çırpışdırmaq olar. Məsələn:

 Səni sevdim qar üstündə

 Yem axtaran quş kimi.

Görək Əli Kərim 60-70 il qabaq nə deyib:

Mənsə səni sevirəm,

Susuzluğun od vurub,
Köz kimi yandırdığı,

Dodaq su sevən kimi.

Dodaq su sevən kimi…Ramiz Rövşəni qoyaq bir qırağa, qoy prezident bağışlayan gözəl mənzillərinin birində kefini çəksin…

Mən mahnıdan danışıram.

Bu gün, fevralın 20-də, YoyTube-da mahnıya baxımların sayı belədir: 5, 822 648. Eyni mahnı, eyni klip YouTube-da daha bir dəfə yerləşdirilib. Baxımların sayı 122 mindir. Mahnı daha beş-altı platformada yerləşdirilib, məsələn, Tik-tokda. Tik-tok-da akkauntum olmadığına görə, mahıya nə qədər baxıldığını deyə bilmərəm. Sərdar Cəlaloğlu deyirdi ki, bütün platformaların cəmi 10 milyondan çoxdur. Bu, indi dünyanın birinci pop müğənnisai olan Svift Teylorun göstəricilərinə yaxındır.

İndi baxaq görək bu, mümkündürmü?

Azərbaycan əhalisinin sayı 10 milyondur. Gərək südəmər uşaqdan tutmuş 80-90 yaşlı qocalara və yataq xəstələrinə qədər hər azərbaycanlı bir dəfə baxa ki, 10 milyon ola.

YouTube-da baxımların sayının necə hesablanması barədə müxtəlif fikirlər var. YouTube özü bu barədə heç nə demir. Ekspertlərin rəyi fərqlidir. Bəziləri deyirlər ki, yalnız unikal istifadəçilər sayılır. Yəni bir istifadəçi on dəfə baxsa da, bir dəfə sayılacaq. Başqa rəylərə görə, bir istifadəçinin hər baxımı sayılır, ancaq gərək hər baxımdan sonra gərək bir sutka keçə.

Məsələ burasıbdadır ki, 6 milyon rəqəmi təxminən bir həftə əvvəl səslənib. Gündə milyon? Bu, necə ola bilərdi? Müxtəlif variantlar var:

Bir milyon azərbaycanlının hərəsi altı dəfə baxır. Bir sutka ara verməklə altı gün dalbadal.

İki milyon azərbaycanlının hərəsi üç dəfə baxır.

Üç milyon azərbaycanlının hərəsi iki dəfə və s.

Üç milyon azərbaycanlının az vaxtda bir mahnıya, özü də iki dəfə baxdığına inanmaq mümkündürmü?

YouTube-da müxtəlif rekordlar var. Məsələn 1978-ci ildə çəkilimş “Grease” filmindən ən məşhur səhnə — John Travolta və Olivia Newton-un ifasında mahnının bir klipi 14 ildə 461 milyon dəfə baxılıb. Ancaq nəzərə almaq lazımdır ki, Grease Hollivudun ən populyar, kassa yığımı baxımından ən uğurlu filmlərindəndir. Travolta təkcə aktyor kimi yox, həm də rəqqas və müğənni kimi məşhurdur. Oliviya isə qərbin ən sevimli aktrisalarından və müğənnilərindən biri olub. Azərbaycan mahnısının auditoriyası 10 milyonluq əhalidirsə, Grease-in auditoriyası bütün dünyadır: Oliviyanın vətəni Avstraliyadan tutmuş Afrikaya qədər….

Demək istədiym budur ki, Xumar Qədimovanın klipinə süni sayğac qoyulduğuna əsaslı şübhələrim var. Mən 6 milyon rəqəminə inanmıram. Yən inanmıram ki, bütün əhali, hətta qızılcalı xəstələr, türmədəkilər, dəlixanadakılar və s. hamısı birdən bir həftə ərzində smartfonu əlindən yerə qoymaya…

İnternetdə videolara baxımların sayını artırmaq barədə təkliflər çoxdur. Milyon isəyirsiniz – milyon. Altı milyon istəyirsiniz? – Əlimizin içində!

Təkliflərdən biri burda: https://www.youtube.com/watch?v=8AlzbwfNDe8

Yeri gəlmişkən, Azərbaycanda neçə smartfon var?

İndi qısaca musiqi barədə. Musiqi, əgər mahnını musiqi saysaq, orijinal deyil, həm də Azərbaycan musiqisi deyil. Bu, osmanlı musiqisidir. Osmanlı musiqisi isə ərəb, yunan və Balkan musiqilərinin sintezider. Yəni bu mahnıda bir damcı da bizim musiqi yoxdur. Bu mahnı hamılıqla Azərbaycan musiqisi sayılırsa, deməli, əsl Azərbaycan musiqisi ölüb. Bizim üçün musiqi dil kimidir. Rəsul Həmzətovun dediyi kimi, musiqimiz ölübsə və ya osmanlı haftəbecəri ilə əvəz edilibsə, deməli, biz millət kimi ölmüşük…

Bu qədər.

P.S. Bəs Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədli deyir Azərbaycan xalq acından ölür? Xalq acından ölür ya Xumarın dərdindən?

X.X.

20. 02. 2024, Samara

 

 

ATLAR ÖLÜB… ÇAQQALLARIN BAYRAMIDIR?

Sərdar Cəlaloğlu zaur qəriboğlu

Sovet vaxtı peşə təsifatında belə bir peşə də vardı: “geniş profilli dəzgahçı”.

Ömrü boyu dəzgah dalında dayanmayan, çörəyini, bəzi qadınlar kimi diliylə qazanan Sərdar Cəlaloğlu da geniş, çox geniş profillidir.

Siyasətçi, siyasətşünas, ilahiyyatçı, həkim, qadın hüqüqu, hicab və aybaşı üzrə mütəxəssis, hərbi strateq…

Özü kimi demaqoq, söz yox, dil ustası olan, əsgərlikdən yayınıb ağız dolusu hərbi zəfərlərdən danışan  Zaur Qəriboğlu ilə verilişdə Cəlaloğlu əvvəlcə ədəbiyyatşünas və ədəiyyat tənqidçisi rolunu ifa etdi. Dedi ki, Nizaminin vaxtında Gəncədə Nizamidən də böyük şair olub, ancaq sovet hökuməti onun adını batırıb…

Sonra musiqi tənqidçisi və musiqişünas kimi çıxış edərək dedi ki, Flora Kərimova dünyada yeganə müğənnicir ki, səsi 8-ci oktavanı götürür.

Maraqlıdır, bu oktava söhbətini Sərdar Cəlaloğlu harda, kimdən eşidib?

İndi bilmirəm, sovet vaxtı Azərbaycanda musqişünaslar və musiqi rənqidçiləri vardı. Əsasən boşboğazlıq eləsələr də, hər halda musiqi təhsilləri vardı. Bilirdilər ki, oktava nədir.

Atlar ölüb, itlərin bayramıdır?

“Ən yüksək  nota görə həm qadınlar arasında həm də mütləq rekord:

İtalyan mənşəli Braziliya müğənnisi Corciya Braun 2004-cü ildə 5-ci oktavada fa götürmüşdü. Həmçinin C. Braun 2004-cü ildən qadınlar arasında ən geniş diapazona görə dünya rekpordçusudur: böyük oktavadakı ci-dən5-ci oktavadakı fa”.  (Vikipediya, ruscadan tərcümə)

Görürsünüz, 5 oktava. Cəlaloğlu hansı biliklə, hansı hünərlə Floranı 8-ci oktavaya qaldırır?

Nə bilik var, nə də hünər. Həyasızlıq, abırsızlıq!

Haçan Flora klassik repertuar oxuyub? “Qaynana” filmində? “Yenə başladı it kimi ulamağa…”

Fikirləşdim ki, Sərdarla Flora arasında ümumi nəsə var? Bəlkə bığ? Cavanlıqda Floranın bığı Koroğlunun bığından seyrək deyildi. Sonra qırxdı…

Yox, bu adamlar arasına ümumi abırsızlıq və həyasızlıqdır. Flora saxta seçkilərdə səs verir və deyir “əcəb eləyirəm”.

Sərdar Cəlaloğlu elə eləyir və  elə deyir…

Doğrudanmı itlərin bayramıdır? Yox, Azərbaycanda itlərin başı qapazlı olur.

Bəlkə çaqqalların?

19. 02. 2024, Samara

SƏRDAR CƏLALOĞLU BƏLKƏ ERMƏNİ DEYİL, ANCAQ HƏKİMLİK DİPLOMU SAXTADIR…

sərdar cəlaloğlu qan

Sərdar Cəlaloğlunun erməni çıxdığını eşitmisiniz? Stepanakertin alınmasından sonra ilin ən mühüm hadisəsidir.

Hökumət, deyilənlərə görə, əvvəl tək Qurban Məmmədlini erməni çıxarmaq istəyib. Sonra yada düşüb ki, Sərdar Cəlaloğlu Qurbanın qardaşıdır, qardaşı da qardaşdan ayırmaq olmaz. Hərçənd Sərdar Cəlaloğlu çoxdan and-aman edir ki, Qurban ona atabir qardaş deyil. Onu heç danışdırmır da…

İndi Sərdar Cəlaloğlu özünü qoyub naza, çəm-xəm eləyir ki, yox, Qurbanəli ayrı Qurbanəlidir, Məmməd ayrı Məmməddir…

Kim buna inanar? Vaynur Daval qızı, türkün məsəli, ortaya sənəd  qoyandan sonra Cəalaoğlunun erməni olduğuna kim şübhə eləyər?

Ancaq mənim ürəyimə damıb ki, Sərdar Cəlaloğlu bunu el gözünə eləyir. Ürəyində erməni çıxmağına sevinir. Bir də gördün o erməni sənədini götürüb Fransa vətəndaşlığı aldı. Şarl Aznavurla qohum çıxsa, dörd-beş Avropa ölkəsinin pasportunu ala bilər. Azərbaycanlı kimi onun Azərbaycanda nə pertspektivi var? Uzağı Kürdəxanı. Ancaq erməniliyini boynuna alsa, vallah, görmədiyi günə düşəcək. Bəlkə Fransa Milli Məclisinə deputat da seçildi…

Ancaq bir məsələ də var. Çox yəqin ki, Sərdar Cəlaloğlunun həkimlik diplomu saxtadır. Pul verib alıb. Əsl həkim deməz ki, “qanımı yoxlatdırıb türklüyüü sübut eləcəyəm”. Belə qan analizi mövcud deyil. Bu, ölü dirltmək iddiası kimi bir şeydir. Vallah, bəlkə də Sərdar Cəlaloğlunun nəslində Şeyx Nəsrullahdan törəyən kimsə var. Axı Şeyx Naxçıvanda  hər gecə bir qız uşağını siğə eləyirdi…

Sərdar Cəlaloğlu bu qan analizi söhbətini Zaur Qəriboğlu ilə eləyirdi. Zaur Qəriboğlu eşitdikcə ağzını marçıldadırdı. Deyəsən, o da qan analizi ilə  erməni ya ingilis baba tapmaq iştahındadır… Ya da deyəcək ki, nənəsi gəzəyən olub, bir neçə millətdən babası var…

Dməliyəm ki, Zaur Qəriboğluunu da saxta diplom aldığına əsaslı şübhələr var. Əsgərlikdən də qaçıb. Fərari kimi elə bu gecəynən onun məhkəməsini eləyib dama basmaq olar…

O ki qaldı Qurban Məmmədliyə… Vallah, mənim o kişiyə əsaslı rəğbətim var. Hərçənd manipulyatordur. Yalançılığı, böhtançılığı da var. Ancaq bunlar kimdə yoxdur ki? Mən başqa şey fikirləşrəm. Bu adam Britaniyada necə oturaq alıb? Hansı sənədlərlə? Hansı babası ona yardımçı olub?

Məəttəl qalmışam…

Mirzə Əlil

13.12. 2023, Samara

ZAUR QƏRİBOĞLU NİYƏ ƏSGƏR GETMƏYİB? DEBİLLİK KAĞIZI VAR?

zaur_qəriboğlu

YouTube aparıcısı Zaur Qəriboğlu və dünyada bütün elmləri, hətta şeyx Nəsrullah kimi ölü diriltmək elmini də bilən Sərdar Cəlaloğlu Sevinc Osmanqızını ittiham edirlər ki, bu qadın ordumuzda əsasən kasıb uşaqlarının vuruşduğunu deyib.

Cəlaloğlu ağzının suyu fəvvarə vura-vura qışqırır ki, Osmanqızı yalan deyir, cəbhədə baş nazirin müavininin oğlu da ölüb.

Cəlaloğlu qardaşı Qurban Məmmədli kimi manipulyatordur. Demir ki, o müavin kimdir, haçan müavin olub və oğlu hansı müharibədə ölüb.

Birinci müharibədə, əlbəttə, rütbəlilərdən də bir neçə nəfərinin övladı vuruşub. Məsələn, Baba Nəzərlinin oğlu. Həlak olub. Tanınmış yazıçılar Xəlil Rza və Sabir Əhmədovun da oğulları eləcə. Ancaq söhbət indidən gedir. İndi cəbhəyə hətta kənd bələdiyyəsi səviyyəsində vəzifə tutanların uşaqları getmirlər. Osmanqızı tamamilə haqlıdır. Niyə Cəlaloğlu və Qəriboğlu əsib-coşurlar?

Cəlaloğlu vuruşub? Qurban Məmmədli tez-tez qardaşının şəhid oğlundan daışır. Bunlar çox qardaş və bacıdırlar. On-on iki nəfərə elə bircə əsgər veriblər?

Yeri gəlmişkən, ağzını açan kimi debilliyi bilinən, fasiləsiz kitab yazıb nəşr etdirən, harda oxuduğu məlum olmayan, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” kimi iddialı təşkilatlar təsis edən,  hətta prezident təqaüdçüsü olmuş 34 yaşlı Zaur Qəriboğlu niyə əsgər getməyib? Nə azarı var? Üzdən buğa kimi sağlam görünür. Bəlkə debillik kağızı var? Varsa, niyə Vikipediyadakı məqalədə bunu göstərməyib?

19. 10. 2023, Samara