Şarl BODLER
(1821-1867)
İNSAN VƏ DƏNİZ
Homme libre, toujours tu cherias le Mer!
Azad insan! Dənizə sən həmişə vurğunsan
O səmə aynadır. Coşub haçan ki dalğalanar,
Bu təlatümlərə bənzər içində üsyanlar.
Acıdır bəlkə bu girdab kimi qəlbindən axan.
Baş vurursan xəyala, ruhun uçur ləzzətdən,
Əllərin, gözlərin qucur, bu zaman qəlbinsə
Uyaraq vəhşi təlatümdəki divanə səsə
Yayındırar canında hayqıran həqiqətdən.
İkiniz də həmişə qaşqabaqlı, lal-dinməz
Səndə, İnsan, kimə məlum ki, nə girdablar var,
Dibində kim bilir, Dəniz, nə qədər inci yatar.
Dağıla dünya – kimsə sirrinizi öyrənməz.
Fəqət əsrlər ötür, siz hələ savaşlarda,
Adlnlz, ey döyüşçülər, zülmedən, qanlı.
Nə mərhəmət bilirisiniz, nə də ki peşmanlıq,
Ölümə, qırğına sizdə nə qədər eşq vardır!
fransızcadan tərcümə: 17-18 oktyabr 2014, Samara