Pol VERLEN. MİSTİK DİALOQ

Pol VERLEN

(1844-1896)

MİSTİK DİALOQ

İ

Mon Dieu m`a dit: “Mon fils, il faut m`aimer….

 

Mənə Tanrı söylər: oğlum, mənə təkcə sevgi bəslə,

Bədənim deşik-deşikdir, qan axıb gedir sinəmdən.

Bax, ayaqlarımda mismar, yaramı hüznlü Mədlen,

Gözünün yuyar yaşıyla, zəif, üzgün əllərimsə

 

Yorulub günahlarından. Mənə xaçda yaxşı bax sən,

Bu dözülməz iztirablar sənə dərsdir, həm də ibrət.

Günaha dadanmış aləm, hər ürəkdə föhşə rəğbət,

Qanımı mənim və bir də sözümü sevə bilərsən.

 

 

Nə qədər özüm ki sağdım, nə qədər nəfəs ki vardı,

Ay Ata, oğul və qardaş, səni sevmədimmi, söylə,

Əzaba qatılmadımmı yazıda gələn əmrlə?

 

Mənə qan-yaş axdıran bil, sənin iztirablarındır

Gecələr səninləyəm həm, səhər-axşam həm səninlə.

Niyə axtarırsan ey dost, bu mənəm, yetiş qəminlə”.

 

fransızcadan tərcümə: 25-26oktyabr 2014 Samara

 

 

Оставьте комментарий