Salyanın 2 800 illik tarixini sübut edən yazılı abidə Cındıra məhəllədə tapılmış bir dəvətnamədir. Bu qiymətli sənəd uşaq toyuna dəvətdir. Toy 2775 il bundan qabaq olub, ancaq məclisin başlanma vaxtı “gün batana yaxın” kimi göstərilib, çünki o vaxtlar saat olmayıb.
Qeyd edək ki, bu sənədin bu günə gəlib çıxması möcüzədir. Dörd nömrəli məktəbin bir şagirdi bu nadir yazılı abidəyə yaxşı ot büküb çıkmək istəyəndə, tarix müəllimi təsadüfən görüb ağzından alıb…