Архив | 13.01.2015

EYNULLA BELƏ EYNULLA…

Azərbaycanın Daxili İşlər Nazirliyi İmişıi rayonu Qaradonlu kənd sakini Eynulla Fətullayevlə bağlı doğru məlumat yayıb. Məlum olub ki, Eynullanı polislər döyməyiblər, Eynulla özü İmişli polislərini döyüb. Sıravi polisləri döyəndən sonra keçib zabittlərə. Zabitlərdən sonra polis rəisini salıb təpiyinin altına. Polis rəisi qışqırıb yalvarırmış ki, “Eynulla, qələt eləmişəm, balalarıma yazığın gəlsin!” Eynulla dayanmırmış. İmişliin icra başçısı ayırmağa gələndə Eynulla onu da qatıb polis rəisinə. O qədər döyüb ki, axırda başı gicəllənib dəyib yerə, üzü-gözü əzilib. Dəyməsəymiş, elə bakıya gedib Ramil Usubovu da mələdəcəkmiş.

Eynulla belə Eynulla…

EYNULLA İMİŞLİ