Guya peyğəmbərin qeyrətini çəkib silahsız insanları güllələyən “kişi”lər qaçıb özlərini tülkü kimi soxublar kola, arvad-uşaqlarını, ana-bacılarını veriblər polisin caynağına. Nə qədər çalışırsan ki, başa düşəsən müsəlman əxlaqı nədir, başa düşı bilmirsən…
“Dini duyğuların təhqirindən” danışan adamların həyasızlığı heyrət doğurur: əlcəzairli, nigeriyalı ya azərbaycanlı hansı hüquqla fransıza öz ölkəsində necə yaşamağı, nə danəşmağı, nə yazmağı öyrətməlidir? “Əxlaqlı” müsəlmanın Fransada nə ölümü var, “əxlaqlı” müsəlman niyə gedib Əlcəzairdə, Pakistanda, İranda yaşamır? “Əxlaqlı” müsəlman istəyir ki, onun soyuq suyu, isti suyu olsun, metrosu olsun, uşağının yaxşı məktəbi olsun, özünün dövlətdən yaxşı vəsaiti olsun, üstəlik ixtiyarı olsun ki, bu nemətləri ona və onun ailəsinə verən avropalıya necə əeyinmək, necə danışmaq qaydalarını zorla sırısın. Budur müsəlman əxlaqı?
Понравилось это:
Нравится Загрузка...