Söhrab Tahirə Allah rəhmət eləsin. Mən onun adını ağlım sğz kəsəndən eşitmişəm. Yazıb-oxumağı öyrənəndən sonra onun şerlərini “Azərbaycan” jurnalında görərdim. Nədənsə, Cənubdan gələnlər uzun yazırlar, hər şeir pir poema boyda. Həm də sovet vaxtı çap olunanlara misra hesabı yaxşı pul verirdillər: 50 qəpikdən iki manata qədər. Rəhmətlik Nəbi Xəzri bir misranı üç-dörd yerə bölürdü. Göyərti alverçilri bir dəstədən üç-dörd dəstə çıxaran kimi.
Demək istəyirəm ki, mərhum Söhrab Tahirin poeziya sayıla biləcək bir misrasına da rast gəlməmişəm. İndi İnternetdə bir neçə şeirini tapdım. Məsələn bu:
Gözəllərdə bir sirr də var,
Sevənləri ucaldarlar.
-Sonra gözəl qalmaq üçün
Ucalanı alçaldarlar.
Hünərli adam istəyirəm ki, birinci misranı tələffüz edə bilsin: “r”-ların dalbadal gəlməyi dili dolaşdırır – bu, naşılıqdır, bunu təzə başlayan uşaq yazar, peşəkar yox.
Bu, texniki tərəfi.
İndi başqa trərəflər: “Gözəl qalmaq üçün Ucalanı alçaldarlar”…
İlahi, bu, nə düşüncə tərzidir? Bu nə psixoanalizdir? Poeziya bu misraların harasındadır?
Allah rəhmət eləsin bu kişiyə. Yəni günahlarından keçsin. Çünki əlli-altımış il pis şeir yazıb adamları əsil şeirdən yayındırmaq ağır günahdır…