HAFİZ PAŞAYEVƏ ORDEN, ŞƏHİD KAPİTANA MEDAL…

Savalanov Nəcməddin Akif oğlu
Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan, dünən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişən zabitimiz, kapitan Savalanov Nəcməddin Akif oğlu “İgidliyə görə” medalı ilə təltif edilib. 
Məlumat verilir ki,  şəhid zabitin medalı  doğulduiğu İmişli rayonunun Göbəktala kəndində ailəsinə təqdim ediləcək.
Cəmi bir neçə gün bundan qabaq Hafiz Paşayevə «Şərəf» ordeni verildi. Hafiz Paşayev bəlkə kapitan Savalanovdan artıq igidlik göstərib? Bəlkə canını qurban verib, xalqın xəbəri yoxdur?   Kapitan Savalanov həyatını verib! — Bundan artıq nə edə bilərdi ki, Qəhrəman adına olmasa da, heç olmasa ordenə layiq görüləydi?
Təəccüblüdür ki, şəhidlərin valideynləri bu medalları gətirənlərin başına çırpmırlar…