O BAYRAQLARIN SAPINI ÇIXARIB VURASAN ZƏLİMXAN MƏMMƏDLİNİN AĞRIYAN YERİNƏ…

Əgər məndən soruşsalar ki, Azərbaycanı dağıdan adamlardan bir neçəsini göstər, ilk on nəfərin içində Zəlimxan Məmmədlinin adını çəkərdim.

Bu cənab haqqında ətraflı məlumat tapa bilmədim, onu bilirəm ki, ildə bir dıəfə yayın bişhəbişində bu cənab başına əlli-altmış adam yığır və bunlar da Türkiyənin, Azərbaycanın bayraqlarını yellədə-yellədə Gürcüstanda mərəkə düzəldirlər.

Mən gürcü olsaydım, Zəlimxan Məmmədlinin adı gələndə silaha sarılardım. Yaxşı, mən gürcü deyiləm, siz gürcüsünüz, təsəvvür edin ki, bu Zəlimxan Məmmədli gəlib sizin ölkənizdə Türkiyə bayrağını qaldırır. Bu sizə xoş gələr? İndi ayrı cür deyim. Siz gürcü deyilsiniz, azərbaycanlısınız. Gürcülər gəlib yığışırlar Qaxa ya Zaqatalaya, başlayırlar Hollandiyanın ya Vatikanın bayraqlarını yellətməyə. Sizə bu toxunar ya yox?

Bu nadan insan “türk”, “türk” deməklə Azərbaycanı içəridən sarsıtdığını başa düşürmü? Bu insanlar Gütcüstanda “türk şousu” düzəldəndə özləriylə talışları, ləzgiləri, tatları aparırlar ya yox?

Türkiyəyə lazımdırmı onun bayrağını Zəlimxan Məmmədli Gürcünstana aparıb özünə orda kölgəlik eləsin? Türkiyə öz bayrağını özü hara istəyib, ora da sancıb. Zəlimxan Məmmədli öz nəslindən bir nəfərin adını çəksin ki, o adam Türkiyənin zəfərli yürüşlərində iştirak etmiş olsun. Türkiyəyə belə ucuz sevgilər lazımdır? Türkiyə Gürcüstanla münasibətlərini Zəlimxansız yaxşı qura bilər. Zəlimxan Məmmədli ancaq qanqaralıq yarada bilər.

İndi görün bu adamın savad və düşüncə səviyyəsi hardadır. Sitatlar (Yeni Müsavat” qəzetində):

“Gürcüstanda məskunlaşmış soydaşlarımızın siyasi mahiyyət daşıyan problemlərindən danışmaq daha doğru olar”.

Burda Məmmədli cənab etiraf edir ki, azərbaycanlılar Gürcüstanda gəlmədirlər. Gürcü deyərmi ki, “Gürcüstanda mıskunlaşmış gürcülər?”

“Elat qurultayı Gürcüstanın ərazi bütövlüyünün təmini üçün Abxaziya və Cənubi Osetiya ilə Gürcüstan siyasi hakimiyyəti arasında vasitəçilik missiyasını öz üzrərinə götürmək niyyətlindədir”. 

Bilmirsən güləsən ya ağlayasan: ölkəsinin yarısı işğalda, bu, başqa ölkəni bərpa etmək istəyir. Abxaz deyər ki, keçəl çarə bilsə, öz başına elər. Bur də abxazı “separatçı” adlandırmaqla Məmmədli onun anasını söyür, bundan sonra nə vasitəçilik? Sən axı hansı nüfuzla belə bir ağıır məsələdə özünü vasitəçi kimi təqdim edirsən? Özünü dəliliyə qoymusan?

 

“Bu il Türk dünyası və Gürcüstan bir yerdə idi”.

 Bu bəyanatda bir məna varmı? Məna, əlbəttə, yoxdur, çünki yalanda nə məna? Yalanda ancaq məqsəd ola bilər. Hansı türk dünyası? Türkmənlər Türkmənbaşı başda olmaqlıa? Bəlkə çuvaşlar? Gürcüstana qondarma “türk dünyası” lazımdır? Ərdoğanla Gürcüstanın nə gələcəyi?

 

“Ölkə rəhbərlərinin müdrik qərarlar verəcəklərini gözləməkdəyik”.

Nə gözləyirsən? Ölkə rəhbəri müdrik qərarını verdi, Konstitusiyanı dəyişir, ANS-in lisenziyasını alıb soxdu Mirşahinin…

Gözünə… 

“Gələn il Gürcüstanı ətrafında Türk dövlətlərinin çadırları qurulacaq”. 

Gürcüstanın başına kül olub ki, ətrafında türk dövlətləri çadırlar qururlar?

Bilmirsən güləsən ya ağlayasan. Bu nadan insanlar elə bil hansı ölkədə yaşadıqlarını bilmirlər. Bu     insanlar oturduqları budağı baltalayan vəhşiyə bənzəyirlər. Bu adamlar öz vətəndaşları  talışlarla, ləzgilərlə ünsiyyət qura bilmirlər, gedib başqa ölkənin ərazisində çuğulluq edirlər. Bu adamların adekvat olmaqları şübhəlidir, çünki olmayan nüfuzları haqqında təsəvvürləri sağlam adama xas deyil. Bunlar belə nüfuzludurlarsa, niyə siz ölkənizin parlamentinə seçilə bilmirsiniz? Əlli-altımış eycahan adam və iyirmi-otuz bayraqla qüvvə təsəvvürü yaratmaq cəhdi fırıldaqçılığa, avantyuraya oxşayır. Əgər qüvvə həqiqətən də olsaydı, o ancaq dağıdıcılığa yönələrdi.