Архив | Август 2016

SİYAVUŞ NOVRUZOV: «REFERENDUMDAN SONRA RÖVŞƏN LƏNKƏRANSKİ VİTSE-PREZİDENT OLMALIYDI…»

siyavuş«Ətli-yağlı üzündə, Yaxşı bir şillə yeri…» (V.Cəbrayılzadə)

Siyavuş Novruzov deyib ki, Azərbaycan Rövşın Lənkəranskinin şəxsində böyük dövlət xadimini itirib. Cənab Novruziv deyib ki, referendumda nəzərdə tutulan vitse-prezident vəzifəsini tutmağa Rövşən Lənkəranski razılıq veribmiş. Bu cəhətdən millət vəkili Novruzov xalqın ümidi və sevimlisi Rövşən Lənkərənskini Cəmil Həsənli ilə Əli Kərimlinin öldürdükləri ehtimalını istisna etməyib. “Onlar referendumun əleyhinədirlər. Onlar vitse-prezident vəzifəsinin əleyhinədirlər. Buna görə onlar Rövşən Ləmbərənskini aradan götürüblər”  — bunu Siyavuş Novruzov deyib.

Mirzə Əlil

BİZ DƏ KƏLBƏCƏRƏ UKRAYNALI PROKUROR TƏYİN EDƏRİK…

Ukraynanın baş prokuroru Krıma yeni prokuror təyin edib. Yeni prokuror azərbaycanlıdır: Gündüz Məmmədov

Bu Lutsenko köpəyoğlu ço fikirləşib ki, kimi Krıma prokuror qoysun. Asan məsələ deyil: Krım Rusiyada, Ukrayna ora prokuror təyn edib. Sonrayadına düşüb ki, azərbaycanlıların belə işlərdə böyük təcrübəsi var. Şuşa, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər ermənilərdə, Azərbaycan prezidenti o yerlərə başçı təyin edir, prokuror təyin edir…

Lutsenko köpəyoğlunun bu yadına düşən kimi Gündüzü çağırıbdeyib brat, bu vəzifə sənindir…

Mən bu əhvalatı oxuyanda ağladım…

22.08.2016

Mirzə ƏLİL

MİRZƏ ƏLİLİN RÖVŞƏN LƏNKƏRANSKİ HAQQINDA XATİRƏLƏRİ

Məni tanıyanlar elə bilirlər ki, məni haçansa KAMAZ vurub – gözümün biri yox, qolumun biri əyri, qıçımın biri axsaq, qabırğalarımda neçəsi çatışmır… Düzü, mənə də elə indiyəcən soruşana deyirdim ki, məni KAMAZ vurub, özü də iki dəfə. Ancaq indi gərək dorusunu deyəm. Bədənimdəki bütün xəsarətlər Azərbaycanın görkəmli şəxsiyyəti Rövşən Lənkəranskinin yadigarıdır…

Günlərin bir günü girdim burda yaxşı restoranların birinə, quş südünəcən sifariş elədim. Restoran bağlanana yaxın ofosianr yaxınlaşıb dedi ki, zəhmət olmasa, hesabı verin. Mən də dedim ki, zəhmət-zad deyil, ancaq pulum yoxdur. Ofisiant çox təəccüb elədi, getdi, çox çəkmədi ki, bir dəstə idmançıyla qayıtdı. Üzümü tutub idmançılara dedim ki, siz, əlbəttə, məni tanımırsınız, ancaq mənim bir qohumum var, onu tanımalısınız. Mən Rövşən Lənkəranskinin qohumuyam.

Bunu eşisən kimi idmançıların biri yapışdı mənim xirtdəyimdən, yeyib ağırlaşdığıma baxmayaraq, boyu bərabəri qaldırb dedi ki, biz Lənkəranski-zad tanımırıq, hesabı ver…

Pul vardı ki verəm?

Gözümün birini onda itirdim… Hələ bir həftə məni əsir saxlayıb qab yudurtdular…

Bundan xeyli keçəndən sonra qərara gəldim yenə Rövşən Lənkəranskinin adını sınayam. Bir xanım keçirdi… Xanım nə xanım… Dedim ay xanım, ya canım… Dedi heç güzgüdə özünə baxmısan? Dedim, xanım, evdə kasıblıqdır, güzgüm yoxdur, üzümü də əzbərdən qırxıram. Dedim xanım, mən Rövşən Lənkəranskinin qohumuyam, uşaqlıqda bir-birimizə oxşayırdıq, sən mənə baxanda gözünün qabağına gətir bizim liderimizi…

Xanımın çantasında elektroşoker varmış. Mənə bir kef verdi ki… Yəqin özü də kef çəkirdi, çünki yoldan keçənlər məni xanımın əlindən ala bilmirdilər…

Onda qolum da, qıçım da şikəst oldu…

Bir dəfə polislərə dedim ki, Lənkəranskiylə dost-doğma xaloğluyam… Dediyimi gördüm, yekə bir iti qısqırtdılar üstümə… Qarnın o vaxtdan yırtıq-yırtıqdır…

İndi deməyim nədir? Eşitmişəm ki, Azərbaycanda Rövşən Lənkəranski adına fond yaradılır. İstəyirəm o fonddan mənə bir pensiya kəssinlər. Axı mən o kişinin adıyla hərəkət eləmişəm…

İndi də onun ucbatından qalmışam hərəkətsiz…

22.08.2016

 

BUNA SƏBƏB GÜLƏNDİR…

Kəndinin qazı yoxdur? –

Buna səbəb Güləndir.

Tapılmır nə də doxdur? –

Buna səbəb güləndir.

 

Bazarda bahadır ət –

Buna səbəb Güləndir.

Meyvə-tərəvəz qəhət –

Buna səbəb Güləndir.

 

Məhəlləmizdə yasdı –

Buna səbəb Güləndir.

Qonşu özünü asdı –

Buna səbəb Güləndir.

 

Müəllim az maaşlı –

Buna səbəb Güləndir.

Dərs deyir gözü yaşlı –

Buna səbəb Güləndir.

 

Bağlıdır həkimxana –

Buna səbəb Güləndir.

Xəstə gedir İrana –

Buna səbəb Güləndir.

 

İşıq, su bahalaşdı –

Buna səbəb Güləndir.

Arvad ərlə dalaşdı –

Buna səbəb Güləndir.

 

Nazir başa bəladır –

Buna səbəb Güləndir.

Polis xalqı mələdir –

Buna səbəb Güləndir.

 

Prezident ömürlük

Buna səbəb Güləndir.

Lap açığı – ölürük! –

Buna səbəb Güləndir!

 

22.08.2016 Samara

 

 

 

AY HACI VƏZİR ZAMİN, MƏN SİZƏ «DƏRD» DEMƏDİM, «ÇOR» DEMƏDİM…

Mənimlə Feysbuk dpstluğunda olan bir nəfər Zamin Vəzir Hacı Zamin Vəzir Hacının bu yazısını bəyəndiyinə görə mətni mən də gördüm və şərh yazmaq fikrinə düşdüm.

Nail Zeynalovun uşaq adları haqda statusunu gördüm yadıma düşdü. Bizim uşağın sinifində o qədər dini ərəb adlı uşaq toplaşıb ki, müəllimin yerinə olsam ev tapşırığını Ühüd döyüşündən verərəm. Yaxşı oxumayan uşaqların başına isə Kərbəla müsibəti gətirsən yeri var. Təsəvvür edin, bir sinifdə 3 Məhəmməd, 2 Yusif, 2 Əli, 3 Zəhra var. Qalanları da Əlislam, Məryəm, Hüseyn, Fatimə-dir (yadıma bunlar düşdü, qalanları da hamısı ərəb-semit adlarıdır) mənim oğlumun da soyadı Hacı”.

 

Mən yazdım ki, müəllif bir neçə orfoqrafiq, durğu işarəsi səhvi buraxıb. “Sinifində” yox, “sinfində”. “Olsam” sözündən sonra vergül olmalıdır.

“Yaxşı oxmayan uşaqların başına isə Kərbəla müsibəti gətirsən yeri var” – Burda da “gətirsən” sözündən sonra vergül olmalıdır.

Mən güman edirəm ki, bu adam jurnalistdir, ancaq jurnalistdən çox özünü, deyəsən, ictimai fikir lideri sayır, bu, şəklindən də görünür – köndələn oturub. Beş-altı kəlmə qaralayır, yüz-yüz əlli adam  tökülüşüb gəlir və  quyuya atılan daşı dartınıb çıxarmağa…

Mən yazdım ki, “Yusif” adı ərəb-semit, Tövrat adı olduğu qədər də azərbaycanlı adıdır, bizim folklorumuza keçib, klassik poeziyamızda ən çox işlənən rəmzi adlardan biridir. Eləcə də Məryəm.

Onu da deyim ki, xristian xalqlar nədənsə Tövrat adlarındaan narahatlıq duymurlar. Məlum olduğu kimi, Linkolnun adı Abrahamdır. Bizdə özünə “türk” adı götürmüş prezident oldu – çoxmu irəli getdik?

Həm də adımız niyə ərəb-müsəlnman adları olmasın – yazını, sivilizasiyanı bizə ərəblər gətirməyibmi?

Mən bu Zamin Vəzir Hacını söymədim, təhqir etmədim, öz fikrimi yazdım. Elə həmin dəqiqə bu “ictimai rəy lideri” elə köndələn oturduğu pozada mənim rəyimi sildi…

Bunlar demokratdırlar? Bu qırışmallar hakimiyyət başında olsalar, nə oyun çıxararlar?

Mən bu adama “dərd” demıdim, “çor” demədim, dedim ki, səhvini düzəlt, ərəblər az qala min beş yüz il olar sənə yazı gətiriblər, ancaq sən indiyəcən düz-əməlli yazmağı öyrənməmisən…

Sözümün canı nədir? Gedin referendumda İlham Əliyevin özümürlük prezidentliyinə ikiəlli səs verin. Elə yaxşısı odur. Bu Zamin Gizir kimi adamlar elə hakimiyyətsiz belə qudurğandırlar, hakimiyətə gəlsələr, xalqı basıb əzərlıər…

22.08. 2016

 

 

 

OLİMPİYAÇILAR ÜÇÜN «GÜLƏN-KONTROL»

rio total

Brasiliyadan qayıdan Azərbaycan yığma komandasının üzvləri elə aeroportda “gülən-kontrol” keçirlər. Analiz idmançıların dabanlarndan götürülür və nəticə idmançının “sabaha İlhamla” ya “Gülən yolu” getdiyini üzə çıxarır.

Gülən-kontrolun nəticələri bu yaxınlarda elan olunacaq.

TOY

MEHRİBAN XANIM: Ay kişi, darıxıram ey evdə, haçandır xaricə-zada da getmirəm, ANİS-də bağladın, heç oolmasa, özümə baxırdım.

İLHAM BƏY: Al, toy kasetləridir, bax, fikrin dağılsın.

MEHRİBAN XANIM: Leylanın toyudur? Baxmaq istəmirəm ey, ürıyim xarab olar, yazı uşağımın heç baxtı olmadı.

İLHAM BƏY: Leylanın toyu deyil, arvad, Faiq Əmirlinin toyudur, özü də pirat üsuluyla ələ keçirilib, bax, daha ayrı adama göstərmə…

NƏ OĞUL BÖYÜTDÜM, NƏ AĞAC ƏKDİM…

Nə oğul böyütdüm, nə ağac əkdim,

Zəhmətə qatılıb tikmədim ev də.

Yad ağaclar altda, qərib ölkədə,

Təkliyi və yüngül həyatı sevdim.

 

 

Hərdən uşaq vaxtı Kür qırağında,

Adımı qum üstə yazıb baxardım.

Gilavar ya Xəzri kükrəyən anda,

Su qalxar, adım da yoxa çıxardı.

 

Uşaq həvəsləri qaldı arxada,

Adımı quma da yazmıram daha.

Haçansa hardasa kölgə axtaran,

Bəlkə yada salar məni, qınar da.

 

19.08.2016

Samara

 

EHTİYAT AVTORİTETİN YARAŞIĞIDIR

MEHRİBAN XANIM: A kişi, hardasan, səhərdən ürəyimi-göbəyimi yemişəm.

İLHAM BƏY: Harda olacam, ay arvad, prezident vəzifəsini icra edirdim.

MEHRBAN XANIM: Ay kişi, televizor dedi bu Röşəndi-kimdi, Masallınski, onu öldürüblər Türkiyədə.

İLHAM BƏY: Masallinski yox, Lənkəranski.

MEHRİBAN XANIM: Lənkəranski? Hə, bu Lənkəranskini öldürüblər. Ürəyim düşdü, dedim biirdən səni də…

İLHAM BƏY: Arvad, ağzını xeyirliyə aç. Məni niyə öldürürlər? Lənkəranski avtortet idi, ona görə vurdular.

MEHRİBAN XANIM: Ay kişi, sən həmişə özün demisən ki, sən avtoritetsən?

İLHAM BƏY: Arvad, mən ayrı cür avtoritetəm, Lənkəranski kimi avtoritet deyiləm.

MEHRİBAN XANIM: A kişi, bəs sən axı necə avtoritetsən?

İLHAM BƏY: Mən böyük avtoritetəm, mən regional avtoritetəm.

MEHRİBAN XANIM: Yenə özündən muğayat ol. Maşınla gedəndə uzan dal oturacağa. Bu Bakıda o qədər pis-pis adamlar var, onlar regional avtoritet-zad qanmırlar, göterərlər daşı, çırparlar maşına…

18.08.16

 

 

AZƏRBAYCANDA YENİ SÖZ: MAYGÜLƏN

Azərbaycanda dildəki doğma sözlərin türk sözləri ilə əvəz olunması davam edir. Son vaxtlar dilimizdəki ən qədim və ən zəngin məna tutumlu sözlərdən biri olan “maygülü” sözü “maygülən” sözü ilə əvəz edilir.

Şayiə var ki, guy “maygülən” sözünü ilk dəfə İlham Əliyev işlədib, özü də bu sözü Mirşahinə deyib. Mirşahin ANS üçün diz çöküb xahiş edəndə, prezident ona bir təpik vurub deyib: “Get, get, sən maygülən imişsən!”

İndi bu sözdən siyasi debatlarda da geniş istifadə olunur. Yapçılar cəbhəçilərə “maygülən” deyirlər, cəbhəçilər də yapçılara.

“Maygülən” sözü xalq arasında da yayılmaqdadır. Bir kənddə bir oğlandan bir qıza elçi gəlib. Qız razı, qızın anası razı, qızı atası razı, ancaq qızın qardaşı deyib ki, bacımı bu oğlana versəniz, özümü cıraram. Deyiblər a bala, özünü niyə cırırsan, oğlan yaxşı oğlandır, ağlı başında, gözəl-göyçək. Qızın qardaşı deyib yox, siz onu yaxşı tanımırsınız, o, maygüləndir…

Ancaq  demək olmaz ki, “maygülən” sözü “maygülü” sözünü tamamilə sıxışdırıb dilimizdən çıxarıb. Hələlik bu iki sözün paralel işləndiyi müşahidə olunur. Məsələn, müsavatla cəbhə arasında debatlarda “maygülü” sözünə üstünlük verilir. Bu nəticəyə gəlmək olar ki, hələlik xalqımız ciddi seçim qarşısındadır. Maygülü ilə maygülən arasında…

18.08.2016