Архив | 03.09.2016

YAZ GƏLƏNƏ YAXIN KÖÇ HƏVƏSİYLƏ…

Yaz gələnə yaxın köç həvəsiylə,

Hər il həşrə düşən qaraçı sayaq.

Məktəb həvəsiylə ürəyim əsər,

Gəlib sentyabr qapını alcaq.

 

 

Qarışan, sıxlaşan, tündləşən hətta,

Uşaq nəfəsləri, uşaq səsləri,

Çatışmır havada, qoxuda, dadda,

Çatışmır havası keçən dərslərin.

 

 

Bəlkə barmağımın ucu da göynər,

Bu vaxtlar təbaşir tozundan ötrü.

Lövhə qabağında durub göz döyən,
Şagirdlərim bir-bir gözümdən ötür…

 

 

Zirək danışanlar, dil-dil ötənlər,
Tutulub-qalanlar, yaş axıdanlar.

Yaddaşı zəiflər, işi çətinlər,

Danlağı, töhməti nahaq alanlar…

 

 

Gözəl obalar var, qaraçı ancaq

Qaçaq düşür ordan qəbahətiylə…

Hər il məktəb arzum bitir sadəcə,

Fikrimin keçmişə səyahətiylə…

03.09.2016

Samara

SAQQAL MƏSƏLƏSİ

İki özbək İslam Kərimovun dəfninin televiziya translyasına baxır. Azərbaycan nümayəndə heyəti göstəriləndə özbəyin biri Allahşükürü göstərib deyir:

  • Əkə, o saqqallı kişini görürsən, o yəqin Azərbaycanın prezidentidir.
  • Yox, əkə, mən Əliyevin şəklini görmüşəm. Onun saqqalı yoxdur.
  • Əkə, Əliyev eşidib bizim rəhbərin ölməyini, yəqin ona görə saqqal buraxıb.
  • Əkə, bizim rəhbər dünən ölüb. Bir günə o boyda saqqal əmələ gəlməz.
  • Əkə, buni biz özbəklərə deyirlər ki, rəhbərimiz dünən ölüb. Əliyev yəqin rəhbərimizin öldüyünü bir həftə bundan qabaq bilirmiş…

Mirzə ƏLİL

03.09.2016

«BƏS SALYANDA KİM ÖLÜB…?

VODEVİL

MEHRİBAN XANIM: Əşşi, sən bu Kərimovun meyidi gedəndə cənazəyə çox yaxın durma, düşüb-düşməzi olar.

İLHAM BƏY: Mən Özbəkistana getmirəm, arvad, ora Allahşükürü göndərirəm.

MEHRİBAN XANIM: Bəs səhərdən nə hazırlıq görürsən,üstünə-başına ətir vurursan?

İLHAM BƏY: Məs Salyana gedirəm?

MEHRİBAN XANIM: Salyana? Salyanda kim ölüb?

İLHAM BƏY:  Mən ora prezdent qayğısı göstərməyə gedirəm, Salyanda ölən yoxdur.

MEHRİBAN XANIM: A kişi, Salyan ola, ölən olmaya? Allahın əcəli gəlməyəndə də biur də gördün bıçağı sodular bir-birlərinin qarnına… Ehtiyatlı ol orda, adamlara çox yaxım getmə…

İLHAM BƏY: Salyanlılar qabakı salyanlılar deyillər arvad, ölü kimi şeydirlər.

MEHRİBAN XANIM: Onda elə mən deyən imiş… Hamısı birdən ölüb… Kişi, bəs sən niyə Kərimovun yasına getmədin?

İLHAM BƏY: Kərimov mənim səviyyəm deyil, arvad. Nəzərbayev ölsəydi, mən özüm gedərdim…

MEHRİBAN XANIM: Kişi, deyirəm sənə bir şey olsa, özbəklər də…

İLHAM BƏY: Mənə nə olacaq, arvad? Ağzını xeyirliyə aç!

MEHRİBAN XANIM: Kişi, şər deməsən, xeyir gəlməz, atalar sözüdür…

İLHAM BƏY: Sənin atanı bilmirəm, mənim atam elə söz deməyib!

MEHRİBAN XANIM: Kişi hirslənmə, çaşıb dedim də. Sən hirsli olanda gözün qızarır, salyanlılar elə bilər ki, sən də onlar kimi… Kişi, çaşdım…

 

02.09.2016

Samara