“İNDİYƏCƏN DEMƏMİŞƏM A KÖPƏK QIZI…”

Qənimət Zahidin anasıyla söhbətə baxdım. Qoçaq arvaddır, Allah canını sağ eləsin.

Söhbətin bir yeri mənə çox ləzzət verdi. Müxalifətçi jurnalistin anası gəlinləriylə mehriban rəftarından danışır. “İndiyəcən mən onlara deməmişəm ki, a köpək qızı…”

Ay xala, ay bacı, bəs demək nə cür olur? Dedin də…

Hələ bu, müxalifətçi anasıdır. Gör yapçı analar gəlinlərinə nə deyirlər…

Ancaq bəlkə yapçı gəlinlər qayınanalarını “farağat” durğuzurlar: “Ağbirçək köpək…”

Bizdə ayrı cür olmur: ya qayınana gəlini, ya gəlin qayınananı…

Ona görə iki gündən bir hardasa ya  gəlin özünü asır, ya qayınana…

Zalım ölkə…

Zalımlar ölkəsi…

04.09.2016

Samara