FRANSUA VİYON
(1431 – 1463)
BLUADA ŞEİR YARIŞI BALLADASI
Bulaq başında təşnədən yanıram,
Ocaq başında titrəyər bədənim,
Dişim dəyir dişimə qızmarda,
Uzaq bir ölkədir mənim vətənim,
Lüt soxulcan kimi, atlas əynim.
Güləndə bir gözüm, ağlar birisi,
Eynidir indi şənliyimlə yasım.
Kefdəyəm, amma yox içimdə həvəs
Hakiməm, hökmümü saymır kimsə,
Hamı gəl-gəl deyir, qovur hər kəs.
İnandırır məni naməlum olan,
Açıq-aşkar nə varsa – şübhəm var.
Mənə danılmaz həqiqət də yalan,
Elmdə kəşfi təsadüf yaradar,
Qazandım hər şey, itirdimsə nə var.
Sübh çağı “Axşamın xeyir” deyirəm,
Yatdığım yerdə qorxuram ki, dəyəm.
Heç nəyim yoxsa da, hər şey mənə bəs.
Heç kim irs qoymayıb, irs gözləyirəm,
Hamı gəl-gəl deyir, qovur hər kəs.
Bilmərəm qayğı, işlərəm həm ağır,
Həvəssə yox baxam qazandığıma.
Daha çox xoş sözə tutur acığım,
Düz deyən kimsə, ona aldanıram.
Kim inandırsa məni ağ sonadır
Qara qarğa – bilirəm dost onu mən,
Mənə minnət qoyur işgəncə verən,
Düzü yalan gözümdə etmiş əvəz,
Unutdum hər nə var, hər şey yadda,
Həmı gəl-gəl deyir, qovur hər kəs.
Bilmək istərmisən, rəhmli ağa? –
Yox ağıl bildiyimi anlamağa.
Mən bütün qanuna hörmətsiz şəxs,
Gedirəm sovxamı lombarddan alam,
Hamı gəl-gəl deyir, qovur hər kəs.
Fransızcadan tərcümə
08.06 – 14.09.2016