Архив | 26.09.2016

DAHA ZƏFƏRƏNDUMA EHTİYAC YOXDUR…

MEHRİBAN XANIM:  Kişi, necə keçdi zəfərəndum?

İLHAM BƏY: Zəfərəndum yox, ay arvad, referendum.

MEHRİBAN XANIM: Bu şoğəribə dilim gəlmir. İldə bir dəfə bu zaddan… adı nə oldu… hə, bu şeydən keçirsən, dilim öyrəşər. Kişi, gələn il sən bir referendum da keçir, deputat yaşını bir az da azalt.

İLHAM BƏY: On səkkizdən də salım aşağı?

MEHRİBAN: A kişi, on səkkiz yaş çoxdur. İndiki uşaqlar aləmin bicidirlər. Elə götürəlk bizimkiləri. Kişi, sən bu deputat yaşını elə altı ya yeddi.

İLHAM BƏY: Altı yaşında uşaq olsun deputat?

MEHRİBAN XANIM: Niyə olmur? Götürək bizim Əliylə Mikayılı. İkisi də qız istəyir. Özü də gündə o qədər təkliflər verirlər ki, o Siyavuşdu, Bayquşdu nədi, bzim uşaqların yanında ağzını aça bilməz. Həm də, kişi, Əliylə Mikayıl deputat olsalar, elə mənimlə bərabər gedib-gələrlər Milli Məclisə. Mən də darıxmaram, onlar da darıxmazlar. Həm də gözüm olar üstlərində.

İLHAM BƏY: Arvad, təklifin ağlıma batır. Ancaq indi belə şeylərə nə zəfərəndum lazımdır, nə referendum. İndi mənim o qədər səlahiyyətim var ki, istəsəm, südəmər uşaqlar da deputat seçilərlər…

26.09.16