Архив | Сентябрь 2016

«SƏRXOŞ GƏMİ» BAKIYA ÇATDI?

Təxminən iki ay əvvəl yazıçı və naşir Azad Qaradərəli Bakıdan mənə yazdı ki, tərcümələrimi mənim bloqumda görüb və onlardan nümunələri başçılıq etdiyi “Yazı” jurnalında vermək fikri var. İndi Azad müəllim FB-da “Yazı” jurnalının yeni sayının çıxdığını bildirir və çap olunmuş əsərlər və müəlliflər sırasında dahi fransız şairi Rembonu göstərir. Beləliklə, mən Rembonun “Sərxoş gəmi” şeirinin Azərbaycan dilinə tərcüməsinin çap olunduğunu güman edirəm.

azadAzad Qaradarəli
Mənim ilk yazım Salyanın “Qələbə” qəzetində çıxanda 12 yaşım olub. Əsil sevinc onda idi – az qalırdın başını vurasan divara… O vaxtdan 50 il keçib… Mənim yaşımda çox az şeyə sevinirsən… Sevinc, təəssüf ki, yoxdur. Ancaq Azad Qaradəriliyə qarşı böyük minnətdarlıq hissi var – mən rus, ingilis və fransız dilindən etdiyim xeyli tərcümənin oxunmasını, əlbəttə, istəyirəm. Bir vaxtlar Abbas Səhhətin, Sabirin, Mikayıl Müşfiqin, Cahanbaxşın, Mikayıl Rzaquluzadənin tərcümələri məni həm maarifləndirib, həm də mənə xoşbət saatlar, günlər bağışlayıb. Məni ara-sıra tərcümə işinə sövq edən həm də borc hissidir. Bundan başqa, mənə elə gəlir ki, “Sərxoş gəmi” kimi çox mürəkkəb  daxili təşkilatlı və zəngin dilli əsərlərin təcrüməsi bizim dilimizin imkanlarını üzə çıxarır, iş uğurludursa, bu imkanları, az da olsa, zənginləşdirir.

azad-jurnal
Hörmətli Azad Qaradərəliyə, jurnal üzərində zəhməti olan bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm. “Sərxoş gəmi”nin azərbaycancaya tərcüməmin ilk oxucusunun da Azad müəllim kim zəngilanlı olduğunu xatrlatmağı lazım bilirəm…
Onu da deyim ki, on illərdir ki, bakıdakılar, yəni ədəbiyyat mühitini nəzərdə tuturam, qətiyyətlə məni «görmürlər». Ancaq mən varam… Azad Qaradərəli gördü…
Məni İnternertdə oxuyan azdır, bunu tez-tez yazıram: 10-15 nəfər. Onların hamısını “Yazı” jurnalını və onun son sayındakı tərcümələri oxumağa çağırıram.
Xeyrulla.
07.09.2016
Samara

SALYANDA PULLU TƏCİLİ YARDIM

SƏHNƏCİK

 

Salyan təcili yardım məntəqəsi. Həkim telefonla danışır.

 

Həkim: Pulun var?

XƏSTƏ: Var, Var!

HƏKİM (ucadan) Pulun var?

XƏSTƏ (xırıltıyla): Var…var…

HƏKİM: Pulun var, gələrəm!

XƏSTƏ: Bilirəm, gələrsən…

HƏKİM: Gəlməsəm, ölərsən!

XƏSTƏ: Bilirəm, eləsən.

HƏKİM: Malades, qanansan!

XƏSTƏ: Nə zalım adamsan!

HƏKİM: Pulun var?

XƏSTƏ (pıçıltıyla): Var…

HƏKİM: Pulun var?

Cavab gəlmir. Bir az gözləyəndən sonra həkim dəstəyi qoyub başını bulayır:

  • Bu külbaş da öldü… Dünəndən neçəsi belənçik gedib…Day Salyan qırılıb-qurtarar belə getsə…

07.09.16

Samara

PREZİDENT SALYANDA KÜR ÇAYININ AÇILIŞINDA İŞTİRAK EDİB

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Salyanda olmuş və orda Kür çayının açılışında iştirak etmişdir. Salyanlılar Kür çayının açılışını böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Veteran ağsaqqal Yavər Cəbrayılov deyib ki, ölməyib Kürün açıldığını gördüyünə görə çox xoşbəxtdir.

Kürün açılmağı Salyanın mədəni-sosial həyatında böyük rol oynayacaq. Artıq minlərlə salyanlı gənc əvvəllər olduğu kimi tində durmur. Onlar Kür qırağına yığışıb pokemon tutmaqla məşğul olurlar. Qeyd etmək lazımdır ki, Kür açılandan bəri Salyanda bıçaqlanmaların sayı əlli faiz azalıb.

 

VOLQA QIRAĞINDA ŞƏNBƏ YA BAZAR…

Volqa qırağında şənbə ya bazar,

İşıqkən, havadan getməmiş isti,

Elə asfalt üstdə düzülüb çalar,

Beş-altı nəfərlik nəfəsli dəstə.

 

Üstləri təmizdir, nimdaş olsa da.

Pensiya yaşlıdır çalanlar yəqin.

Hər hava ifası sifarişlədir
Ciddi yüzcə rubl məzənnələri.

 

Baxanda bilinir duruşlarndan,

Kasıb dəfnlərə gedib çalırlar.

Əlləri gətirib bəlkə, obaşdan,

İki-üç ölünü yola salıblar.

 

Yəqin hər dəfndə vurublar bir az,

Üz göyərən təhər, qızarmış burun.

Tütünlə, içkiylə yoluxmuş nəfəs,

Güc gəlir boruya… qışqırır boru…

 

Daxıl tək açılan qara futlyar,

Balaca və kasıb tabuta bənzər.

Hərdən futlyara yüzlük atırlar,

Yasdasan elə bil, yığılır nəzir…

 

Ən çox çaldırılan ya hərbi marşdır,
Ya da mahnı sovet filmlərindən
Birdən eşidirsən Şopen qarışdı

Mahnıya – bir barmaq yad yerə endi…

 

Bəlkə də notları Şopen marşının,

Borudan ucalmır, ürəkdən qopur.

Demə gedəriyik, atam, qardaşım,

Gedirik! Ötürür bizi bu şeypur.

 

Bəlkə də bu matəm çalanlarıyçın,

Ölümlə həyatdan fərq götürülüb.

Gurlayır borular, vurur təbilçı –

Sabah ötürülər bu gün ötürən…

 

05-06.2016

SAMARA

MƏNİ QOHUMLARIM NECƏ TUTDURARDILAR

Azərbaycanda bəzən müxalifətçi özü ya müxalifətçiyə görə onun yaxın adamı tutulanda qohumları yığışıb əlahəzrət İlham Əliyevə məktub yazır və  həmin bu müxalifətçini nəsildən sildiklərini, ondan tamam imtina etdiklərini bildirirlər. Mənə elə gəlir ki, bu insamlar bir az ləng hərəkət edirlər. Gərək o qırışmal müxalifətçiliyə başlayan kimi qohum-qardaş özü ərizə yazıb onu tutduraydı, cibinə ağdan-qaradan ataydı, boynuna at oğurluğu, namus-qeyrət pozğunluğu qoyaydı. İş-işdən keçəndən sonra ha yaz. Əlahəzrət də əlahəzrətdir ha! Ürəyində deyir ki, indi əl-ayağa düşmüsünüz, bəs vaxtında niyə yığılıb qol-qabırğasını sındırmırdınz. Özünüzün üyəyiniz gəlmirdi, verəydiniz polisə, polis atasını yandıraydı…

Mən fikirləşirəm ki, mənim qohumlarım hamısı ağlı başında adamlardır və elə lap zat-aliləri İlham Əliyev deyən kimi hərəkət edərdilər. Məsələn, mən Azərbaycanda yaşasaydım və müxalifətçi olsaydım… Yox, mən heç vaxt müxalifətçi olmazdım, çünki çox qorxaq adamam… Məsəl üçün deyirəm. Heç müxalifətçi olmasaydım da, yazı-pozumda şübhəli bir şey görən kimi, mənin qohumların kütləvi ərizə yazıb məni tutdurardılar. Qohum da bir deyil, beş deyil. Əlli-altmış adam imza atandan sonra hökumət çarəsiz qalıb məni tutmalıydı, hərçənd qohumlarımın ərizəsi olmasaydı, məh hökumətin yuxusuna da girməzdim. Fikirləşirəm ki, mənim nəslim o ərizəni mərhum məməmə də imzalatdırardı. Bu belə olardı:

— Raziyə xala (bibi, nənə), bu kağıza qol çək, vacib kağızdır.

— Ay bala, mənim əlim əsir, mən qol çəkə bilirəm ki?

— Birtəhər elə də.

— Bura nə yazılıb?

— Yazılıb ki, pensiyaların artırılmasını istəyirik.

— Ay bala, burda deyəsən Xeyrullanın adı var, Xeyrullanı gözüm seçir.

— Yazmışıq ki, Xeyrulla yaxşı oğlandır, tərifləmişik. Deyirik  bəlkə hökumət ona yaxşı bir iş verər…

Beləcə arvadı aldadıb ərizəyə qol çəkdirərdilər. Doğma anam qol çəkəndən sonra hökumət məni necə tutmasın? Ağbirçək arvaddan ayıbdır…

Arvad da sonra görər mən gəlib çıxmıram. Deyər ay bala, bu Xeyrulla axı gəlib çıxmadı. Deyərlər ki, ərizədən sonra hökumət Xeyrullanı Tailanda səfir təyin edib, orda həm dövlət işini görür, həm də oranın kurortlarında kayflanır…

Bu, əlbəttə, zarafatdır, mənim qohumlarım məni tutdurmazdılar. Məni hökumət tutsaydı, qohumlarım yığışıb hökumətin şalvarını çıxarardı…

Ancaq hər halda məndən məsləhət: elə ki gördünüz bir qohumunuz müxalifətçilik eşqinə düşüb, hökumətdən qabaq özünüz şərləyib tutdurun. Cibinə şey atın, deyin məişət pozğunudur, deyn itdən də borcludur…

Br sözlə, xatanı başınızdan uzaq eləyin…

05.09.2016

Samara

КОЛОМБО И ПУТИН: «РОССИЯ – СТРАНА АВТОПРОМА…»

nar

ПУТИН: А, лейтенант Коломбо! Простите, что вам пришлось ждать. Важную ночную беседу проводил с Рамзаном Кадыровым.
КОЛОМБО: Сэр, ничего подобного я в жизни не видел!
ПУТИН: Вы имеете в виду мои ночные встречи? Я их часто провожу. Ночью мой мозг лучше работает.
КОЛОМБО: Сэр, я имел в виду кортеж Кадырова. Я как раз его встретил, когда сюда подъезжал. Сэр, это нечто невероятное.
ПУТИН: Бросьте лейтенант, в России у каждого второго чеченца есть такой кортеж.
КОЛОМБО: Сэр, но какие машины! Таких нет даже у президента США!
ПУТИН: Ничего удивительного, Коломбо. Россия страна автопрома.
КОЛОМБО: Сэр, насколько я знаю, Россия хороших машин не производит.
ПУТИН: Да, не производит. Я же сказал: Россия страна автопрома. Мы не производим хорошие автомобили. Мы ими промышляем. Теперь вы меня понимаете?
КОЛОМБО: Пытаюсь понять, сэр. Сразу как-то не получается… Сэр, у меня к вам небольшой вопрос… Как раз по Кадырову. Сэр, если вы мне позволите, я сниму тут отпечатки пальцев. Ведь вы его в этом кабинете принимали?…

04.09.2016

ПИШИ, ПИШИ…

nar

Глубокой ночью из президентской администрации звонят Эйнулле Фатуллаеву:
— Надо срочно написать клеветническую статью про оппозицию!
— Может, я напишу ее утром?
— Нет, надо сейчас.
— А если не успею, вы со мной сделаете то же самое, что и в прошлый раз? Знаете, мне тогда очень понравилось…
— А мне не понравилось, ты не в моем вкусе! Пиши сейчас же, мерзавец!

“İNDİYƏCƏN DEMƏMİŞƏM A KÖPƏK QIZI…”

Qənimət Zahidin anasıyla söhbətə baxdım. Qoçaq arvaddır, Allah canını sağ eləsin.

Söhbətin bir yeri mənə çox ləzzət verdi. Müxalifətçi jurnalistin anası gəlinləriylə mehriban rəftarından danışır. “İndiyəcən mən onlara deməmişəm ki, a köpək qızı…”

Ay xala, ay bacı, bəs demək nə cür olur? Dedin də…

Hələ bu, müxalifətçi anasıdır. Gör yapçı analar gəlinlərinə nə deyirlər…

Ancaq bəlkə yapçı gəlinlər qayınanalarını “farağat” durğuzurlar: “Ağbirçək köpək…”

Bizdə ayrı cür olmur: ya qayınana gəlini, ya gəlin qayınananı…

Ona görə iki gündən bir hardasa ya  gəlin özünü asır, ya qayınana…

Zalım ölkə…

Zalımlar ölkəsi…

04.09.2016

Samara

    HEYDƏR, ŞAH!

MEHRİBAN XANIM: Kişi, sən Bakıda dəm-dəsgah qurmusan, şahmat qalımpyaadası keçirirsən, bütün dünyanı yığııb-tökmüsən, bəs niyə bizim Heydər qalıb qıraqda? Heydər kimi uşağından əskikdir?

İLHAM BƏY: Qalımpiyada yox, olimpiada… Heydər orda iştirak eləyə bilməz, çünki şahmat oynaya bilmir.

MERİBAN XANIM: Əşşi, sən də söz tapdın, “oynaya bilmir”. Leyla da şeir yazmağı bilmir, ancaq Nizanmi Gəncəvini də keçib, o urus kimdir, buruqbaş, hə, Puşkin, Puşkini də keçib.

İLHAM BƏY: Şeirə baxma, şeiri təşkil eləmək olur. Ancaq şahmatı gərək biləsən. Şahmatda qabaq-qabağa oturub oynayırsan. Heydər atı eşşəkdan ayıranacan bir dsə görəcək ki, ona “Şah” deyirlər.

MEHRİBAN XANIM: A kişi, qoy desinlər də. Qoy “şah” desinlər! Biz elə bunu arzulamırıq? Şah olandan sonra fərqi yoxdur, atı eşşəkdən ayıra bilirsən, bilmirsən. Kim şaha gözün üstdə qaşın var deyə bilər?..

 

04.09. 2016

YAZ GƏLƏNƏ YAXIN KÖÇ HƏVƏSİYLƏ…

Yaz gələnə yaxın köç həvəsiylə,

Hər il həşrə düşən qaraçı sayaq.

Məktəb həvəsiylə ürəyim əsər,

Gəlib sentyabr qapını alcaq.

 

 

Qarışan, sıxlaşan, tündləşən hətta,

Uşaq nəfəsləri, uşaq səsləri,

Çatışmır havada, qoxuda, dadda,

Çatışmır havası keçən dərslərin.

 

 

Bəlkə barmağımın ucu da göynər,

Bu vaxtlar təbaşir tozundan ötrü.

Lövhə qabağında durub göz döyən,
Şagirdlərim bir-bir gözümdən ötür…

 

 

Zirək danışanlar, dil-dil ötənlər,
Tutulub-qalanlar, yaş axıdanlar.

Yaddaşı zəiflər, işi çətinlər,

Danlağı, töhməti nahaq alanlar…

 

 

Gözəl obalar var, qaraçı ancaq

Qaçaq düşür ordan qəbahətiylə…

Hər il məktəb arzum bitir sadəcə,

Fikrimin keçmişə səyahətiylə…

03.09.2016

Samara