Архив | 29.12.2016

SERGEY YESENİN. «BİR DƏ GÖRÜŞMƏRİK, BAKI, ƏLVİDA…»

SERGEY YESENİN

                       (1895-1925)

       Прощай, Баку! Тебя я не увижу.
      Теперь в душе печаль, теперь в душе испуг.

Bir də görüşmərik, Bakı, əlvida,

Qəlbə qorxu dolur, qəlbi alır qəm.

Ayrılıq ürəyi sıxar, ağrıdar,

İndi “dost” sözüdür yaraya məlhəm.

+

Əlvida türk göyü! Bakı, əlvida,

Damarda qan donur, dizlərim əsir.

Fəqət ölənəcən qalar yadımda,

Blaxanı mayı, Xəzər ləpəsi.

+

Sadəcə nəğməsən! Əlvida, Bakı!

Bağrıma basıram dostu son dəfə.

Yasəmən dumanı içindən başı,

Yellənib dalımca “yaxşı yol” deyə.

Ruscadan tərcümə

29.12.2016

Samara