
UİLYAM VORDSVORT
(1770-1850)
Biz yeddiyik
Önümdə dayanan xırda uşaqdır,
Bilmirsən heç nəfəs alır ya almır.
Ancaq hər əzası həyat yaşadır.
Beləsi nə bilər ölümdən axı.
+
Kənddə bu qızcığaz qarşıma çıxdı,
“Səkkiz yaşındayam” – o mənə dedi.
Saçları buruqdu, həm də ki, sıxdı,
Başını bürüyüb kilkələnirdi.
+
Onda meşə yerin görkəmi vardı,
Baxdım, yabanıydı elə əyni də.
Gözləri elə bil işıq saçırdı,
Sevindim uşağın gözəlliyindən.
+
“Balası, de görüm sən mənə indi,
Neçə qardaşın və neçə bacın var?
“Neçəmi? – qız dedi. “Cəmi yeddidir”.
Bir az təəccüblə mənə baxaraq.
+
“Sən alah, de mənə, onlar hardadır?
Uşaq cavb verdi: Cəmi yeddiyik,
İndi məzarlıqda ikimiz yatır,
İkimiz dənizlə harasa gedib.
+
“Kilsə həyətində iki qəbirdə,
Yatır qardaşımla bacım nə vaxtdan.
Evimiz kilsənin həndəvərində,
Onlara yaxınıq biz də hər zaman.
+
“Deyirsən ikiniz məzarlıqdadır,
Dəniz aparıbdır ikinizi də.
Yenə yeddisiniz! Bunu mən axı,
Necə başa düşüm, əziz bala, de!”
+
Uşaq cavabında belə qayıdıb
Dedi: “yeddi bacı-qardaşıq, ağa.
Kilsə həyətində ikimiz yatır,
Qəbirləri üstdə ucalır ağac”
+
“Ay balaca xanım, sən həndəvərdə,
Gəzib dolanırsan, sağ-salamatsan.
Deyirsən ikiniz yatır qəbirdə,
Beləsə, yeddi yox, beş olur qalan”.
+
“Yaşıl məzarları uzaq deyildir”, —
Cavab verdi uşaq, düşünüb bir an.
“Yanaşı qazılıb bu iki qəbir,
On-on beş addımdır evdən oracan.
+
“Tez-tez orda corab toxuyuram mən,
Yaylıq da biçirəm orda özümə.
Nəğmə oxuyuram onlara hərdən,
Elə çəmənliyə vurub dizimi.
+
Bacım Ceyn oldu birinci ölən,
Uzanıb yataqda inildəyrdi.
Tanrıımız qurtardı sonra zülmdən,
Bacım gözlərini yumdu əbədi.
+
Kilsə həyətində indi yatır o.
Otlar yaş deyilsə əgər çəməndə,
Qardaşım Con ilə gedib biz ora,
Qəbrin oynayırdıq həndəvərində.
+
Tez-tez, nəcib ağa, günbatan çağı,
Haha işıqlısa, təmizsə əgər,
Götürüb çörəyi və yavanlığı,
Ordaca oturub şam eləyirəm.
+
Əgər yer ağ qarla örtülürdüsə,
Gedib sürüşürdüm, qaçırdım orda.
Qardaşım Conun da gəldi növbəsi,
Ceynlə yanaşı yatır məzarda”
+
Onda neçəsiniz axı” — dedim mən,
“Göylərə köçübsə əgər ikiniz.
Uşaq cavab verdi fikirləşmədən:
“Ah, cənab, yeddiyik indi yenə biz”.
+
“Axı ölüb gedib sizdən ikisi!
Ruhları göydədir onların daha”
Nə qədər desəm də, ancaq hədərdi,
Uşaq inamından çətin dönərdi:
Və dedi: “Yeddidir sayımız, ağa!”
1798
İNGİLİSCƏDƏN TƏRCÜMƏ
12-14.08. 2020, Samara
We Are Seven
William Wordsworth — 1770-1850
—A simple child,
That lightly draws its breath,
And feels its life in every limb,
What should it know of death? Читать далее