Söyün, söyün mən axmağı,
Yumadım niyə qartmağı,
Niyə tutmadım dırnağı —
Deşir, qanadır ovcumu,
Qaçırdır şirin yuxumu,
Gəlin açın yumruğumu!
—
Bir Qubadlı balasıydım,
Gedib aşıq olasıydım.
Dınqıl-dınqıl çalasıydım,
Yaxşı şabaş alasıydım,
Necə çalım — əl yumulu,
Gəlin açın yumruğumu.
—
İndi necə maşın sürüm,
Yarı necə gedib görüm?
Yazıq-yazıq yolda durum?
Quş olub it kimi hürüm?
Bəlkə qaçım, götürülüm? –
Gəlin açın yumruğumu!
—
Hardadır bu gül balalar,
Hamısı birdən oldu kar!
Gətirin on beşlik açar –
Ovcum içində orden var!
Ovcum içində order var!
Gəlin açın yumruğumu!
17. 05. 21, Samara
