Архив | 06.10.2022

“ANAM OLAN YERƏ GEDƏRDİM ANCAQ…”

cropped-u-lenc4b0.jpg

Gəzmək də, görmək də yemək kimidir,

Kim gəzir – dadanır, həvəsə gəlir.

Təzə ölkələri, təzə yerləri,
Gəzsə də nə qədər, “yoruldum” demir.

+
Gəzməyən nə bilir səfərdə nə var,
Baxmağın, görməyin nədir məzəsi?

Yoxdur dörd divardan çıxmaq həvəsi,
Ömrünü dünyadan xəbərsiz yaşar.

 +

Yox həvəs gəzməyə məndə də indi,

Yaddır görmədiyim yerlər, həm uzaq.

Elə bil yorucu səfərdir aşmaq,
Həddini ən yaxın məhəllənin də.

 +

Anam olan yerə gedərdim ancaq,
Nə vaxtdan o yerin həsrətindəyəm,

Salmanı görərəm ora getsəm, həm
Ağənnə bacım da orda olacaq.

 +

Orda Süleymanı görərəm yəqin,
Gülər görən kimi, qucaqlar məni.

Çəkib odekolon, tütün ətrini,

Bilərəm əynində pencəyi həmin.

 +

Gülsə də, gözündən oxunar qəmi,

Deyər: “Niyə belə bəs yubanmısan?
Mən bura gəlmişəm, qardaş, gör haçan,

Sən məndən kiçikdin səkkiz yaş cəmi…”

 

06. 10. 2022, Samara

 

QURAN ŞEİRLƏRİ: ALLAHIN ADIYLA MALINDAN KEÇƏN 2; 261-262

surə 2 ayə 261

Malından kim keçsə Allah adıyla

Bir dənə bənzər ki, bitər o dəndən,

Yeddi sünbül – yüz dən hərəsində də.

Kimə istəyirsə, artırır Allah.

 +

Keçsə kim malından Tanrı yolunda,

Və danlaq, töhmət də vurmasa əgər,
Allahın o kəsə mükafatı var.

O nə qorxu duyar, dərd bilər nə də.

06. 10. 2022 Samara