
Bu aləm çox naşı yanır,
Mamır üçün daşı yanır,
Saman səndən yaxşı yanır,
Bu sevdadan nə anlarsan.
Bu, “Anlarsan” rədifli şeirin bir bəndidir, şeir özü uzundur, müəllifin adını yazmıram, şəklindən keçmişin raykom katiblərinə oxşayır. Anaq bu misraları diqqətlə oxuyun, müəllifin başdan xarablığına şübhəniz qalmayacaq.”
Necə yəni “aləm naşı yanır”? Yanmağın nə naşılığı, nə ustalığı?
Daş harda, mamır harda?
Zaman kimdən yaxşı yanır və zamanın yanmağı nədir, yuxarıda aləm yanırdı…
“Şeirin” altında 409(!) layk var, 301 (!) tərif. Düşünmək olardı ki, bu adamlar dəli oynadırlar, ancaq yox. Bu adamlar özləri də “şeir” yazırlar və onlara da belə cavab tərifləri yazılır və cavab laykları qoyulur.
Belə dəlilərin sayı minlər, on minlər, yüzminlərdir. Ölkə əməlli-başlı dəlixanadır, dəli yığıncağıdır.
Baxın, bu təriflər müxtəlif “şeirlərin” altından götürülüb.
++++++++++++++++++++++
Dünyaya daxildən baxan, ilahi eşqlə qaynayan bir qələmdən tövhid, varlığın vəhdəti, İrfan sızıntılı bir şeir! Təbrik edirəm.
Var olasız dəyərli şair Qağam. Allah səni qorusun. Amin. Gözəl yazmısız, çox əfəndim. Təbin axar, qələmin yazar olsun. Amin,
Yazan əlləriniz var olsun gözəl yazmısız var olun. Qələminiz hər zaman iti və kəsərli olsun!
Çox əfəndim!
Var olun gözəl insan, dəyərli şairimiz. Yazan əllərinə, ürəyinə sağlıq. Eşq olsun!
Əla , sağ ol , əmioğlu
Var olun,Yusif nəğməkar,superdir
Car-cəsarət yolçularına eşq olsun. Var ol şair.
GÖZƏL BİR SUFİYANƏ POEZİYA!
BƏSİRƏTİN MÜBARƏK, QARDAŞ!
EŞQLƏR!
Əlinizə sağlıq dəyərli sənətkar. Mükəmməldir. Təbinizə, ilhamınıza Allah bərəkət versin. Gözəl əsərə görə alqışlayıram Sizi.
Çox gözəl şeirdir, hər bəndi ayrı dəyərli, anlamlıdır. «Dan çırağım» ifadəsi poeziyamızda yenidir. Təbrik edirəm!
Musiqisi, bəstəsi üstündə olan şipşirin nəğmə, su kimi axan dupduru şeir…Adam dönə-dönə, ovuc-ovuc, bənd-bənd İÇMƏK istəyir bu şeiri… Doymadan, təngiyə-təngiyə, tələsə-tələsə, susuzluğunu yatırmaq üçün…Həm də icazəsiz-filan. Çünki, kürrdür, qurtarmaz, tükənməz bir istedad çeşəməsindən gələn bu pak, təmiz SU şeir… Yusif Nəğməkar çeşəməsindən! Allahın əhsəni olsun!
(Bu Mirnəzərə cəddi kömək olsun, o qədər coşub ki, “çeşməsindən” yox, “çeşəməsindən” yazıb, yəqin ki, bunu “işəməsindən” kimi də oxuyanlar olub. Ay Mirnəzər, qayıt bu yoldan, get çax-çuxunu elə — Mirzə ƏLİL).
Bu maraqlı yazını sona kimi həvəslə oxudum və Əsəd müəllimin qələminə, düşüncə tərzinə bir daha heyran oldum. Mən hörmətli Aqil Abbasın yaradıcılığının bir hissəsi ilə gözəl tənqidçimiz Əsəd müəllimin vasitəsi ilə tanış oldum. Yubliyara və onun ömür dəftərini layiqincə vərəqləyən Əsəd Cahangirə öncə can sağlığı, sonra uzun ömür arzulayıram.
(Bu Əsəd Cahangir qurumsağın biridir, Leyla Əliyevanın “şeirlərini” Şekspirin, Götenin şeirləri ilə müqayisə edir. Bir sözlə, ölməli adamdır – Mirzə ƏLİL).
Hörmətli A. Abbasın _Sizin təsvir etdiyiniz kimi _şəxsiyyəti ilə yaradıcılığı arasında cox oxşarlıq və uyğunluq var. Sadə, real qətiyətli. Sizin bu yazınız da onun əsərləri kimi sadə, real və ğözəldir. A. Abbs yaradcılığını cox mükəmməl şərh etmisiniz. Həm A. Abbası, həm də sizi bu səmimi şərhinizə ğörə təbrik edirəm.
(Söhbət Məmməd Arazın kürəkəni, 30 ildən bəri deputat kreslosunu zəbt etmiş soğanbaş Aqil Abbasdan gedir).
Hələ gənclik — tələbəlik illərindən daim coşub — daşan ,içində milli ruh daşıyan və bu hissləri şeirə çevirən,mərhum Xəlil Rza Ulutürkün əvəzsiz varisi Zabil Pərvizə salam olsun !
Z.P.
Var olun, böyük sənət və söz zərgəri, eleqant
Aydın müəllim! İndiki səviyyəsizlik cəngəllliyində yaxşı ki, Sizin kimi işıqlı və nüfuzlu cəngavər ziyalımız var!
Bütün zamanların şairinə eşq olsun. Ustad şairimize can sağlığı və uğurlar arzulayıram.
Her sey yerindedir gunes oz yerinden cixir ve batir birce olmayan o papaqli kisilerdi cox menali gozel seirdir ardin yaz qanimiz durulsun elimin obamin gozel sairi sag ol
Çox sağ olasan mənim dəyərli əziz qardaşım Allah səndən razı olsun. Maşallah çox gözəl dəyərli bir əsər. Bu şerinin dəyərini heç bir şeylə əvəz etmək olmaz. Var olasan qardaşım əhsən sənə.
Günaydın gözəl günə
Çox dolğun mənalı, çəkisi olan bəndlər. Mükəmməl məzmunlu
Əhsən. Ilahidən gələn sətirlər
Ruhunuza sağlıq. Duyan qəlbiniz gözəldir. Təbiniz axarlı. Həyat eşqiniz daim yüksək olsun
+++++++++++++++++
İndi özünüz deyin: ziyalılar bu gündə olan millətin sivil millətlər sırasında yeri varmı? Təsadüfidirmi ki, millətimiz nəinki, paravoz, avtomobil, təyyarə, hətta götlü-başlı at arabası da yaratmayıb.Buna görə də Nizami Azərbaycan şairi dyil, Azərbaycan şairi bu dəlixana xəstələri kimi olur.
“Bu aləm çox naşı yanır…”
Bəh-bəh…
12. 07. 2023, Samara