
Bəlkə də qorxaraq kimsə dul qalar,
Ömrü subaylıqla sən keçirirsən?
Dünya özü dul tək yasını saxlar,
Sonsuz bu dünyadan köçsən əgər sən.
+
Dünya dulun kimi yaş töküb ağlar.
Sənin bənzəyişin çünki qalmadı.
Ancaq uşaqların gözünə baxar,
Ərini elə bil görər dul qadın.
+
İsrafçı dünyada nə xərcləyirsə,
Yerini dəyişər, dünyada qalar.
Meyvəsiz ötüşən gözəllik isə,
Gedər birdəfəlik, ölər, məhv olar.
+
Öz-özünə belə qəddar olan kəs,
Başqasına sevgi bəsləyə bilməz.
İngiliscədən tərcümə
03.06.2018
Samara