Архив | 16.08.2023

«NƏSİMİ» KİNOKOMEDİYASI. İSGƏNDƏRİN VAXTINDA QURAN VARDI, İSLAM VARDI?

Без имени-1

“Nəsimi” kinokomediyasındakı komizmi yaradan səbəblər müxtəlifdir. Nəsimi şairdir, dini filosofdur, sektantdır, ancaq siyasətçi deyil və siyasi şeirləri də yoxdur. Mən Nəsimi yaradıcılığının bilicisi deyiləm, ancaq bir vaxt Cahangir Qəhrtəmanovun tərtib etdiyi məcmuəni çox oxumuşam, müəllifin siyasi sayıla biləcək, onun mövcud rejimlərlə, monarxlarla bilavasitə konfrantasiyasını əks etdirə bilən şeirlərinə rast gəlməmişəm. Sovet İttifaqında əvvəlki dövrlədən çəkilən filmlərdə isə şair həm də dövrünün siyasi fəalı olmalı idi. Və “Nəsimi” kinokomediyasında şair belə bir siyasi fəaldır. Özü də adi fəallardan deyil, yuxarıdan gedəndir. Görün o, Şirvan hakimi ilə necə danışır: “Teymurn əsarətindən qurtarmaq, Azərbaycanı sənin himayəndə birləşdirməkdə sənə kömək etməyə hazırıq”. Gülməlidir? On beşinci əsrin əvvəlləridir. Azərbaycan milli dövlətçiliyi heç 20-ci əsrin əvvəllərində aktual olmayıb, yalnız Rusiya imperiyasının dağılması ilə gözlənilmədən aktuallaşıb və onu həll olunma zərurəti milli siyasətçiləri meydana çıxarıb. Adətən əksinə our: milli ruhlu qabaqcıllar milli məsələni, milli dövlətçilik məsələsini aktuallaşdırırlar. Məsələn, gürcülədəki kimi. Bizim qabaqcıllarımız isə, o cümlədən Rıəsulzadə, bir növ fakt qarşısında qalıb… Əsərlərində heç bir siyasi məsələnin həllinə işarə etməyən Nəsimi isə on beşinci əsrin əvvəlində bu məsələni şirvanşahın qarşısında açıqlayır və tamaşaçıda qəhqəhəli gülüş doğurur. Çünki dialoqun bundan əvvəlki hissəsində Nəsimi, daha doğrusu, İsa Hüseynovla Həsən Seyidbəylinin uydurduğu Nəsimi elə cəfəng sözlər danışır ki, şairi tamaşaçının gözündə sərsəmə çevirir. Nasimi şərt qoyur: Şah və şahın bahadırları gərək hürufi elminə istinad etsinlər”.

Nə az, nə çox: “hürufi elminə istinad”! Əsl Nəsimi belə danışa bilərdimi? Məgər hürufilik məzhəb yox, elmdir?

İbrahim şah (yəni Rasim Balayevin yerlisi, Səməndr Rzayev) çox haqlı suaı verir: “Hürufiliksiz döyüşə bilmərikmi?” Nəsimi (Rasim Balayev) çox gülməli cavab verir: “Döyüşərsiz, ancaq məğlub olarsız”. İbrahim şah, təəccüblü olsa da, təmkinini qoruyur, bu cəfəng mükaliməni davam etdirir. “İsgəndər Zülqərneyni, Sultan Bəyazidi, Teymuru xatırladır: bu sərkərdələr “hürufi elminə istinad” etmədən möhtəşəm qələbələr qazanıblar”. Nəsimin bunun cavabında gətirdiyi arqument ona dəlilik kağızı vermək üçün kafi əsasdır. “İsgəndər, Teymur böyük sərkərdələrdir. Ancaq əsgərləri zəifdir”. Bir şey başa düşdünüz? İsgəndər zəif əzgərlərlə dünyanın yarısını necə fəth edib? Nəsimi (Rasim Balayev) bunu izah etmir. Əsgərlərin zəifliyinin səbəbini izah edir. Səbəb, İsa Hüseynov yaradan nəsiminin fikrincə, Qurandır, çünki Quran insana onun zəif, aciz olduğunu təlqin edir…

Pardon! Stop! İsa Hüseyniov və Həsən Seyidbəyli Azərbaytcan tamaşaçısını ələ salıblar? Aleksandr Makedonski harda, Quran harda? (Demək lazımdır ki, “Nəsimi” kinokomediyası bir çox səhnələrdə “Vaqif” komediyasını xatırladır. Film müəllifləri də Səməd Vurğun kimi işi peşəkarlıla yox, «basməmmədi» görüblər). Təəccüblüdür ki, şah da bu cəfəng iddiaya irad tutmur, demir ki, a bala, İsgəndərin vaxtında Quran vardı? İsgəndər əsgər⁴ləri müsəlman idilər?  (Yenə “Əkinçi” qəzetindən bir yazı yadıma düşür: bir molla iddia edirmiş ki, imam Cəfər-Sadiqin vaxtında teleqraf olub). Bu sərsəm iddianı qoyaq bir yana. Quranın əsgəri zəiflətdiyi iddiası da cəfəngdr. Quran İnsanı Allahla müqayisədə zəif görür, ancaq bu kitab az qala hər ikinci səhifəsində müsəlmanı döyüşə səsləyir, cihada çağırır, Quran insanı, yəni əsl müsəlman  yaranışdan və həyatı boyu əsgərdir. Hürufilik isə əsgəri doğrudan da zəiflədər, onu pasifistə çevirər. Əgər hər insan tanrıdırsa, düşmən əsgəri də tanrıdır, onun üstünə necə qılıncla getmək və öldürmək olar?

 Şahla Nəsiminin bu absurd, qondarma səhnəsi heç nə ilə bitmir. Ümumiyyətlə, film əvvəldən axıradək bütövlük təəssürü yaratmır, o, ayrı-ayrı, indiki jarqonla desək, kliplərdən ibarətdir. Bu epizoda, xanəndələrin dediyi kimi, ayaq vemək üçün guya Nəsimi şaha Fəzlullah Nəimnin “Cavidannamə”əsərini şaha bağışlayır ki, oxuyub “hürufilik elminə istinad” eləsin. Şah Azərnəşrdə ya da Qanun nəşriyyatında çap olunmuş kitabı Rasim Balayevdən alıb oxuyacağını vəd edir.

HAŞİYƏ: Azərbaycanlı nə yaradırsa, komediya alınır. Azərbaycan Vikipediyası başdan-ayağa komediyadır. Şeyx İbrahim haqqında məqaləyə baxın. Doğum tarixi – 1382. Elə həmin ildən də guya taxtdadır. Yəni göbəyi kəsilən kimi bələyib qoyublar taxta. Kərəmov atası ilə işləməyə gedəndə heç olmasa 6 aylıq idi… İndi Şah haqqında rus Vikipediyasına baxın: “Doğum tarixi- məlum deyil”…Bu məqalə yəqin Putinə qədər yazılıb. Putin hakimiyyətə gələndən Rusiyada da bir janr qalıb: komediya… «Кровавая и беспощадная» комедия…

 

16. 08. 2023, Samara

(Ardı var)

İLHAM ƏLİYEV ELÇİBƏYƏ ORDEN VERSƏYDİ, O DA İMTİNA ELƏMƏZDİ…

Akif İslamzadə.psd

Mənim bir sevimli müğənnim var: Bülbül. O mənim üçün ata kimidir, Vətən kimidir. İfalarında bir və ya bir neçə mahnı sevdiyim müğənnilər isə çoxdur. Onlardan biri də Akif İslamzadədir. Onun iki ya üç mahnısını bəyənirəm və ildə bir neçə dəfə qulaq asıram. Və onun, şəxsi ləyaqətin az qala cinayət maddəsi üçün dəlil olduğu cəmiyyətdə özünü,  kənardan görünən qədər, ləyaqətlə aparması məndə müğəənniyə hörmət oyadırdı.

İndi hər şey elə bil alt-üst oldu. İlham Əliyev Akif İslamzadəyə “Şöhrət” ordeni verdi. Tutsaydı, bundan yaxşı olardı. Ən azı onu sevənlər üçün…

Əvvəlcə orden haqqında. Akif İslamzadəyə xatırladıram ki, ikinci Qarabağ müharibəində ölən əsgərlərə ölümlərindən sonra orden yox, dəmir medal veriblər ki, indi bu medallara məmurlar və polislər tüpürürlər.

İkinci Qarabağ müharibəsi başlananda xüsusi olaraq “Vətən müharibəsi qəhrəmanı” adı təsis edildi ki, “Milli Qəhrəman” adı heç kimə verilməsin. Verilmədi də. Çünki bir kişi olan ölkədə qəhrəman da  ancaq həmin kişi ola bilər.

Akif İslamzadə “Şöhrət” ordeni alanların siyahısına baxsın: Azərbaycanın ən böyük oğruları, kriminal yolla milyardlara sahib olanlar, yaxın qohumlar, qudalar hamısı o siyahıdadır. Əgər İslamzadə adının o siyahıya düşməyindən çiyrinmirsə, biz ona nə deyə bilərik?

Hay-küy salan olacaq ki, dünən Əbəlfəz Elçibəyə dost deyirdi, bu gün Əliyevdən orden alır. Öz fikrimi deyirəm: Elçibəy sağ olsaydı və İlham Əliyev onu təltif etsəydi, qaçaq ya qaçqın prezident mükafatdan imtina eləməzdi. deyərdi ki, bu ordeni mənə xalqım verir…

Buna əminəm…

Bir videoyazı var: Elçibəydən soruşurlar ki, doğrudanmı onun mənzilində Heydər Əliyevin portreti asılıbmış?  Elçibəy boynuna alır ki, asılıbmış, çünki SovİKP MK Siyasi Büro üzvlüyünə qalxmış yerlisi onda qürur doğururmuş. Həm də guya Rmanov-Əliyev qarşıdurması zamanı o, yəni Əbülfəz Əliyev, Heydər Əliyevə “balet eəyirmiş”…

(Romanov-Əliyev qarşıdurması jurnalistlərin və qərb sovetoloqlarının uydurduğu mifdir)

İndi bu adamın ona etimad göstərmiş xalqı qoyub qaçmağı kimisə təəccübləndirə bilər?

Əbülfəz Əliyev (Elçibəy) həm də kəmsavad idi, rusca çətinliklə danışırdı, bu onu göstərir ki, o, ərəbi də yaxşı bilməyib, çünki onun ixtisası tərcüməçilik olub, ərəb-rus, rus-ərəb, ona görə Misirə, Asuan bəndinin inşasına göndərilib… Onun demokratlığında da tragikomizm vardı. O haranın demokratı idi? Demokrat seçkili vəzifəsini hədiyyə edər? Demokrat ingilisdir, fransızdır… Əbülfəz Elçibəy pis adam olmayıb. Ancaq yaxşı adam və demokrat ayrı-ayrı şeylərdir…

İndi Akif İsalamzadə özü bilər. İstəsə, Sabir Rüstəmxanlının donuzsifət arvadı kimi Şöhrət ordenini alıb taxar yaxasına. İstəməsə, deyər ki, yox, yayın bu istisində şərlənib tutulan soydaşlarım türmədə cəhənnəm əzabı çəkdikləri vaxt mən bu ordeni qəbul edə bilmərəm. Siz heç olmasa onlardan bir neçəsini buraxın…

Deyər ya deməz – öz işidir…

 

  1. 08. 2023 Samara