
Vətəndən ayrı düşmək budur: nəinki sən soydaşlarından soyuyursan və soydaşların səndən soyuyurlar, hətta çoxları səni ölmüş bilirlər. Nə gizlədim, mən də bəzi adamları ölmüş bilirəm, sonra öyrənirəm ya təsadüfən məlum olur ki, ölməyiblər. Mən də həm xəcalət çəkirəm, həm də sevinirəm. Biri elə İntiqam Qasımzadə. Nə gizlədim, mən onu da ölmüş bilirdim. Ancaq bu günlərdə Azərbaycanda bir vurhavur oldu ki, səsi bura gəlib çıxdı: demə İntiqam Qasımzadənin 80 illiyini qüyd edirlərmiş. Toplarda yaylım atəşi açıblar (ermənilərə tərəf), beş-altı müxalifətçinin cibinə ağ, qara basıblar ki, çəkib kef eləyin, ancaq gərək türmədə çəkəsiniz ki, görən olmasın…İntiqam müəllimin xətrinə Qubad İbadoğluya bir şüşə Badamlı veriblər ki, içib şəkərini salsın…
Bu hələ azmış! Demə “Azərbaycan” jurnalı da ölməyib, indiyəcən çıxır və onun baş redaktoru səksən yaşlı İntiqam Qasımzadədir! Bu isə bütün millət üçün fəxrdir, çünki dünyanın heç yerində 80 yaşlı redaktor yoxdur. İndi məni bir şey çox maraqlandırır: İntiqam Qasımzadə Anarın yanında siqaret çəkir ya çəkmir? Yazarların rəisinin 85 yaşı var, redaktorun 80 yaşı. Bizim ənənələrə görə gərək çəkməyə, çıxıb qıraqda çəkə…
Mən belə bir dialoq təsəvvür edirəm:
Anar: İntiqam, oğul, sən hansı pampersdən istifadə edirsən?
İntiqam: Mənə Türkiyədən göndərirlər.
Anar: Türklərinki çox etibarlı deyi. Mən bir neçə dəfə şalvarımı islatmışam. İndi Amerikadan gətizdirirəm…
Belə… Bizim talışlar da özülərini öyürlər ki, nə bilim Şirəli Müslümov belə gəldi, elə getdi… Bir talış dosta dedim:
— Sizdə səksən yaşlı reedaktor var?
Talış dost incidi:
— Mirzə, bizi lağa qoymusan? Jurnaımız var ki, redaktoru da ola?
Çox xəcalət çəkdim…
Vallah, bilmirəm inanım ya yox. Mənə bir nəfər dedi ki, İntiqam Qasımzadənin atası Böyükağa Qasımzadə də sağdır, 107 yşındadır, bu yaxınlarda otuz yaşlı bir televiziya aparıcısını alıb, arvad indi hamilədir, yəni İntiqamın ya qardaşı, ya bacısı bu yaxınlarda dünyaya gələcək…
Fikirləşirəm ki, deyilənlər düzsə, uşaq olanda yenə top atacaqlar. Təki erməni tərəfə atsınlar…
Sonda onu deyim ki, Mirzə Əlil necə karateçidirsə, İnqiqam Qasımzadə də elə ədəbiyyatçıdır. Anarın müdrik başına and olsun!
Mirzə Əlil
18. 08. 2023, Samara