Архив | 31.01.2024

RƏSULZADƏ, PEŞƏKAR NAQQAL VƏ NAQQAL SÜRÜSÜ

məmmədəmin_rəsulzadə 140

Hamını İlham Əliyevin qazancı maraqlandırır, məni isə Əli Kərimlinin.

Əli Kərimli yəqin ki, partiya rəhbəri kimi maaş alır. Nə qədər? Az olmaz. Ən azı yumurta içməyə çatar. Yumurtaiçməyi səsinin cingildəməyindən bilir. Opera səshənsinə çıxar – Koroğlunu olmasa da, Keçəl Həmzəni oxuyar.

Hələlik Əli Kərimli yumurta içməklə bərkidib qoruduğu səsini ildə bir dəfə Rəsulzadənin abidəsi önündə nitq demək üçün istifadə edir. Elə alovlu danışır ki, elə bil Napoleon Misirdə qoşun qarşısında nitq deyir.

Baxırsan abidə ətrafında yığılanlara, “naqqal sürüsü” ifadəsindən başqa bir şey adamın ağlına gəlmir. Bu adamların yüzdən biri niyə Tofiq Yaqublunun məhkəməsinə getmir? Niyə bu adamlar onların  hüquq və mənafelərini müdafiə etdikləri üçün zindana salınmış gənc azərbaycanlı qızlara divan tutan məhkəmənin qabağına yığılıb dəstək nümayiş etdirmirlər? Büt önündə yığılmağın kimə nə xeyri? Rəsulzadə sağ olsaydı, bütü ziyarətə gedərdi ya həbsdəki mübarizə yoldaşının köməyinə?

Haqlı sual çıxır: Əli Kərimli ya İsa Qəmbər kinin və nəyin lideridirlər? Bunlar seçkiyə getmirlər, nümayiş, mitinq, piket keçirmirlər və müxalif adıyla komortlu həyat yaşayırlar. Bu adamların davranış nümunəsi azərbaycanlıların potensial ictimai-siyasi qüvvə ola biləcək iki nəslini fərsiz demaqoqlar dəstəsinə və naqqallar sürüsünə çevirib.

Rəsulzadənin bütü önünə yığılanların əksəriyyəti sosial şəbəkələrdə öz adlarını gizlədərək “İlham rədd olsun!” yazanlardır. Sonra şəbəkə səhifəsinin sahii tutulanda onun on minlərlə abunaçilərindən beşi də dalınca getmir. Son nümunə — Ayaz Sayadoğlu.

Belə adamlara nə deyəsən? “Naqqal sürüsü”ndən daha çox yaraşan ad varmı?

 

Mirzə ƏLİL

31. 01. 2024, Samara

 

MARİNA TSVETAYEVA.“GECƏ KİMSƏ YATIR? YATAN YOX GECƏ!”

cvetaeva

Gecə kimsə yatır? Yatan yox gecə!

Körpə oyaq, ağlar beşiyindəcə,

Ölümü önündə oturur qoca,

Bitmir əziziylə söhbəti gəncin,

Dodaqlar şirindir, baxışlar incə…

 +

Yatsan  — yenə burda oyanarmısan?

Tələsmə, sonra çox yatarsan insan!

 +

Sayıq keşikçisə evlərə bir-bir,

Baş çəkir, gül rəngli fənərlə gəzir.

Yatanın başının üstdəcə durur,

Ağac toppuzusa ona hay vurur:

 +

— Xoşluqla deyirəm! Yuxudan oyan!

Yoxsa əbədilik yatarsan, insan!

1916

ruscadan tərcümə

31 01. 2024, Samara

 +++++++++++

Марина ЦВЕТАЕВА

 

Кто спит по ночам? Никто не спит…

Кто спит по ночам? Никто не спит!
Ребенок в люльке своей кричит,
Старик над смертью своей сидит,
Кто молод — с милою говорит,
Ей в губы дышит, в глаза глядит.
Читать далее