Архив | 04.02.2024

ƏLİ KƏRiMLİYƏ: QALIRSAN? YENƏ ZURNA ÇALIRSAN? XALQI ƏLƏ SALIRSAN?

İndi bilmirəm, sovet vaxtı Azərbaycan musiqili komediya teatrının repertuarında bir tamaşa vardı. Əsərin qəhrəmanı orkerstrdə ya trambon ya valtorna çalan Novruzqulu idi. Novruzqulu xoruz buraxırdı, yəni xaric çalırdı, orkestr isə onu qova bilmridi. Novruzqulu hərdən getməyə razılaşır, sonra deyirdi ki, yox. Heç hara gedən deyil. Bir shnə yadıdmdadır. Orkestr üzvləri xorla oxuyurduylar.

Qalırsan?

Orkestrdə çalırsan?

Əli Kərimli istefa

Yadımda deyil bu iş necə qurtardı. Bu gün Əli Kərimlinin Qənimət Zahidin diliylə səsləndirdiyi müraciətini eşidəndə bu tamaşa yadıma düşdü. Əli Kərimli cəbhəçilərə, bütün müxalifətçilərə deyir ki, bu gündən azaddırlar, istəsələr nümayişə çıxarlar, istəsələr mitinq keçirərlər, istəsələr İlham Əliyevin iqamətgahına yürüş edərlər. Yəni rusca desək, «я умываю руки».

Fikir verin: Əli Kərimli demir ki, vəzifədən gedir, demir ki, istefa verir. Deyir ki, mən vəzifədə qalıram, möhürüm, kürsüm, katibim, müavimlərim, Qənimət kimi saray şairim yerində. Siz isə gedin başınızı vurun polisin dəyənəyinə.

Ən azı son ildə bu adamın kostyumunu ütüsü pozulmayıb, yeganə gördüyü iş isə pafoslu nitqlər demək olub. Bunun paаoslu nitqlərinə aldanıb yüzlərlə gənc fəal mübarizəyə qalxıb, şərlənərək tutulub, dağılıb. Bu adamın, yəni Qənimət Zahidin “bəy” adlandırdığı bu cənabın faydalı iş əmsalı sıfır da deyil, mənfidir.

Və bu adam reallıq hissinio qədər itirib ki, harınlayıb, sırtıqlaşıb ki, demir istefa verir, demir bacarmadım, ayrı rəhbər seçin, ayrı yol seçin.

İndi burda nə olmalıdır? Qoqol təsvir edən lal səhnə yaNovruzqulu komediyasıbdakı xor?

Qalırsan?

Yenə zurna çalırsan?

Xalqı ələ salırsan?

Mirzə Əlil

04. 02. 2024, Samara

DOSTUM İLHAMIN 70 İLLİYİNƏ. «ƏDƏ, SƏN DƏRƏDƏN ÇIX, SƏN MÜƏLLİM OĞLUSAN…»

İLHAM-colorized

Bu gün İlham Kamil oğlu Ağayevin 70 yaşı tamam olur. Biz yaşıdıq – mən ondan iki ay yarım böyüyəm, ancaq bir il qabaq məktəbə getmişəm.

Mən kəndimizdəki cavanların tanımadıqları, yaşlıların unutduqları İlhamdan danışmaq istəyirəm.

İlham uşaqlığından işlək, zirək və işində çox səliqəli idi. Dəmir kimi biləkərində fövqəladə güc vardı.  Kamil müəllim uşaqlarını işsiz qoymurdu. Qonşular, qohumlar çağııranda da İlham gedib işləyirdi. Bəlkə indi az adam inanar ya heç kim inamaz, ancaq mən də İlhamla birgə mərhum Gülağanın, Ağası müəllimin, Rasimin, Cəlilin evlərinin tikintisində — kərpic kəsiləndə. Barı hörüləndə, suvaq vurulanda – işləmişəm. İlham hər ağır işin öhdəsindən gəlirdi. Məni ayrıca köməyə çağırmırdılar, mən İlhama qoşulub gedirdim. Ən çox rəhmətlik Rasimin evinin barısında işləmişik. O vaxt mən də siqaret çəkirdim. Günortaya qədər siqaretltlərmizi çəkib qurtarır, nahardan sonra evin özülünə tökülmüş tüləklərimizi yğıb çəkirdik… Rasim də bizim siqaretimizi çəkirdi. Razim çox sarafatcıl adam idi, işləyə-işləyə danışıb bizi güldürürdü. Ancaq rəhmətlik bərk adam idi…

Ərəbqardşbəylidə kim bərk deyil ki?

Hə, bir neçə dəfə İlhamla qonşu Əlyara da kömək eləmişik, deyəsən, növbəti tikili üçün kərpic kəsirdik. Bir dəfə işdən sonra rəhmətlik Əlyar “heyf ki, sənəimi atdım” deyib qarmonunu evdən götürüb oturduğumuz aynabəndə gətirdi. İlham da, mən də qarmon çala bilirdik. Qarmonu alıb baxanda məəttəl qaldım. “Əlyar, bunun yarımdilləri qoxdur ki?!” Əlyar sakitcə dedi: “Hə, yoxudur”.

Əlyar gəncliyində kəndin xınayaxtılarında qarmon çalırmış. Sonralar Rusiyada naməlum şəkildə ölmüş ya öldürülmüş surralı Fərhad isə balaban çalırmış…

Əlyar bir dəfə İlhamı Salyabstroya (Kürkənd?) aparır. Bacısı Əminə təzə ev üçün kərpic kəsdirirmiş. İş yerinə çatan kimi İlham soyunub girir palçıq dərəsinə. Deyir ki, yarım saat işləmişdik ki, bir də gördüm Əminə evdən çıxıb əlində bir stul yüyürür dərəyə sarı və uzaqdan qışqırır: “Ədə, İlham, sən çıx dərədən, sənə olmaz, sən müəllim oğlusan…”.

Əminə qız vaxtı kənd məktəbində xadimə işləmişi, yəni Kamil müəllimin işçisi olmuşdu…

Bunları yazdıqca ağladım…. Allah ölənlərə rəhmət eləsin, qalanlara da rəhm eləsin…

Yaxşılıqları unutmayaq. Adamlara damğa vurmağa yox, onların tanımağa, onlarda olan yaxşını görməyə tələsək…

04. 02. 2024, Samara

ANNA AXMATOVA. YESENİNİN XATİRƏSİNƏ

AKHMATOVA

 Getmək olar sadəcə, həyatı tərk edərək,

Düşüncəsiz, ağrısız,  yanmaq olar sonacan.

Ömrü belə işıqlı ölümlə sona vermək,

Rusiya şairinin qisməti deyil ancaq,

 + 

Quş qanadlı ruhuna yəqin qurğuşun elə,
Açar hüdudlarını göylərin, çatmamış vaxt.

Ya xırıltılı dəhşət qıllı pəncələriylə,
Ürəyi süngər kimi sıxar, çıxınca həyat.

 

1925

ruscadan tərcümə

04. 02. 2024, Samara

Tərcüməçinin qeydi: rus şairlərinin cavan ölməsi – dueld, .intihar və c. — əslində Puşkin və Lermontovun dueldə ölümündən sonra yaranmış sterotipdir. Rus şairlərinin də hər yaşda ölənləri var. Puşkinin müasiri Tyütçev 73 yaşında ölüb, Afanasi Fet daha çox yaşayıb. Axmatova özü 76 yaşında ölüb. Ancaq stereotiplərlə mübarizədən qalib çıxmaq olmaz, bu stereotip çoxdan arxetipə, saysız şeirlərin. nəsr, dram əsərlərinin mövzusuna çevrilib….

Ancaq məsələnin nə yerdə olduğunu bilməyə dəyər. Füzuli deyiri: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır…”

+====================

Анна Ахматова

Памяти ЕСЕНИНА

Так просто можно жизнь покинуть эту,
Бездумно и безбольно догореть.
Но не дано Российскому поэту
Такою светлой смертью умереть.
Читать далее