HACI ŞAHİN BELƏ DEYİRDİ…

Mərhum ilahiyyatçı Hacı Şahinin xeyli çıxışına YouTube-da qulaq asdım. Təəssüratım qısa şəkildə.

++++++++++++++++

Hacı Şahin deyirdi:

“Bir şüarınız olsun həmişə: “bu da keçər”.

Hacı Şahin bu “şüarın” mənbəyini adlandırmır . Əslində bu ifadə, tövratda olmasa da, ənənəvi olaraq şah (peyğəmbər ) Süleymana aid edilir, guya onun üzüyündə həkk olunubmuş.

Doğrudan da bu ifadənin müəyyən psixoterapevtik effekt yarada biləcəyinə inanmaq olar. Ancaq moizə dinləməyə yığışmış gənclərə bu effektin pozitiv olacağına zəmanət vermək olarmı?

Hacı Şahin fikrini çatdırmaq üçün sadə,  məişətlə bağlı misallar çəkməyi sevirdi. Mən də bu üsuldan istifadə edirəm.

Deyək ki, Azərbaycan rayonlarının birinə prezident adəti olaraq heyvərənin birini başçı təyin edib. Bu heyvərə rayonu talan edir, büdcəni oğurlayır, əhalini tapdalayır. Bir il, üç il, beş il, on il. Bəzən on beş il. Rayon əhalisi “bu da keçər” deyib dözməlidirmi?

Əslində bizim adamlar dözürlər də. Əzilrlər, tapdalanırlar, yağmalanırlar. Prezidentə və onun müavin xanımına rəhm ərizəsi yazırlar. Bu, doğrudurmu? İnsanları zülmə dözməyə, haçansa zülmün öz-özünə dayanacığına, tükənəcəyinə ümidlə yaşamağa çağırmaq əxlaqi mövqemidir? İndi onlarla, bəlkə yüzlərlə dindar şərlənib tutulub. Ağır narkotik maddələri ilə üzun müddətli həbs cəzalarına “bu da keçər” deməklə dözmək düzgün və əxlaqi mövqedirmi? Niyə Hacı Şahin ən azı zülmə dinc müqavimətə çağırmaq əvəzinə adamları Sabrin dediyi kimi, “mütəhəmmil” olmağa səsləyir və bunu Allahın adıyla bağlayır?

Və çox maraqlı bir detal: Hacı Şahinin riqqətlə «həzrət» dediyi Musa niyə Misirdə yəhudi soydaşlarına qarşı pis rəftara «bu da keçər demədi», fironla mübarizəyə girişdi?

++++++

Hacı Şahin deyir:

“Allah bir yol deyib. Deyib bax, qəlbində Kərbala ziyarəti istəyi varsa, get. Yoxdursa, getmə”.

Allah bunu harda və kimə deyib? Allah nə deyibsə (Qurana inanırıqsa), Quranda olmalıdır, başqa heç yerdə yox. Quranda Kərtəla var?

++++++++

Hacı Şahin deyir:

“Allah istəmir ki, bəndəsi düşük olsun. Deyir ki, düşüklük eləməyin”.

Allah istəmirsə, qoymasın düşük olmağı, hər şey onun iradəsində deyil? Düşüklük nədir? Harda Allah deyir ki, “düşüklük eləməyin?”

++++++++++

Hacı Şahin deyir:

“Allah həzrət Davuda deyir ki, gəl sənə səninlə eyni məqamda olan insanı göstərim”.

Məlum olur ki, Davuda bərabər insan bir qızdır. Və Davudla eyni məqamda, eyni səviyyədə olmağına səbəb onun “Allah barəsində yaxşı gümanda olmağıdır”.

Davudla eyni mərtəbəyə yüksəlmək elə də çətin deyilmiş – Allah barəsində yaxşı gümanda ol, işin düzəlib. Bu gümanla toyuq oğurla ya büdcəni dağıt, xəstəni, xəstənin ailəsini soy, banklara borclu sal…

İndi “həzrət” Davud haqqında. Bu cənab haqqında geniş məlumatı ancaq Tövratdan almaq olar. Tövratın “İkinci şahlar kitabı”nın 12-ci fəslində Davud barəsində maraqlı faktlar var. Məlum olur ki, krematoriləri Hitlerdən bir neçə min il qabaq o yaradıb, çünki həmlə etdiyi şəhərləri tutandan sonra bütün kişiləri ya kərpic sobalarında yandırır, ya gürz altına qoyurdu. Heç kimi salamt qoymurdu ki “xəbər çıxmasın”. Davudun öz əsgərinin arvadına aşiq olduğu, onu evinə gətirib özünə arvad elədiyi, ərini isə “cəbhə bölgəsinə” göndərib öldürtdüyü  də məlumdur.

Biz haçansa bu “şəxsiyyətlərə” tənqidi olmasa da, obyektiv baxışla baxmalıyıq ya yox? Bizim mənəvi oriyentirlərimiz belə manyaklar, şəhvətpərəstlər olacaqsa, hara gedib çıxarıq?

++++++++

Hacı Şahin deyir:

“İnsan yaxşılıqları aşkar edib, pislikləri örtməlidir. Yaxşılıqları akar edənlər cənnətə gedəcəklər”.

Bu tezis elə bil ki, prezident admiinistrasiyasından Azərbaycan jurnalistləri üçün yazılıb. Jurnalistlər ancaq tərif yazmalıdırlar. Tərif yazırlar – pul alırlar, ev alırlar. Yəni indidən cənnətə düşürlər. Pis yazan, yəni tənqid edən, düşür cəhənnəmə.

Pardon, türməyə…

++++++++++++++

Hacı Şahin deyir:

Həzrət Musa iki dəfə Allaha müraciət elədi, Allah dinmədi Üçüncü dəfə Musa dedi: “Ey günahkarların rəbbi!” Allah dərhal cavab verir: “Ləbbeyk, ləbbeyk, ləbbeyk”.

Hacı Şahin izah edir ki, Allah günahkarlara qarşı xüsusi diqqətlidir. “Allah günahkarı tez bağışlar, çünki günahkar qaçıb gedə bilər”.

Bunu eşidəndə xeyli güldüm. Sonra fikir məni götürdü. Qərbdə günahkarı dama salırlar, çünki onlar da Hacı Şahin kimi bilirlər ki, “günahkar qaçıb gedə bilər”. Azərbaycanda isə günahı olmayan günahkardan daha tez tutulur. Çünki Əliyev fikirləşir ki, günahsız qaça bilər…

Bir Salyan mollası vardı, o da Musadan yaxşı danışardı. Deyirdi bir dəfə Allah Musanı çağırdı: “Ala, Musa, ala, Musa,..”

Salyanlı mollanın nəzərində Allah da, Musa da təmiz salyanlı ləhcəsində danışırmış…Musa heç şübhəsiz ağdan ya qaradan istifadə eləyirmiş…

Mən başa düşürəm ki, adamların elliklə savadsız olduğu vaxtlarda ya da dini kitabların tapılmadığı sovet dövründə belə söhbətlər ciddi səslənə bilərdi. İndi hamının Tövratı oxyuya biləcəyi vaxtda Musa, Davud haqqında əfsanələr danışan ruhani stəndap komikinə bənzəyir…

Hacı Şahin deyir ki, nəfsinizi saxlayın. Tamahınızla mübarizə aparın.

Necə aparaq? Nümunələr, oriyentirlər varmı? Kimdir? Yalnız rəsmi arvadlarının sayı 12 olan peyğəmbər? Arvadlarının v kənizlərinin sayı iyirmiyə qədər olan birinci imamımız?

Bəs moizəçi məsciddə auidtoriyasına nə deməlidir?

Mən bu variantı təklif edirəm: …cıq uşaqları, sizin anananızı   mən… Oxuyun, keyfiyyətli təhsil alın, yapona, ingilisə, fransıza baxın, finə, norveçliyə baxın, oğurlamayın, işdə məsuliyyətli olun, hüquqlarınız uğrunda mübarizə aparnın, mübarizə aparmasınız, heç nə keçməyəcək, siz gəbərəcəksiniz, harınlıq, hampazorluq, rüşvətxorluq, qanunsuzluq qalacaq. Ölkəni zəbt etmiş uzurpatorlara qarşı qalxın və devirin, naqqal mollalara qulaq asmaqdansa, təşkilatlanın, öz hakimiyyətinizi özünüz seçin, qorxmayın, bir-birinizi satmayın. Peyğəmbər dediyimiz arvadbaz, qaniçən, manyak yəhudi şahları bizə müəllim və oriyentir ola bilməzlər Davudun, Musanın adı ilə, Davud ulduzu altında yəhudilər on minlərlə fələsytinlini bombalayıb qırırlar, milyonlarla insanı işğal altında saxlayırlar. İşıq gələn yerlərə baxın. Ən vacib olan – şəxsi məsuliyyət, cavabdehlikdir. Alahın günahkarları sevməyi xoxmadır. Heç bir nəzir, sədəqə, ibadət, ziyarət insanın günahını bağışlatmır, insan qanun və vicdanı qarşısında cavabdehdir.

Və s. bu kimi sözlər.

Təəssüf ki, belə sözlərin heç vaxt deyilməyəcəyini bilirəm. İllər keçəcək, moizələr dəyişməyəcək. Yalnız moizəçiər daha gözəl, dizayner əbaları geyəcəklər, moizələrin mətnini Ayfon 25-dən, 30-dan oxuyacaqlar, Rills roys minəcəklər…

Allahşükür kimilər isə bütün xalqın belində olacaqlar…

X.X.

03. 03. 2024, Samara