Архив | 12.05.2024

ROBERT BERNS. MAY, SƏNİN SƏHƏRİN…

Robert Burns

May, sənin səhərin olmayıb şirin,

Dekabrın qaranlıq gecəsi kimi.

Gül çaxır qədəhdə qığılcımlanır,
Ayrı kimsə də yox, otaqda təkik.

+

O necə gözəldi, necə mehriban,
Etmirəm adını çəkməyə cürət.

O mənim yadımdan çıxmaz heç zaman,

Çəkmək istəmirəm adını fəqət.

+

Kim bizimlə deyil, onlara da mən,

Arzularam yekə, dopdolu kuzə,

Sağ olsun hər bizə xeyir diləyən,

Onlar da heç zaman gəlməsin gözə.

 

Onlara da deyə bilmərik, hərçənd
Ən əziz onlardır çevrədən bizə.

Onlara da deyə bilmərik, hərçənd

Ən əziz onlardır çevrədən bizə.

ingiliscədən tərcümə

11.05. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

O May thy morn…

 

O May thy morn was ne’er sae sweet,

As the mirk night o’ December;

For sparkling was the rosy wine,

And private was the chamber: Читать далее

HÜSEYN ARİFİN GÜLMƏLİ ŞEİRLƏRİ. «SULAR AYAĞININ EŞMİŞ ALTINI…»

Hüseyn Arif. Qız qalası

5-ci sinif şagirdlərinə Hüseyn Arifin “Qız qalası” şeiri tövsiyə edilir. Görək Hüseyn Arif Qız qalasını necə tərənnüm edib, vunderkind və dahi Cəfər Cabbarlını keçə bilib ya yox.

“Gərilmiş qabağa qaya sinəsi…”

Qalanın sinəsi qayadandır ya kərpicdən? Sinəsi necə gərilib?

“Qaralmış küləkdən, dumandan, sisdən”.

Qaralıb? Bəlkə bozarıb? Küləyi, dumanı başa düşdük, bəs “çis” nədir? Sis! Sis? Mən başa düşürəm ki, bu “sis” misranı doldurmaq üçündür. Bunu uşağa desən, fikirləşəcək ki, şair fırıldaqçı olub.

“Canında illərin ox nişanəsi,
Qərinələr keçib başının üstdən”.

Burda, əlbbəttə, şair “əsrlər” demək istəyib, ancaq misrada heca çatmayıb, ona görə şair tıxayıb “qərinələri.  Şair yüzilliklər” deyə bilərdi, heca sayı da uyğun gəlir, ancaq böyük şair gərək farsca, ərəbcə deyə.

Şeyx Əhməd Şeyx Nəsrullaha nə tövsiyə edirdi? “Ərəbcə de, ərəbcə…”

Qayıdaq şeirə: zaman başın üstündən keçir? Başın üstündən keçsəydi, nə vardı ki…

 Sonra gülməli bənd gəlir. Oxuyub çox gülmüşəm, Allah Hüsey Arifi də o dünyada güldürsün, elə güldürsün ki, şeytanları da gülmək tutsun. Baxın:

“Gah günəş alovdan biçmiş donunu,
Gah xəzan səyirdib çapmış atını”.

Şair “payız” demir,  “payız”ı bizim kimi sıravi insanlar deyirlər. Xəzan! Nəbi Xəzri rəhmətlik də yaman “xəzan” deyən idi, onun şeirlkərində xəzan yarpaq tökürdü. Hüseyn Arifdə isə “səyirdib çapmış atını”…

“Çapmış atını…:

Yaxşı, deyək ki, günəş qalaya don biçir. Bəs «xəzan atını səyirdib» qalanın harasında çapır? Divarlarında?

Sonrası daha gülməlidir, bunu eşitsələr, şeytanlar uğunub gedəcəklər, tiyanın altı sönəcək

“Tufanlar araya alanda onu
Sular ayağının eşmiş altını”.

Deməli tufanlar, yəni ən azı beş-altı tufan, Qız qalasını araya alır. Sular isə, yəni sular, ayağının altını eşir…

 Eşir…Sis!

“Qışın çilləsində, qışın qarında
Çevirmiş üzünü üfüqə sarı.”

Qalan vaxtlar Qız qalası üzünü qibbləyə çevirir?

“Nəğmə tək səslənmiş qulaqlarında
Xəzərin əsrlik pıçıltıları”.

Bayaq qərinə idi, indi əsr oldu, burda misra düzəlir. Əsrlik pıçıltını uşağa necə izah edəsən? Belə izah olunmaz şeyləri Daxili işlər nazirliyinin mətbuat xidmətinin rəisi izah edə bilir. O cənabın dünyada izah eləyə bilmədiyi heç nə yoxdur…

 “Dayanıb altında əzəmət, vüqar,
Sanki daşa dönmüş bir sərkərdədir.”

Altında vüqar? Alt, türkün məsəli,  ayıb olan yerdir, orda nə əzəmət… Fikirləşdim ki, bəlkə “alnında” olmalıdır. İki mənbədə baxdm, “altnda”dır…Yəqin Hüseyn  Arif Qalanın altı ilə tanış olub…

Yuxarıda demişdi ki, «altını sular eşib». Eşilən yerdə nə vüqar, nə əzəmət?

Sis!…

Vallah, elə bil ki, Sabir, Cəfər Cabbarlı, Müşfiq  kimi şairlər gedəndən sonra yurd xaraba qalıb…

X.X.

12. 05. 2024, Samara