
Xalq şairi Sabir Rüstəmxanlının adını haçan görsəm, eşitsəm, təzyiqim qalxır. Səbəb çoxdur. Biri odur ki, saxta mandatla ensefalit gənəsi kimi yapışıb mənim yerlilərimə, qopmur…
Bu gənənin… yox, gədənin şeirlərinə baxaq.
Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Aydındır? Gün çıxan kimi Rüstəmxanlının ömrünə şeir doğulur. Yazmır, doğulur. Yəni şeir ona nazil olur.
“Bəlkə də göylərdən əl üzdüyündən”
Başa düşdünüz? Mən də başa düşməyə çalışıram. Belə çıxır ki, o şeir göydəymiş, ancaq göylərdən əl üzüb. Niyəsi bilinmir.
“Mənim ürəyimə sürgün bir şeir”.
Bu misra azərbaycanca deyil. Burda xəbər çatmır. R.xanlı deməliydi ki, şeir gəlir. Ancaq misrada “gəlir”ə yer olmayıb. R. xanlı da basməmmədi eləyib. Kütlə udacaq!
Qrammatikasını qoyaq qırağa. Mənasını başa düşdünüz? Şeirin əli göylərdən üzülüb, R. xanlının ürəyinə sürgün gəlir!
Bəlkə sürgünə?
Bu adamın dəlilik kağızı, əlbəttə, yoxdur, deputat mandatı var. Bu adam xalqı dəli, ən yaxşı halda avam və cahil sayır.
“O daim tələsir, o daim yanır.”
Şeir gəlibsə, daha hara tələsir? Tələsməklə yanmaq necə tutuşur?
“İnanır nəyinsə bitəcəyinə.”
Şeir inanır? Hamlet Poloniyə deyirdi ki, get evinin qapısını bağla, içəridəkiləri dola…
“Dilimdən qopantək bir yol başlayıb”
Dilindən qopub? Bəs demirdin göydən sürgünə gəlib?
“Özüm də bilmirəm niyə doğuldum”.
Aha! Bilmir niyə doğulub! Deyim: sən ona görə doğulmusan ki, dədən ananı zad eləyib! Başqa variantı var? Yeganə variant odur ki, ananı dədən yox, qonşu zad eləyib…
Yuli Sezarın, Napoleonun dilində “Niyə doğuldum” sualı ritorikdir. Onlar dünyaya niyə gəldiklərini, taleləri, sərhədləri, zehniyyətləri dəyişdirmək kimi missiyalarını anlayırlar. Bəs S. R. xanlı? Doğulub ki, ömrü boyu sovet məmuru, yalançı elmlər doktoru, qondarma millət vəkili olsun?
“Bəlkə ilahidən bir səsdir ömrüm”.
Bunu elmlərin doktoru yazır! Ömür – ilahidən səs? Gen-bol kabinetlərdə, yumşaq kreslolarda, zəhmətsiz qazancla keçən ömür “ilahi səs”dir?
“Bəlkə mən özüm də sürgün yeriyəm”
Başa düşdünüz? Mən – yox!
“Bülbül nəğmələrə qəfəsdir ömrüm.”
Bunu da elmlərin doktoru yazır! “Bülbül nəğməsi” var. “Bülbül nəğmələr”, “qaranquş nəğmələr” yoxdur, bunu deyən adam azərbaycanlı deyil!
Sənin “nəğmən” hardan qəfəsdədir ki, hər şeirini on beş kitabda çap elətdirmisən!
“Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.”
Şeirinin biri günahkardır. Əli Nağıyevlə Vilayət Eyvazov Şerlok Xolmsla doktor Vatson kimi izləyirlər…
“Birinin fikrimdə yetişdi sonu…
Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər…”
Şeir həm yanır, həm qorxur… Göydən nazil olan şeir? Şairi öldürəcəklərsə, şeir niyə qorxur?
Təsəvvür edirsiniz, Sabir Rüstəmxanlını şeir söylədiyinə görə öldürələr? Öldürsəydilər, saxtakarlıqla deputat mandatı aldığına görə öldürərdilər. Onun deputat olub zəli kimi xalqı sorduğunu bilən çoxdur. Şeir yazdığını yerlilərindən, qohumlarından başqa bilən var?
“Biri deyilməmiş sonunu bəklər”…
Bəklər! Bu, türkcə imiş, Quqlla tərcümə elədim. Azərbaycanca olanını Quql başa düşmədi… Dedi belkeyin, çalışanlarımız bunun üzerinde çalışıyor…
Başqa bir «əsər”inə baxaq. “BOYASIZ MİSRALAR”
“Taxıl bir sapın üstə
dən tutub sünbül olur.”
Bunu yazan filologiya elmlərinin doktorudur! “Taxıl dən tutub sünbül oldu”. Taxıl və dən ayrı-ayrı şeylərdir? Taxıl “sapın üstə” dəni necə tutur?
Şeir 8 iklikdən ibarətdir. “Olur” rədifinin əvvəlində qafiyələr: sünbül, bülbül, gül, yel, sel, dil, əl, el, kül…
Kül axırdadır. “Millət şərə əyilsə, Alışmadan kül olur…”
Kant dincəlir… Şopenhauer də…
“Əsintilər birləşib
rüzgar olur, yel olur.”
Yelin necə yarandığını bilirdiniz? Yox? İndi bildiniz. Əsintilər birləşir…
Belə şairi olan xalq kül olmasa da, başına gərək kül sovura…
“Bulaqlar bir məcrada
qovuşanda sel olur.”
Yalançının lap…
“Kəlmə kəlmə dalınca
düzüləndə dil olur…”
Bildiniz dil necə yaranır? Kəlmə kəlmənin dalınca düzülür…
Min illərdir alimlər bunu üstündə baş sındırırlar. Yardımlı gədəsi daqdan enib iki misra ilə izah elədi…
Vallah, bu şeirləri oxuyanda fiilkirləşirsən ki, bu adam dağdan da enməyib, ağac budağından düşüb..
Bəs əl necə yaranır? Aha! Bilmirsiniz! S. Rüstəmxanlıya qulaq asın:
“Barmaqlar bir pəncədə
birləşəndə əl olur.”
İndi özünüzü yoxlayın. Barmaqlarınız bir pəncədə birləşibsə, əliniz var, birləşməyibsə, ikinci dərəcəli əlilsiniz, sosial müdafiəyə müraciət edin…
“İnsanlar bir qədəri
paylaşanda el olur.”
“Bir qədəri”? O “bir qədər” nə olan şeydir ki, payaşanda insanlar el olurlar?…
Şairin soyadına fikir cerin: Rüstəmxanlı. Yardımlıda Rüstəm xan olub? Yardımlıda xan olub?
Bu adam sovet hakimiyyəti dövründə həmişə məmur olub — ədəbiyyat, mətbuat, nəşriyyat məmuru. Bir dəfə pıçıltı ilə olsa da deməyib ki, sovet hakimyyəti pisdir. Sovet hakimiyyəti dağılmağa üz qoyanda özünü verdi meydana, meymun cəldliyi ilə (ağacdan düşdüyünə sübut!) hamını qabaqladı, çıxdı tribunaya. Dönə-dönə cildini dəyişdi, kim başdadırsa, onun gümdəyməzini yalayıb deputat mandatı aldı, vəzifə aldı.
1906-cı ildə Rusiya imperiyasının ilk parlamenti işə başlayıb. Azərbaycandan olan cəmi bir neçə deputatın biri salyanlı Muradxanov olub, əfsanəvi pedaqogika dərsliyinin müəllifi Mərdan Muradxanovun atası. O vaxtdan 120 il keçib, salyanlıların bir bələdiyyə deputatı sçmək ixtiyarı da yoxdur, Milli Məclisdə isə Salyanı və Salyanın yarısı Neftçalanı Sabir Rüstəmxanlı və Fəzail Ağamalı ikimi şarlatanlar təmsil edirlər. Niyə? Niyə xalq belə külbaş və başıqapazlıdır? Bir əyri baxışa görə bir-birinin qarnına bıçaq soxan salyanlılar bu rüsvayçılığa necə dözürlər?
Aprel döyüşləri zamanı meyitlər hələ döyüş meydanından yığılb basdırılmamış S. Rüstəmxanlı qızına toy çaldırır, məclisdən selfi çəkib paylaşırdı…
Bunun eston inəyinə oxşayan arvadı Tənziləninin futbol meydançası boyda sinəsi ordenlə doludur. 44 günlük müharibə zamanı Əliyev ona Şöhrət ordeni verdi. Mənim 9 noyabrda Şuşada həlak olmuş qəhrəman kəndçimə dəmir medal veriblər. Buna necə dözəsən? Belə oğraşlıqla sakit necə yaşamaq olar?
X.X.
26. 05. 2024, Samara
P. S. Kobud ifadələrə görə heç kim məni qınamasın. S. Rüstəmxanlı və onun kimilər Meydanda Mütəllibovdan, Vəzirovdan, Qorbaçovdan incə danışırdılar? Yox! Onlar Mütəllibovu, Vəzirovu devirməyə çağırırılar? Bəli! Hərçənd o adamlr vəzifələrini o vaxtın qanunlarına görə legitim tuturdular. S. Rüstəmxanlınını mandatı saxtadır. O, legitim deyil, yəni bicbaladır, bastarddır. Niyə onunla xoş danışılmaıdır?
X.X.