Архив | 29.05.2024

ROBERT BERNS. QADIN AĞLI

Robert Burns

            Xor

Bütün buna görə və ona görə,
Bundan iki dəfə çoxa görə həm,

Mənim hamıdan çox sevdiyim gözəl,

Buna görə mənim olar deyirəm.
1.

Qadın ağlı bənzər qış küləyinə,

Anbaan dəyişib əsər eləcə.

Onların ən gözəl yerləri sinə,

Baxıb çıxarnışam özüm nəticə.

                      2.

Bütün gözəlləri çox sevirəm mən,
Köləyəm onlara həqir, eləcə.

Tanrım. çəkinsəm də  mən bəd əməldən,
Dözmək də günahdır, dözüm mən necə?

                     3.

Onların içində ən gözəli var,
Ağlı da, hissi də vardır eləcə.

Qəlbim hər kəsdən çox onu arzular,
Cinayət deyildir bu sevgi, məncə.

                     4.

Necə şirin keçir görüş saatı!

Mən onu sevirəm, o da eləcə.

Bəs milçək nə qədər sancacaq axı?

Nə varsa – bizlikdir, qalan şey becə.

                       5.

Məni lap gic edib məkri onların,

Göz-qaş oynadırlar baxıb eləcə.

Yeni sevdalara hazır olağın —
Qadınlar əzizdir mənə beləcə!

1785

ingiliscədən tərcümə

23-24. 05. 2024, Samara

+++++++++++++++++++

ROBERT BURNS

 Tho’ Women’s Minds

Chorus

For a’ that, an’ a’ that,
And twice as meikle’s a’ that,
The bonie lass that I loe best,
She’ll be my ain for a’ that!
Читать далее

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -III

Məmməd Araz şeirləri

“Tikansız yazılar” şeiri “dostu İsaya» həsr olunb, ancaq hansı İsa olduğu bilinmir. Əvvəldə deyir ki, tikanlı yazmaqdan yozulub, indi tikansız yazmaq istəyir.

«Nə qızıl üzəngi, nə gümüş yəhər,

Yol hamar olmasa, könül oxşamaz.

Burda xəbər təsdiq halında olmalıdır, çünki iki inkar (nə üzəngi, nə yəhər) təsdiq verir. Şeir lap peyğəmbər İsaya həsr olunsun, Azərbaycan dilinin qanunu hələ ləğv olunmayıb.

Bəs kimdən «töhfədir» yolumda bu tir?

Demişdi ki, tikansız yazacaq. Bəs bu tir nədir?

Yolum, yol kəsəni kövrək görmədim.

Başa düşdünüz? Tir kövrək deyil? Kövrək olmalıymış?

“Çiçək talasında qanqal da bitir,

 Heç bundan darılan çiçək görmədim”.

Bu beytin yuxarıdakı beytlə əlaqəsi vat? «Çiçək talası» düz deyil, tala meşəyə aid olan yerdir. (Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə — Vikipediya).Bəlkə çiçəkli tala olmalıdır? Şair deyir ki, çiçəklərin içində qanqal bitir, çiçəklər vecinə almır.

Necədir?

Sözə arğac elər söz bildiyini.

Başa düşmədim…

Tikanlı yazılar çax-çax yerində,

Zaman üyüdəcək öz bildiyini.

Şairin dostu İsa kimdirsə, çətin bunu başa düşə. Mənə belə şeir həsr eləsəydilər, inciyərdim, deyərdim yəqin məni dolayıb…

Bəlkə az düşünüm, dayaz düşünüm?

Aha! İndiyəcən düşündükləri dərin imiş! Ona görə başa düşə bilmirəm!

A kişi, insafın olaydı, bundan da dayaz?

Sonra şair keçir heyvanlar aləminə. Bəlkə dostu İsa zooloq olub?

Arı tikanıyla ilan dişinin

Bəlkə çəkisi bir, zəhəri birdi.

Gözəyarı ölçüb, ona görə bəlkə deyir…

Xəyanət caynaqlar didsə sinəmi,

 «Qarışqa tükümü gəmirdi», — deyim?

Xəyanət caynaqlar…Tükümü gəmirdi… Özü də qarışqa…

Molla Nəsrəddinin yanına biri gəlmişdi. Molla  soruşdu ki, şikayətin nədir. Cavab verdi ki, tüküm ağrıyır…

Şeir uzundur. Təsəvvür edirəm İsa nələr çəkib. Yazıq bəlkə lap ölüb də…

Heç düşmənimə də belə şeir həsr olunmasın…

Başqa bir şeir: “AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN

Gözündən ovcuna arx açdin, yetər”.

Keçmişlərdə göz yaşını selə bənzədirdilər. Məmməd Araz kolxoz tərbiyəsi aldığına görə arxa bənzədir.

“Əl atsan, çiçəklər solar, quruyar

Baxın, bəndin birinci misrasında kiminsə gözündəna arx axır. İkinci misrada şair o adama deyir ki, “əl atsan, çiçəklər solar, quruyar”.

Ağlayan adam əlini hara atacaq ki, bu qəza baş verəcək?

“Üzünün yanğısı ocaqdan betər,

Xanımın gözündən arx axır, üzündə isə ocaq yanır. Bu necə olur? Arx ocağı söndürmür?

Sonra deyir:

“Gözlərin varisi göz yaşlarıdır».

Bayaq arx olan göz yaşları gözün varisi oldu.

“Hələ dostlarım var — əli qolumda,.

Dostlarının əli şairin qolundadır. Bu nə pozadır belə? Vals oynayacaqlar?

Sonra şair ağlayanı ifşa edir.

“Duydum bir məqamda o ağlağanı,

 Gözü ağlayanda qəlbi gülürmüş!.

Ayıb olsun! Qəlbi gülürmüş… Fırıldaqçı…

Məmməd Araz ustad Şəhriyara da şeir həsr edib.

“Dönən döndü, yenən yendi dönməzliyə…

Kimsə desə ki, bu misranı başa düşür, tüpürün onun gözünün içinə, deyin Mirzə Əlil icazə verib.

Yeri gəlmişkən, Məmməd Arazın dönə-dönə “enmək” mənasında işlətdiyi “yenmək” heç də enmək deyil, dəf etmək, üstün gəlmək, qələbə qazanmaqdır. Azərbaycan dilinini başına  Məmməd Arazın gətirdiyi müsibəti bəlkə ancaq Səməd urğun gətirib. Nə gəldi, soxuşdurur, sonra da deyirdi “Aha!”…

Doğru yolun nərdivanı qalır hələ»

Aha!

Doğru yola nərdivanla çıxırlar? Harda satılır? İKEAda ucuz olar…

Dərdlə yarış meydanı da əlimdədir,

Dərdlə güləş meydanı da əlimdədir.

Dərdə atəş meydanı da əlimdədir,

Ehtiyatda söz mcydanım qalır hələ.

Vallah, utanmasan, oynamağa nə var…Həsən keçəl, keçəl Həsən… Bu boyda bənddə bu nə dedi? Görəsən, Şəhriyara bu cəfəngiyat çatıb? Kaş çatmayaydı, fikirləşərdi ki, bu Məmməd kimdirsə, onu lağa qoyub…KQB-nin tapşırığı ilə…

Son bəndə möhürünü vurub.

“Məmməd Araz, əzilsən də əzim-əzim

Əzim-əzim…

“Araz boyu meh olmazsan bircə əsim”.

 Əzim-əzim əzilən, əlbəttə, yel olmaz, …xa dönər…

Acığımdan delə deyirəm. Necə acıqlanmayasan?

Bunu qoyaq qırağa. Növbəti əsər:

 SİNƏM SƏHRA SİNƏSİ

“Səhra qumlarının hesabı varmı?..

Belə suallara Molla Nəsrəddinin bir cavabı vardı: “Eşşəyimin tükü qədər”.

“Təklərə hay verib, tənha qalmışam…

Çörəyinin duzu yox imiş…

Sinəmdən ay doğar — qaranlıq olsa.

Bəh-bəh! İndi şübhəm yoxdur ki, Məmməd Araz təvazökarlıqdan ölməyib… Sinəsindən ay doğur…

“Sonuncu qorumla od qalamışam,

Yanarlıq olacaq

Qanarlıq olsa.

Onurğa, bel yırtığı almaq riski ilə özümüzü gücə salıb birtəhər “yanarlığ”ı özümüzə başa salırıq.

Bəs “Qanarlıq” nədir?

Yüz il qulağımın dibində qışqır,

Ürək eşitməsə, qulaq eşitmir.

Qoydu özünü karlığa… Vallah, dəli əlində girinc qalmışıq…

Nəfəsimizi dərək…

29.05. 2024, Samara

ardı var

‘əvvəli burda: https://xeyrulla.com/2024/05/28/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-ii/