
“KƏNDLƏ ŞƏHƏR ARASINDA”. Baxaq, bəlkə bu, yaxşı şeir oldu.
“Ömrüm keçdi kəndlə şəhər arasında.
Bulud əkdim, sel üyütdüm,
Xeyirlə şər arasında…”
Buludu necə əkirmiş? Tumla, şitillə, qələməylə? Seli necə üyüdürmüş?
“Tikə tutdum, loğma uddum,
Balla zəhər arasında…”
Mən təsəvvür etdim ki, bir ingilis ya emrilaı bu şeirə rast gəlir və əfsanəfvi Azərbaycan şaieinin bu misrasının QUQLun lüğətiylə çevirir ingilisə. Nəticə:
«I caught a thorn, swallowed a mouthful, between honey and poison…»
QUQL “tikə”ni tikan kimi başa düşür. “Mən tikan tutdum, ağızdolusu uddum, balla zəhər arasında”.
Məmməd Arazın mətnlərinin təhlilinə psixiatr, psixoanalitik lazımdır. Filologiya sayıqlamanın izahı qarşısında acizdir.
“Asfalt üstdə «beş-daş» atdım,
Çox «qərcimə-daş» oynadım, (“qərçimə”?- X.X.)
«Beş-daş» atdım.”
Burda gərək dayana, ancaq dayanmır. Məmməd Araz Keçəl Həsən deyibsə, gərək Həsən keçəl də deyəş
“Beş daş uddum.”
Nə atıb, nə udub?
Başımıza haranın daşını salaq? (bunu mən deyirəm…)
Dalı var:
“Yaxşı yalan demək uddum,
Yaxşı yalan yemək uddum...”
Sonra:
“Boylu-buxunlu alçaqlar gördüm”.
Görəsən kimi nəzərdə tutur?
“Gəzdim işıq dəyirmanı
Kəndlə şəhər arasında”.
Bəlkə “işıq dəyirmanını”? Axı “işıq dəyirmanı gəzdim”, mənasızlığı qalsın, azərbaycanca deyil!
Aha! Bəlkə «gəzdim» «axtardım» mənasındadır? Bəs «işıq dəyrmanı» nədir? Elektrik stansiyası? Şair stansiyanı niyə axtarırmış? Qohumunu işə düzəldəcəkmiş?
Məmməd Arazın müəllimi kim olub?
“Xətainin ayağına
At yolladım, Payızla yaz arasında”.
İnandınız ki, Məmməd Araz xalqı dolayıb? Şah İsmayıl da daxil olmaqla…
“YENƏ BU KÜLƏKLƏR”
“Yenə bu küləklər qoymayır yatam…
Küləklər ağzında didilir adam…”
Küləklərin ağzını təsəvvür edə bildiniz?
Yatmağa qoymur – dməli, bu adam yatağındadır, yata bilmir. Məmməd Arazın yatağı çölün ortasındaydımı onu küləklərin ağzı didə?
“Bunları kim didib, Kim əyirəcək?”
Yadınızdadırsa, Məmməd Araz buludları əkir, selləri üyüdürdü. İndi onu dərd götürüb ki, küləkləri kim didib, kim əyirəcək. Özü yorulub. Bulud əkməkdən, sel üyütməkdən…
“Səllimi küləklər yüyənsiz qadın”
Mən bilmirdim ki, qadınların yüyənlisi və yüyənsizi olur. Mareaqlıdır, öz arvadının yüyəni olub? Bəs cilovuz? Yəhəri?
“O qənim-qəlbində yanan çırağa,
Bu qənim…Vay odu arada qaldın”.
İstənilən məbləğə mərc gələrəm ki, dünyada heç kim bu beyti izah edə bilməz.
“Nə qədər dağ öpdüm, yer qucaqladım…”
Deyək ki, dağı öpmək olar. Elə yeri də öpməl olar. Azərbaycanda nə qədər insan rəhbərin ayağının altıını öpür…Ancaq yeri necə qucaqlamaq olar? Yesenin, məsələn, ağacı qucaqlayırdı.”Özgə arvadı kimi”.Yeseninin içkili yazdıqları gün kimi aydındır, Məmməd Arazın guya ayıq bşla yazdığından bir kəlmə anlamaq ümkün deyil.
“Yurdumdan-yuvamdan doyan olmadım.”
Peşəkar ədəbiyyatda belə misra olmamalıdır. Bu misranı əli təzə qələm tutan uşağa bağışlamaq olar. Bu misra müəllifinin zövqsüzlüyünü, dil normalarını, bədii dil tələblərini bilmədiyini göstərir. Necə yəni “doyan olmadım”? Bu, azərbaycanca deyil! “Doymadım” – bu, azərbaycancadır.
“Külək səslərinə qulaq bağladım”.
Azərbaycan ədəbiyyatı yaman gündədir. SOS!
A kişi, nə “qulaq bağladım”? Qulaq it-zaddır?
Azərbaycanlı deyir qulaq verdim. Məqamın vacibliyini göstərmək istəyəndə deyir “qulaq kəsildim”..
Yol azıb, ünvandan ünvana axır,
İnam satmalıdır, vəd satmalıdır.
Küləklər inamı və kimin inamını kimə satmalıdır?
Bu yazıq küləklər aldanıb axı,
Bəlkə də haqqı var — aldatmalıdır.
Məmmədarazsevərlərə, onu ədəbiyyatın imamhüseyninə çevirənlərdən təvəqqe edirəm ki, son bəndə izahat versinlər…
Ya da Heydər Əliyev fondu bu işə qarışsın.
“QALMADI”
“Məndən bu dünyaya nə qaldı görən?
Bir odlu, ocaqlı oda qalmadı.
Suyundan oduma arx açdım, suyum
Od alıb qarışdı oda, qalmadı.
Məmməd Araz dünyanın suyundan oduna arx açıb…
Vallah, bunu sən-mən yazsaq, bizi aparıb qoyarlar dəlixanaya, yemək-içmək də verməzlər. Məmməd Araza bu sayıqlamalara görə Azərbaycanda olan, olmayan bütün nemətlər verilib, şərəfsiz soğanbaş kürəkənini də ömürlük oturdublar qondarma parlamentdə…
“Zaman zəlzələdi, ülfətdi zaman,
Halal şöhrətlərə şöhrətdi zaman.
Zəlzələ hara, ülfət hara? Halal şöhrət? Məmməd Arazın şöhrəti kimi? Aqil Abbasın şöhrəti kimi? Tünzalə Rüstəmxanlınn şöhrəti və Şöhrət ordeni kimi?
Nə halal, ay rəhmətliyin oğlu rəhmətlik, belə mətnlərə görə şallaq cəzası azdır…
Bir dəli quyuya bir daş atdı… İndu onminlərin, yüzminlərin küt başından bu məmmədaraz aqressiv pərəstişini necə çıxarasan?
Yaxşı ki, arabir güldürür də…
“Elə azğınları titrətdi zaman,
Birindən bir ağız soda qalmadı.…”
Bu sodaya o qədər gülmüşəm ki… Hərçənd başa düşmürən ki, niyə adamdan soda almalıdır…
Məmməd Arazın özündən neçə ağız soda qalıb? Səməd Vuurğundan bir ton soda qalar: “Mənim babam olmuş iyirmialtılar…”
“ŞAİR, NƏ QAZANDIN?”
Bu şeirə Vahidin misrası epiqraf verilib və qəzəlxaba həsr olunub.
“Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.”
Bəh-bəh! Gözümün qabağına gəlir ki, Əlibabanın ya İslamın (rəhmətliklər) qavalına sovet üçlükləri və beşlikləri necə atılırdı… Xüsusilə əğyardan oxunanda. Azərbaycan kişiləri əğyardan yanıqlıdırlar…
“Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…”
Uy-aman…. Dəlöy-dəlöy…
Şübhəniz olmasın: qız yəqin deyib ki, elə canını alıb gəzəcəm. Flora Kərimova kimi də əlavə edib: “Əlimin içindən gəlir…”
Qayıdaq Məmməd Araza.
“Sınardı, deməzdi ürəyim sınıb…
Yerə də, göyə də halaldı andı.
Manat əvəzinə əlyazmasını
Aca-yalavaca bağışlayandı.”
Ac-yalavac əlyazmanı neynir? Kağızı yeyəcəkdi? Vahid əlyazmasını xanəndələrə satırdı, havayı verməzdi. Qazancından da ac-yalavaca verər bilərdi (bunu özümdən deyirəm, məlumatım yoxdur). Məmməd Araz Vahidi təifləmək istəyir, ancaq dili cəfəngiyata öyrəşib. Əslində burda dil pozğunluğöundan çox baş pozğunluğu var.
“Qəlbində bir işim Məcnun gümanı,
Dəminə dəmkeşdi qəmi də hərdən”.
“Bir işim” nədir?
İkinci misraya baxmayın, başınız gicəllənər…
İlahi, doğrudanmı bu mətnlər mövcuddur, onları xalq şairi adını daşımış insan yazıb? Bəlkə olnalr mənim xəstə fantaziyamın məhsuludur? Bəlkə heç Məmməd Araz da olmayıb, onu da mənim xəstə fantaziyam yaradıb?
Ancaq bir şey var: cavan Fikrət Qoca demişkən, bəs bu alçaq…yəni bəs bu Aqil Abbas nə yolla ömürlük deputat mandatı alıb…
Təəssüf ki, Məmməd Araz olub, bu cəfəng mətnlər də mövcuddur, onlar nəsil-nəsil azərbaycanlıların küt beyninə yeridilir və onlar daha da kütləşirlər…
Mərdanə olmasa küləklər onu
Qatıb yarpaqlara aparacaqdı.
Bunu Məmməd Araz Vahid haqqında deyir. Mərdanə olmasaymış, küləklər onu yarpaqlara qatıb aparacaqmış… Vay-vay…
Molla Nəsrəddin bir dəfə görür külək onun yuyulub ipdən asılmış köynəyini bərk yellədir. Qorxuya düşüb başlayır Allaha şükr deməyə…
Lətifənin dalını yəqin bilirsiniz. Molla Nəsrəddini oxumaq hər birimizin borcudur. Mirzə Cəlili və Sabiri də. Yoxsa lap debil olub gedərik…
29.05. 2024, Samara
ardı var
əvvəli burda: https://xeyrulla.com/2024/05/29/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-iii/