Архив | 23.07.2024

ROBERT BERNS. TARBOLTON QIZLARI

1.

Çıxsan o təpənin başına əgər,

Sevimli Peqqini görə bilərsən.

Atası tanınan yerli mülkədar,

Özü xanınqızdır o, həqiqətən.

2.

Sofi həm bədəncə, həm üzdən gözəl,
Gözəl bir cehizsə yoxudur hərçənd;

Gecə olmamısan onunla əgər,

Çatışmır bu işdə, demək, səriştən.

3.

Feylini ötürək, bir az el içək,

Sonra gedib salaq Misiyə nəzər:

Qara, qaraqabaq, həm də cinli tək,
Bəlkə də döşünə o yata bilər.

4.

Giriş bacısına, özü utansa,

Xoşuna bəlkə Jenni gələcək.

Əgər iddianı aşağı salsan,

Gözünə o, gözəl görünsün gərək.

5.

Təpə yamacını dolaşsan əgər,

Bessini xəbər al ordakılardan.
Sənə barmağıyla işarə elər,
Səninlə danışar incə, mehriban.

6.

Bütün kral Georq məmləkətində,

Beləcə sevimli gözəl çox deyil.

Bəlkə bu söz şübhə doğursa səndə,

Bil ki, Bessi özü bu sözü deyir.

ingiliscədən tərcümə

23.07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

The Tarbolton Lasses


1.
If ye gae up to yon hill-tap,
Ye’ll there see bonie Peggy:
She kens her father is a laird,
And she forsooth’s a leddy.


2.
There’s Sophy tight, a lassie bright,
Besides a handsome fortune:
Wha canna win her in a night
Has little art in courtin.

3.
Gae down by Faile, and taste the ale,
And tak a look o’ Mysie:
She’s dour and din, a deil within,
But aiblins she may please ye.


4.
If she be shy, her sister try,
Ye’ll maybe fancy Jenny:
If ye’ll dispense wi’ want o’ sense,
She kens hersel she’s bonie.


5.
As ye gae up by yon hillside,
Spier in for bonie Bessy:
She’ll give ye a beck, and bid ye light,
And handsomely address ye.


6.
There’s few sae bonie, nane sae guid
In a’ King George’s dominion:
If ye should doubt the truth of this,
It’s Bessy’s ain opinion.

MƏMMƏD ARAZIN GÜLMƏLİ ŞEİRLƏRİ. «VAR-YOXUNU QARMALADIQ, BİR ÇEYNƏM SAQQIZ VERMƏDİK…»

Məmməd Araz

Məmməd Arazın səhvən ciddi, liriko-dramatik sayılan şeirləri əslində yumoristik şeirlərdir, onların bir çoxu hətta Molla Nəsrəddin lətifələrindən də gülməlidir. Baxaq “Bu millətə nə verdi ki” şeirinə. Şeir 1993-cü ilin fevralında yazılıb. Bu vaxt yeni yaranmaqda olan Azərbaycan ordusu erməni qoşunu ilə əlbəyaxa idi, hər gün yüzlərlə insan həyatını itirirdi, paytaxt Bakıda hakimiyyət mübarizəsi şiddətlənirdi, çoxdan hazırlanan siyasi revanş və çevriliş yaxınlaşırdı.Məmməd Araz isti mənzilində şam yeməyindən sonra kürəkəni, gələcək əbədi deputat Aqil Abbasla üç-dörd tas nərd atandan sonra oturub Səməd Vurğunun “26-lar” poemasındakı hambal kimi dərin fikrə gedir (“Qədim fikirlərə qərq olub yazıq…”.) Fikrinin mövzusu isə fəksəfi və kürəkəninin deputatlıq müddəti kimi tükənməzdir: “Bu millətə nə verdik”?

Ciddi şeirdə “bu millətə” ifadəsi təhqir kimi səslənər. Necə yəni “bu millət”? Bəs sən özün kimsən? Bu millətdən deyilsən? Bəlkə özünü millətin peyğəmbəri və ya Şarl de Qollu sayırsan?

Ancaq bu şeir ciddi şeir deyil, gülməli şeirdir, ona görə incimirik, oxuyub gülürük.

“Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.”

Xörəyini duzsuz yeyən millətin halını təsəvvür edirsiniz? Edin, gülməkdən qarnınız cırılacaq. Nəzərə alın ki, şeir gəraylı janrında yazılıb. Rədif “vermədik” felidir. Rədifdən əvvəlki sözlər gərək qafiyə ola. Əsas gülməli olan da budur!

Oxuya davam edək:
“Bu millətə nə verdik ki?
İnamını noxtaladıq”

Yəni burda millətin inamını Məmməd Araz eşşəyə bənzədir. Mən bənzətmirəm, Məmməd Araz bənzədir. Bizim kənddə eşşək saxlamırdılar, eşşək görən işləri adamlar özləri görürdülər, xüsusən arvadlar. (Yazıq arvadlar!) Ancaq eşitmişəm ki, eşşəyi noxtalayyarlar.
“İnadını axtaladıq”.

“Axtalamaq” sözü də yəqin oxuculara tanışdır. Millətin inadının necə axtalanmağı mənə məlum olmayan prosedurdur. Bilirəm ki, indi iti, pişiyi axtalayırlar ki, doğub-törəməsinlər.
“Var-yoxunu qarmaladıq”

“Qarmaladıq”? Bəlkə “qamarladıq” olmalıdır? Yəqin Məmməd Araz gülmək üçün belə yazıb.

İndi tapşırıq. Bu bənddə rədifin əvvəlində hansı söz olacaq? “Duz” sözünə qafiyə. “Buz”? “Güz”? Yox, tapmadınız!
“Bir çeynəm saqqız vermədik.”

İndi deyənlər olacaq ki, xalq saqqızı neynirdi. Bunu Məmməd Araz yumorunu başa düşməyənlər deyəcək. “Saqqız” gülmək üçündür. Yəni xalqın varını “qarmalayan”lar ona saqqız da veməyiblər.

Burda mənim yadıma böyük Uilyam Folkner düşür. Folkner bir bankiri təsvir edərkən yazır ki, kiçik bankı olanda saqqız çeynəyərdi, böyük bank sahibi olandan sonra elə havanı çeynəyirdi…

Mən milləti havanı çeynəyən təsəvvür etdim O qədər güldüm ki… Sonra nədənsə məni ağlamaq tutdu…

“Saqqız” sözü qafiyə kimi “qız” tələb edir. Bu da “qlz”!
“Kasıbına mərddi, — dedik,
Mərd kasıba qız vermədik.”

Bunu da Məmməd Araz gülmək üçün yazıb. Çünki özü kasıba qız verib, ancaq qızı verəndən sonra əbədi mandat verib oturdub deputat kürsüsündə, parlamenti çevirib hırraxanaya…
Sonra Məmməd Araz yenə, öz adəti üzrə, sözün çürüyünü çıxarır, heç adamın gülməyi də gəlmir.
“Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.”

Niyə yüz? Niyə beş yox, on yox? Bunu körpıə uşzaq da başa düşər – “yüz” “duz”a qafiyədir…

Sonra Məmməd Araz Sabir arxalığına bürünür, “əlac” yerinə “illac” deyir.(Sabirdə: “Neynəsin, qovma qapından, kəsilib illacı”)
“İllacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.”

Vallah, lap zəhləm getdi… Bilsəyim, üçüncü bənddən sonra oxumazdım. Sizə də məsləhət görürəm ki, “saqqız”da dayanasınız.

Ya da noxtada….

Mirzə ƏLİL

23. 07. 2024, Samara