Архив | 01.08.2024

ROBERT BERNS. MOXLİN TOYU

Robert Burns

1.

İl səksən beş idi, yeddinci ayı,

Bitir, səkkizinci yaxındır artıq.

Yağış ara vermir, külək dayanmır,

Fermerlər havayla əlbəyaxadır.

Haçansa Bənna V kimi tanınan,

Cənab Tacir Miller adlanan indi,
Getdi görüşünə elə bu zaman,

Nensi B-nin, fikri evlənmək idi,
Deməli, toy olacaq.

2.

İşıqlandıranda Bləksaydeni,
Doğzn günəş gözəl şölələriylə,

Nell və Bess dururdu yataqdan yeni,

Toyun vaxtınasa çox qalıb hələ.

Tez dolab açılır, yeşik çəkilir,
Gözəllər seçirlər krujeva, don.

Məsum bu qəzlarda ən əsas fikir:

Altdan nə geysələr, yaxşıdır bu gün!

Bu toy günündə!

3.

Korsetlər çəkilib bağlanıb, deyək,
Artıq örtülübdür gözəl sinələr.

Parçasa şəffafdır – gəlin zənn edək!

Baxmazmı mələyin özü də məgər?

Corablar geyilir nəfis ipəkdən,

Çəkilir  yuxarı çox ehtiyatla,

Onların bağıalan yerini görən….

 

4.

Donların qulağa xoş xışıltısı,
Necə ləyaqət var ürəkdə, deyir.

Belə gözəl geyim kimin ki, varsa,

Onun öyünməyi heç günah deyil!

Bel necə incədir, şleyf nə gendir –

Doğrudan hər biri qızların gözəl!

Həvva ana, yəqin kədərlənərdin,
Dalını görsəydin onların əgər,

Bu toy günündə!

5.

Əyni al jiletli Sendi də gəlir,

Əlində qamçını yellədərək şən.

Minir arabaya Bess ilə Nelli,

Onları salamat, Tanrı, apar sən!

Qoca Con Trotsa ayıqdır yəqin,
Beyli tək gözəldir, ionun tək yekə,

Parikini, həm də çiyinlərini,

Yaxşı pudralayıb, çoxlu yağ töküb,
Bu toy günündə.

ingiliscədən tərcümə

30-31. 08. 2024 Samara

QEYDLƏR

1. Yarımçıq üçüncü bəndə Bernsin qeydi var: vaxtında yazmadım, yadımda da qalmayıb.

2. Rpobert Beyli (1500-1662) ruhani və teoloq olmuş, İngiltərənin Ümumi ibadət kitabına qarşı Şotlandiyada baş vermiş hərəkata (1637) rəhbərlik etmişdir.

 ++++++++++++++++++++++++++++++

ROBERT BURNS

A Mauchline Wedding

1.
When Eighty-five was seven months auld
And wearing thro’ the aught,
When rolling rains and Boreas bauld
Gied farmer-folks a faught;
Ae morning quondam Mason W …..,
Now Merchant Master Miller,
Gaed down to meet wi’ Nansie B ….,
And her Jamaica siller
To wed, that day.
Читать далее

SÜLEYMAN RÜSTƏMİN GÜLMƏLİ ŞEİRLƏRİ. «NƏŞƏNİ XƏLVƏTİ BOL ÇƏKƏNLƏRİN…»

Ыцдуньфт Кцыеэь

Azərbaycan poeziyasının, Azərbaycan sovet poeziyasının və ondan sonrakı Azərbaycan poeziyasının birinci lotusu kim olub? Lotular çox olub, indi də çoxdur. Mən birincini nəzərdə tuturam. Mənim fikrimcə, birinci lotu adına Süleyman Rüstəm hamıdan çox layiqdir.

Azərbaycan məktəblərinin 5-ci ya 6-cı sinfində Süleyman Rüstəmin “Çapayev” şeiri keçilirdi. Vasili İvanoviç Çapayev bolşevik çevrilişindən sonra Rusiyada təxminən dörd il ərzində, 1918-22-ci illərdə gedən vərəndaş müharibəsinin qəhrəmanıdır. Bu müharibə ağlara və qırmızılara bölünmüş ruslar arasında gedib və milyonlarla adam həlak olub. Hərbi təhsili olmasa da hərbi səriştəsi, fövqəladə komandirlik istedadı olan Çapayev qırmızı diviziya komandiri idi. Döyüşlərin birində Ural çayını üzüb keçərkən boğuluib…

Özünü atdı çaya,
Keçmək üçün o taya.

Çap çaylardan, Çapayım,
Doğsun günəşim, ayım…

Ay lotu… Çapayın Ural çaylarında çapmağı ilə Azərbaycanda sənin günəşin, ayın necə doğacaq?

Bu hələ qalsın. Azərbaycanda onlarla, bəlkə yüzlərlə namizədlik, doktorluq dissertasiyaları yazılıb və bu şeirdəki alliterasiyanı, yəni “ç” səsinin yaratdığı effekti Nyutonun, Rezerfordun kəşfləri ilə müqayisə ediblər. İnanmırsınızsa, Afad Qurbanovun kitabına baxın…

İki nəsil azərbaycanlı “Çapayev”, “Ana öyüdü “ kimi cəfəng şeirlərlələ bədii söz duyumlarını həmişəlik itiriblər. Allah baisə lənət eləsin…

Süleyman Rüstəmin iki əsas mövzusu olub: bolşevik inqilabı və Təbriz.. Yəni Cənub. Birinci yerdə bolşevizm olub:

Oxuyun, bir qızıl kitabam mən,
İnqilab oğlu inqilabam mən…

Sovet hökuməti, Stalin və ondan sonrakılar da Cənubi Azərbaycan mövzusunu qəsdən aktuallaşdırırdılar ki, İran hökumətinin kefinə soğan doğrasınlar, qara ciyərinə vursunlar. Mədəni desək, İran şah rejimi üçün gərginlik yaradırdılar. Göstərmək istəyirdilər ki, bölünmüş xalq birləşmək arzulayır, özü də ehtirasla arzulayır, həm də xalq istəyir ki, cənub da şimal kimi sovet olsun. Yəni Süleyman Rüstəm və onun kimi bir sürü cızmaqaraçı Təbriz üçün ağlamalı şeirlər yazaraq həm partiyanın tapşırığını yerinə yetirir, həm də çörək qazanırdılar. Çörək – evfemizmdir. Nə çörək – mənzil, maşın, kurortlar, sanatoriyalar, xarici ölkələrə səfərlər…

Maraqlıdır ki, sovet Azərbaycanında həmişə “cənublu qardaş” deyib ağlayıblar. Freydçi psixoanalitik bunu ayrı cür yora bilər: niyə şimaldakılar həmişə kişiləri arzulayırlar. Mən bilən, cənubdakı kişilər həmişə arvad arzusinda olublar. Sərhəd yarılan kimi Salyana gəlib dolan cənublu qardaşlarn yerlilərə ilk sualı bu olmuşdu: burda necə arvad siğə eləmək olar?

Süleyman Rüstəmin “Ehtiyac” şeirində, qəribə olsa da, “bacı” da arzulanır.

“Yenə də cənubdan şimala gələn
Nə dost, nə qardaş var, nə bir bacı var.”

Sonrakı beyt çox gülməlidir, lotunun adam güldürməyi var idi, indi güldürməsin.
“Zindanlı, zindansız kəslərin belə
Başında qar kimi dümağ saçı var.”

Birincisi, bu beytin əvvəlki beytlə heç bir məna bağlılığı oxdur. Özü isə absurddur və yəqin Süleyman Rüstəm içkili halda yazıb. Əgər zindanda olanların da, azadlıqda olanların da başında saç dümağdırsa, belə çıxmırmı ki, zindanla azadlığın fərqi yoxdur? Bəlkə şair demək istəyir ki, zindanda saç tökülmür, ancaq ağarır? Hə?

Yox, alınmır… Lotu sağ ola, özündən soruşasan…

Sonra Süleyman Rüstəm keçir İran rəhbərliyinə qarşı hücuma. Şeir 1984-cü ildə yazılıb. Yəni gecə-gündüz “Allahu Əkbər, Xomeyni rəhbər” oxunan vaxtlar.

“Bədnam fərmanlara qol çəkənlərin”

Bunu başa düşdük. Xomeyni və onun adamyeyənləri.
“Nəşəni xəlvəti bol çəkənlərin”.

Bu misra bir az müəmmalıdır. Xəlvəti nəşə çəkən kimdir? Xomeyni? Bəlkə salyanlılara sataşıb?
“Qəmli zindanlara yol çəkənlərin”

Aha! Qəmli zindanlar! Bu, İranda olar, bizdə zindan olmaz.

İndi görək bu sadalamalara necə yekun vurulur.
“Başda əmmamə tək qanlı tacı var.”

Yəni fərman verənin də, nəşə çəkənin də, yol çəkənin də başında əmamməyə oxşayan tac var.

Beləmi?
“Bircə şad xəbərə möhtac könlümün,
Amansız hicranla hey qaç könlümün”.

İkinci misraya baxın: “hey qaç könlümün”. Bu, hansı dildədir? Lotu, deyəsən, xarici dilləri də bilirmiş…
“Qardaş həsrətilə bu ac könlümün
Ömürlük vüsala ehtiyacı var!”

Qardaşla vüsal? Biz hələ Füzulidən öyrənmişik ki, vüsal sevgili ilə olar. Yəni kişi ilə arvad arasında. Qardaşla nə vüsal…

Məşədi İbad filminin son səhnəsi bir zarafat doğumuşdu. Məşədi İbad Sərvərin dalınca qaça-qaça qışqırır: Adə, gəlin kişi çıxdı, adə qoymayn, adə

 qaçdı…”

Zarafat isə beləydi: Yaxşı, gəlin kişi çıxıbsa, tutub neyləyəcəksən…

Lotular əlində girinc qalmışıq…

Mirzə ƏLİL
01. 08. 2024, Samara