Архив | 09.08.2024

ROBERT BERNS. MƏNİM ŞAXTAÇI OĞLANIM

“Harda yaşayırsan, mənim gözəlim

Sənin adın nədir, olarmı desən?”

Qız deyir ki, “mənim adım Jin xanım,

Şaxtaçı oğlana rəfiqəyəm mən.”

 +

“Bax o təpələrə, bax o düzənə,

Gör necə onlara günəş səpir zər,

Qarşında nə görsən, verərəm sənə,

Şaxtaçı oğlanı sən atsan əgər.

 +

Paltar geyinərsən gözəl və zəngin,

Onda gözəlliyin birə beş artar,

Olmaz ehtiyacın heç nədən sənin,

Şaxtaçı oğlanı sən atsan əgər.”

 +

“Çox da təpələrin, düzənlərin var,
Çox da ki, bəzəyir günəş onları.

Bütün sərvətinə çevirərəm dal,
Gedib qucaqlaram şaxtaçı yarı.

 +

Gündüz beşcə penni mən qazanıram,

Gözəl keçirirəm gecəni ancaq.

Mənə şaxtaçımdır ən əziz adam,
Xoşbəxtəm, o məni ağuşa alcaq.

 +

Sevgi ver, sevgi al — əsl sövdədir

Evimiz nə qədər olsa da kiçik.

Çörək qazanmağa bütün dünya var,

Şaxtaçımın canı sağ olsun təki”.

1792

ingiliscədən tərcümə

06-07. 08. 2024, Samara

+++++++++++++++

ROBERT BERNS

The Collier Laddie

O whare live ye my bonnie lass,

  And tell me how they ca’ ye?

My name, she says, is Mistress Jean,

  And I follow my Collier laddie. Читать далее