
Salyanlıların uzun illər YerAzil (Fəzail) Ağamalını, indi də onun qızını boyunlarına mindirməyi Salyanı tanımayanlara yerli adamların qonaqsevərliyi, gəlməsevərliyi kimi görünə bilər. Salyanı az-çox tanıya adam kimi deyə bilərm ki, bu belə deyil. Salyanlılar nə qonaqsevən, nə də gəlməsevəndirlər. Əliboş qonağın qabağına orta statistik salyanlı bir stəkan çay da qoymaz. Bundan əlavə, şəhər salyanlıları, özlərinin dədə-babaları kəndçi olsalar da, royonun kəndlərindən işə, oxumağa, alverə gələnlərə qarşı həmişə yuxarıdan baxıb və hətta düşmən münasibət bəsləyiblər. Bir vaxt mənim kəndimdə yeddiillik məktəbi bitirənlər təhsillərini Salyanda davam etdirirdilər. Şəhər (yəni o vaxtlar iki cüt bit tək küçəsi olan Salyan şəhəri) uşaqları ilə kənddən gələnlərlə dostluq münasibəti yaranmırdı, kənd uşaqlarını qaranlıq tinlərdə tutub döyür, qəpik- quruşunu alırdllar. Məhəllələrindən geçən yad adamlar asataşmaq salyanlıların şakəri olub. Azərbaycanda məzuniyyətdə olarkən Salyanda qardaşımgilə ya bacımgilə gedərkən dönə-dönə saçıma, papağıma, ümumi görkəmimə sataşıblar. Özünü saxlaya bilməyib cavab verənlərin bəzən qarnını cırırdılar. Bəlkə indi adamlar dəyişiblər, yaxınlaracan yanında qadın – arvadı, nişanlısı, bacısı – gedən kişi hər an təhqirə məruz qala bilərdi…
Mənim altımış il, əlli il, qırx il əvvəl Salyanda gördüyüm adamlardan tək-tükü salamaq qalar. Çoxunun sümükləri də çürüyər. Onlar niyə dünyaya gəlmişdilər, niyə yaranmışdılar? Saatlarda tinlərdə durub gələnə-gedənə sataşmağa? Qonşu ilə boğuşmağa? Anaşa satmağa?
İkinci dünya müharibəsindən sonrakı illərdən ta altmışıncı illərin ortalarınacan Salyanda xeyli tanınmış qoçu olub. Onlardan bir neçəsini, qocalan vaxtlarında, görmüşdüm: qoçu Səmidi, qoçu Ərəstunu. Yusif Eloğlu ilə hətta bir dəfə çay da içmişəm – dayımla yaxından tanış idi. Bunların qoçu adını necə qazandıqları mənə məlum deyil. Bir şeyi bilirəm ki, onların hər biri uzun müddət həbsdə olmuşdu və küçə xuliqanı deyildilər. Onların yerini 60-cı illərin ortalarından küçə xuliqanları tutdular. Onlar müxtəlif kalibrli idilər. İri kalibrlilər bir qayda olaraq Salyanın imtiyazlı ailələrindən çıxırdılar. Vəzifəli ataların uşaqlarına məhəbbəti onları harın, qudurğan, aqressiv böyütməklə ifadə olunurdu. Bəziləri məktəbə tapança ilə gəlirdilər – Salyan kiçik yerdir, hamı bir-birini ən azı o vaxtlar tanıyırdı – ad çəkmək istəmirəm…
Salyanda baş verən bıçaqlanmaların sayı-hesabı yoxdur, qətlə yetirilənlər yüzlərlə, mühüm orqanları ciddi zədə alıb şikəst olanlar minlərlədir. Maraqlıdır ki, bıçaq işlədənlərin əksəriyyəti sağlam, cüssəli, hətta idmanla müntəzəm məşğul olan adamlar idi. Yəni davanı əlləriylə də uda bilərdilər. Bıçaqlamaq, qan tökmək, lap türmədə oturmaq ona status qazandırırdı, üç-il beş il yatandan sonra qabağına durmağa hər adam cəsarət eləmirdi, tanınmış bıçaqvuranlar restoranda yeyib-içib hesabı ödəmədən gedə bilirdilər, taksi şoferləri havalı müştəri pul təklif eləməmiş “ala, qoy cibinə, ayıbdir” deyib xatanı özündən sovuşdururdu…
O xuliqanların da yerinə süpürgə çəkildi – narkomaniyadan ölənlər oldu, kimsə bıçaqla vuruldu, kimsə güllə ilə. Onların yerinə tamam cılızları, tüləmişləri gəldi. Canavarların yerini leşyeyənlətr tutdular…
Ancaq belə sərt, fövqəladə sərt təbiətli, hətta aqressiyaya pataloji meylli adamların yaşadığı yerdə hakimiyyətə münasibət hörmətli sayılacaq qədər neytraldır. Sovet vaxtı təyin olunan birinci katibləriin, indi rayonu hərləyən icra başçılarının içində hər cür yaramazı, yəni rüşvətxoru da, arvadbazı da, hətta narkomanı da olub. Salyanlılar onların şəhərində, onların rayonunda özünü Xudayar katdadan da hampazor aparan bu gəlmə rəhbərlərin çıxardığı bütün hoqqalara dinməzcə susublar. Toy mərasimlərini yasa döndrən əlibıçaqlılar “raykomun” qabağından əyilə-əyilə keçiblər. Bolşevik rejimi hakimiyyıti zıbt etdiyi ilk illərdən ÇK-sı, NKVD-si, KQB-si ilə adamların ürəyinə elə xof salıb ki, onlar “rəhbərə”, “böyüyə” münasibətdə bitkiyə, tərəvəzə çevriliblər. Bir franslz komediyasında deyilir: “Brüssel kələminini götür. O düşünürmü? Yox”.
Əslində sovet-bolşevik rejimi də, indi İlham Əliyev rejiminin də ölkə əhalisinə münasibətdə əsas strateji xətti əhalini brüssel kələmi və ya boranı kimi tərəvəzə, düşünməyə qadir olmayan bitkiyə çevirməkdir. Və İlham Əliyev bu xətti bütün əhali tərəvəz halına gələnə qədər davam etdirəcək. Çünki sülalə hakimiyyətinin qalmaqalsız, arxayın və müddətsiz davamı üçün əhalinin tam itaəti lazımdır. Düşünən, xüsusən müstəqil düşünən adam tam itaətə gətirilə bilməz.
Oğru, korrupsioner olduqları, rayonu çapıb-taladıqları hamıya məlum olan başçılara qarşı əhalidə, xüsusilə onun fəallığa qabil hissəsində dözümlü və hətta hörmətli münasibətin səbəblərindən biri əxlaq problemidir. Azərbaycanlılarda əxlaq haqqında təsəvvür, təəəssüf ki, ailədaxili ya intim münasibətlərlə məhdudlaşır. Adamlar bir-birlərinin gözündə tük axtarırlar, kiməsə “gəzəyən”, “pozğun” damğası vurmaq su içmək kimi asandır. Ancaq yaltaqlıq edən əxlaqsız sayılmır. Analoqu olmyan yaltaq – indi dünyaların ən yaxşısına köçmüş Yavər Cəbrayılov İnternet qəhrəmanı olmuşdu. Bu analoqsuz heyvərə yaltağa Salyanda hörmətli adam deyirdilər, məclislədə yuxarı başda otuturdu… Rüşvət alan adam bizim xalqda əxlaqsız sayılmır. Gödək tuman geyən arvad əxlaqsızdır, dövlət xəstəxanasında xəstənin iynəsini pul almamış vurmayan tibb bacısı əxlaqsız deyil, sevdiyi adamla kəbinsiz yaşayan əxlaqsızdır, pulla işə götürən məmur, xəstəni ya onun yaxınlarını diri-diri soyan həkim xanım əxlaqsız deyil.
Salyana Fəzail Ağamalının və ya onun qızının deputat təyin olunması həm əxlaq pozğunluğu, həm də insanlarlın Konstitisiya hüquqlarını və seçki qanunvericiliyini pozan ağır cinayətdir. Ancaq əxlaq pozğunluğunu, cinayəti vəzifəli adam, xüsusən dövlət başçısının sanksiyası ilə törədirsə, xalqın gözündə bu, nə əxlaq pozğunluğu, nə də cinayətdir. Azərbaycanlı insan ondan alınmış ləyaqətini geri almaq üçün həm müstəqil düşünmə qabiliyyətini özünə qaytarmalı, həm də əxlaq haqqında təsəvvürünü dəyişməlidir.
Həm Salyanda, həm Netçalada deputatlığa göndərilən şortuların yanında yerli qoçular var idi. Əslində bunlar nəinki 60-70 il qabağın qoçuları, hətta onlardan sonrakı adlı xuliqanlardan da deyildilər. Bunlar əvvəlki iki zümrənin yerini tutmuş kaftarlar, qəbireşənlər, leşyeyənlər idilər. Fəzail Ağamalının qızınıın və Sabir Rüstəmxanlının kaftar arvadının ora-burasını yalayıb yal və hətta vəzifə də qazanan belə üzdəniraqlar utanmadan xalq içində gəzə bilirsə, bu, xalqın ciddi əxlaq problemi olduğunu göstərir…
05. 09. 2024, Samara