Архив | 09.09.2024

VLADİMİR NABOKOV. DOSTUN XATİRƏSİNƏ

nabokov

Ikimiz oynardıq giləmeyvələr

İşıqlı nöqtətələr kimi közərən,
Sıx meşəlikdə biz; bir ilə qədər,
Yaşda böyük idi yalnız o məndən.

 +

Cürbəcür, davalı kitablar idi,

Bizi bu oyuna həvəsləndirən.

Şamlardan xışıltı eşidilirdi,

Dünya ətirliydi hüdudsuzdu həm.

 +

Boya-başa çatdıq. Və yetişdi hərb,

Bədnamlıq illəri, əzablı zaman.

Bir dəfə sakitcə mənə dedilər,
Dostun öldürülüb, o şən, şux oğlan.

 +

Daha sərt  və sadə olsa da hər şey,
Oynadığı oyun həminki idi,

Yaxşı yadımdadır: meşədə mərsin

Elə bil qızıl qan gilələriydi.

ruscadan tərcümə

09. 09. 2024, Samara

     +++++++++++++++

Владимир НАБОКОВ

          Памяти друга

 

В той чаще, где тысяча ягод
краснели, как точки огня,
мы двое играли; он на год,
лишь на год был старше меня.
Читать далее