Keşiş deyiləm yazam, moizələr deyəm mən,
Fitnəyə, qəsdə hazır xadim də deyiləm mən,
İş adamı deyiləm rəqibə tələ qurum,
Qaneyəm yekəqarın bir şüşə olsun, vurum.
Yox perə həsəd hissim, baş əyirəm – vəssalam;
Kəndliyə nifrətim yox, miskin olsa da tamam;
Meyxanadakı hər kəs — canlara dəyən qoçaq,
Qayğım da, şöhrətim də dolu şüşədir ancaq.
Atı qamçılayaraq, budur, keçir mülkədar,
Sələmçi kisəsini faiz-faiz doldurar,
Görürsənmi havada kron parlayır necə?
Mənə bu yekəqarın şüşədir müalicə.
Əfsus, köçdü dünyadan, can-ciyərim – arvadım,
Təsəlliyçin özümü tezcə kilsəyə atdım,
Dedilər Solomonun ədalətli hökmü var:
Yekəqarın şüşədə dərdinə çarə axtar.
Riskli işə bir dəfə məni sövq elədilər,
Sonra məktub gəldi ki, bütün iş gedib hədər.
Qalxırdı zəngin tanış pilləkənləri bu dəm,
Əlində yekəqarın şüşə — dərdimə məlhəm.
“Qayğılarda məzə var” – söylədi qara paltar,
Geyən şair, adını deməyim artıq olar.
İnanmağa hazıram bu qoca pedantla mən,
Qayğın kefdir, varinsa yekəqarın bir şüşən.
MASON LOJASINDA ARTIRILMIŞ BƏND
Dodaqyeri qoymadan qədəhləri doldurun,
Masonlar şərəfinə içməyə hazır olun:
Pərgara, Kvadrata qardaş olan hər kəsin,
Yekəqarın şüşəsiz açılmasın süfrəsi.
1782
ingiliscədən tərcümə
28-29.08. 2024, Samara
++++++++++++++
ROBERT BURNS
No Churchman Am I
No churchman am I for to rail and to write,
No statesman nor soldier to plot or to fight,
No sly man of business contriving a snare,
For a big-belly’d bottle’s the whole of my care. Читать далее
