
O qəsr divarının önündə, gün gedərkən,
Eşitdim çalsaç kişi nəğmə deyir ürəkdən.
Müğənni oxuduca yaş axıdır gözləri:
“Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri!
+
Kilsə xaraba qalıb, Dövlətdə çəkişmə var,
Aldanışlar, əsarət və ölümcül savaşlar,
Deməsək də, tanıyır bütün el müqəssiri –
Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri!
+
Qılınc çaldı Cemiylə mərd, cəsur oğlanlarım,
Qəbirlərində indi ot göyərir onların;
Dağ çəkib arvadıma ölümlərin xəbəri,
Sülh olmaz, nə qədər ki, Cemi dönməyib geri.
+
Həyat yük olub əyir qəddimi günü-gündən,
Mən öz balalarımı, o, tacı itirəndən.
Deyəcəyəm ölüncə ancaq eyni sözlər6
Sülh olmaz, nədər ki, Jemi dönməyib geri”.
1791
ingiliscədən tərcümə
02. 09. 2024, Samara
Qeyd:
Jemi – James Francis Edward Stuart (10 June 1688 – 1 January 1766), 1701-ci ildən ölənə qədər Srtüartlar evindən İngiltərə, Şotlandiya, İrlandiya yaxt-tacına iddiaçı olub.
++++++++++++++++++++++++++
ROBERT BURNS
There’ll Never Be Peace Till Jamie Comes Hame1.
By yon castle wa’ at the close of the day,
I heard a man sing, tho’ his head it was grey,
And as he was singing, the tears doon came: —
‘There’ll never be peace till Jamie comes hame!’ Читать далее