Архив | 03.02.2025

CORC BAYRON. FƏTH

Sevgidən doğulanı və Hərb Hökmdarını tərənnüm edirəm mən,

O idi diz çökdürən Normandiya önündə böyük İngiltərəni.

Qaldı məğlubedilməz sülaləsinə ondan,

Kral adından artıq fateh şöhrəti-şanı.

 +

Zəvər qanadı altda məst olub dincəlmədi,

Taxtını qaldırdı o, ən uca bir zirvəyə,

Qənimətini Bastard möhkəm qorudu şir tək,

Basılmadı heç kəsə sonra Britaniya.

8-9 mart 1823

ingiliscədən tərcümə

01. 02. 2025, Samara

QEYD:

Şeir Uilyam ya da Vilhelm Fatehə (William the Conqueror 1028- 1087) həsr edilib. O, İngiltərənin ilk norman kralı olub. Ona  Bastard Uilyam da deyilib. “Bastard” – nikahdan kənar doğulan mənasındadır («vələdəzzina). Əslində hersoq oğlu olan Uilyamın “bastard”lığı nikahla bağlı deyil, anasının sadə təbəqədən olmağı ilə bağlıdır – o, dabbaqçı qızı idi.

 +++++++++++++++++

GEORGE BYRON

The Conquest

The Son of Love and Lord of War I sing;
Him who bade England bow to Normandy
And left the name of conqueror more than king
To his unconquerable dynasty.
Читать далее