1.
Yox gözəlliyi bu daşın xüsusi,
Onu edə bilə yaddaşıma həkk
Bir dəfə parladı, indisə məsum
Qızarır – bu daşı verən şəxs tək.
2.
Mənim dostluğuma dodaq büzən də
Məndə zəifliyi qınayan var həm.
Bu sadə hədiyyə əzizdir hərçənd,
Verən məni sevir, buna əminəm.
3.
Dik mənə baxmırdı bunu verərkən,
Rədd eləməyimdən sanki qorxaraq.
Alıb hədiyyəni ona dedim mən,
Bunu itirməkdən qorxuram ancaq.
4.
Diqqətlə bu sevgi rəhninə baxdım,
Parladı, gözümə düşdü işığı düşdü.
Daşdan elə bil ki, bir gilə axdı,
O vaxtdan sevirəm göz yaşını da.
5.
Bəli, onun həqir cavanlığını,
Nə əsil bəzədi, sərvət nə də ki.
Gərək çölü gəzə, tərk edib bağı,
Həqiqət çiçəyi axtarırsa kim.
6.
Gözəllik göstərən, ətir də yayan,
Qayğılı bəslənən bitkilər deyil.
Ətri, gözəlliyi qəlbi oxşayan
Çiçəklər çəməndə, çöldə açır, bil.
7.
Gözü açılsaydı taleyin əgər
Köməyə gələrdi o, təbiətə,
Dostumun ağlına münasib qədər,
Çatdırardı hər cür onu nemətə.
8.
Və görsəydi onu İlahə aydın,
Surəti olardı sinəsində həkk.
Saysız xəzinələr ondan alardı,
Bu halda ayrı şey deyildi gərək.
ingiliscədən tərcümə
15.02. 2025, Samara
QEYD:
Bu hədiyyəni Bayron dostu Edlestondan almışdır. Edleston 1811-ci ilin mayından vərəmdən ölüb. Aralarında tanışlıq Bayron Edlestonu boğularkən xilas edəndən sonra başlanıb.
++++++++++++
GEORGE BYRON
The Cornelian
1.
No specious splendour of this stone
Endears it to my memory ever;
With lustre only once it shone,
And blushes modest as the giver. Читать далее
