Архив | 27.02.2025

CORC BAYRON. BƏLİ! SƏN XOŞBƏXTSƏN…

Bəli! Sən xoşbəxtsən, anlayıram mən,

Özümü də xoşbəxt hiss edəm gərək.

Çünki xoş gününü sənin görərkən,

Qəlbən sevinirəm mən əvvəlki tək.

 +

Ərin bəxtəvərdir – xeyli çətindir,
Onun xoş halından ağrı duymamaq.

Qoy olsun! Ah, qəlbim nifrət edərdi

Ona sevməsəydi səni, bil ancaq.

 +

Sevimli körpəni gördüyüm zaman,

Qısqanclıq ağrısı keçdi sinəmdən.

Fəqət uşaq qəfil gülümsünən an,

Anası xətrinə öpdüm onu mən.

 +

Öpüb baxdım ona nəfəs dərmədən,

Görüm atasını üzündə, dedim.
Anasınkı idi gözləri hərçənd,

Bütün sevgim elə onlara idi.

 +

Daha gedəm gərək, Meri, əlvida,
Yoxdur, xoşbəxtsənsə, mənim gileyim.

Qala da bilmərəm fəqət yanında,
Yoxsa sənin olar yenə ürəyim.

 +

Deyirdim  qürurum, ötüncə zaman,
Gənclik alovunu söndürər yəqin.

Oturdum yanında indi – görürəm,
Yalnız ümid itib, qalan şey həmin.

 +

Hərçənd sakit idim: zaman var idi,
Sinəm titrəyərdi bir baxışıyla.

Cinayət olardı titrəmək indi,

Görqşdük — əsmədi bir sinir belə.

 +

Görürdüm baxırsan üzümə necə,

Həyəcan, oyanış tapmadın yəqin.

Görərdin bir duyğu izini təkcə:

Yaslı sakitliyi ümidsizliyin.

 +

İlkin arzularım, çəkilin artıq,

Gərək oyanmasın xatirə daha.

Əfsanəvi Leta hardadır axı?

Divanə ürəyim, ya sus, ya partla.

 

ingiliscədən tərcümə

25-26. 02. 2025, Samara

++++++++++++++++

GEORGE BYRON

Well! Thou Art Happy

 

Well! thou art happy, and I feel

That I should thus be happy too;

For still my heart regards thy weal

Warmly, as it was wont to do. Читать далее